09:00-21:00 İş saatları
Sınaq dərsi istə

Şöbə meneceri - Elmlər filialı ( Rus bölməsi üzrə )

Artıq 11-ci ildir ki, yorulmadan, usanmadan, böyük qürur hissi ilə gərgin əmək sərf edərək, minlərlə vətəndaşımızın təhsilli gələcəyinə, karyerasına çıraq olduğumuz üçün bu müqəddəs missiyamızla qürur duyuruq.

Bizim üçün uyğun namizəd:
"EDU COMPANY" kollektivi üçün uyğun namizəd Azərbaycan və Rus dilində peşəkar yazılı və şifahi ünsiyyət, komandada işləmək , təşkilatçılıq və analiz etmə bacarığına sahib olmalıdır.

Hansı işləri görəcəksiniz?
Şöbə meneceri qonaqların şöbənin fəaliyyəti ilə bağlı suallarını cavablayır, tələbələrin qeydiyyatını aparır, jurnalları yoxlayır, tədrisin keyfiyyətinə və gedişatına nəzarət edir. Şöbənin digər istənilən məsələlərini həll edir.

Nə əldə edəcəksiniz?
EDU COMPANY TƏHSİL ŞİRKƏTİNDƏ çalışmaqla peşəkar əmək kollektivindən təhsil və tədris sahəsində biliklərə və iş təcrübəsinə yiyələnəcəksiniz. Əməkdaşlarına daim qayğı ilə yanaşan şirkət əmək münasibətlərində artan karyera və əmək haqqı sistemlərindən istifadə edir.

Əlavə Məlumat
ARƏM-nə uyğun sənədləşmə.
Təcrübə: Yoxdur.
Təhsil: Ali
Dil biliyi: Rus dili
Kompüter bacarıqları: MS OFİS
Əmək haqqı: Müsahibə əsasında təyin edilir
Elanın yerləşdirmə tarix: 2024-09-02
Son müraciət tarixi: 2024-09-15
Müraciət et