Artıq 11-ci ildir ki, yorulmadan, usanmadan, böyük qürur hissi ilə gərgin əmək sərf edərək, minlərlə vətəndaşımızın təhsilli gələcəyinə, karyerasına çıraq olduğumuz üçün bu müqəddəs missiyamızla qürur duyuruq.
Bizim üçün uyğun namizəd:
Azərbaycan dilində peşəkar yazılı və şifahi ünsiyyət qurmalı, komandada işləmək bacarığı olmalıdır, Microsoft Office proqramları ilə yaxşı səviyyədə işləmə bacarığı, məsuliyyətli, dəqiq, çalışqan olmalıdır, təşkilatçılıq və analiz etmək bacarığı, qərar qəbul etmək və məsuliyyət almaq bacarığı, səliqəli, punktual olmalıdır.
Hansı işləri görəcəksiniz?
Gələn qonaqların qarşılanması və suallarının cavablandırılması
Daxil olan bütün telefon zənglərini müvafiq qaydada qəbul etmək, yönləndirmək, tələb olunduqda qeydlər aparmaq və aidiyyati şəxslərə məlumat vermək.
Müəllimlərin jurnallarının tərtib olunması.
Rəhbərliyin göstərişlərinin yerinə yetirilməsi.
Ümumi dərs cədvəlinin tərtibi
Nə əldə edəcəksiniz?
EDU COMPANY TƏHSİL ŞİRKƏTİNDƏ çalışmaqla peşəkar əmək kollektivindən təhsil və tədris sahəsində biliklərə və iş təcrübəsinə yiyələnəcəksiniz. Əməkdaşlarına daim qayğı ilə yanaşan şirkət əmək münasibətlərində artan karyera və əmək haqqı sistemlərindən istifadə edir.
Əlavə Məlumat
ARƏM-nə uyğun sənədləşmə.
hr@educompany.az
Təcrübə: minimum 1 il Təhsil: Ali Dil biliyi: Azərbaycan dili Kompüter bacarıqları: MS OFİS Əmək haqqı: Müsahibə əsasında təyin edilir Elanın yerləşdirmə tarix: 2024-12-04 Son müraciət tarixi: 2024-12-15 Müraciət et