09:00-21:00 İş saatları
Sınaq dərsi istə

SMM

Artıq 11-ci ildir ki, yorulmadan, usanmadan, böyük qürur hissi ilə gərgin əmək sərf edərək, minlərlə vətəndaşımızın təhsilli gələcəyinə, karyerasına çıraq olduğumuz üçün bu müqəddəs missiyamızla qürur duyuruq.

Bizim üçün uyğun namizəd:
Azərbaycan dilində peşəkar yazılı və şifahi ünsiyyət qurmalı, komandada işləmək bacarığı olmalıdır, Microsoft Office proqramları ilə yaxşı səviyyədə işləmə bacarığı, məsuliyyətli, dəqiq, çalışqan olmalıdır, təşkilatçılıq və analiz etmək bacarığı, qərar qəbul etmək və məsuliyyət almaq bacarığı, punktual olmalıdır.

Hansı işləri görəcəksiniz?
Şirkətin sosial şəbəkə hesablarının idarəedilməsi (facebook, Instagram və s.). Sosial media üçün həftəlik post planına uyğun postların paylaşılması. Təsdiq edilmiş plan əsasında reklamların yerləşdirilməsi və izlənilməsi. Şirkətin müxtəlif digital kanallar vasitəsilə reklam kampaniyalarını idarə etmək və optimallaşdırmaq. Rəhbərlik tərəfindən verilmiş tapşırıqların vaxtı vaxtında yerinə yetirilməsi.

Nə əldə edəcəksiniz?
EDU COMPANY TƏHSİL ŞİRKƏTİNDƏ çalışmaqla peşəkar əmək kollektivindən təhsil və tədris sahəsində biliklərə və iş təcrübəsinə yiyələnəcəksiniz. Əməkdaşlarına daim qayğı ilə yanaşan şirkət əmək münasibətlərində artan karyera və əmək haqqı sistemlərindən istifadə edir.

Əlavə Məlumat
ARƏM-nə uyğun sənədləşmə. hr@educompany.az əlaqə nömrəsi : 0774751202
Təcrübə: minimum 1 il
Təhsil: Ali
Dil biliyi: Azərbaycan dili
Kompüter bacarıqları: MS OFİS və Dizayn proqramlarını bilməsi üstünlükdür.
Əmək haqqı: Müsahibə əsasında təyin edilir
Elanın yerləşdirmə tarix: 2024-11-13
Son müraciət tarixi: 2024-11-30
Müraciət et