Əziz Oxucular!
2013-ü ildən peşəkar fəaliyyəti və onlarla nümunəvi dərsliyin müəllifliyi ilə xalqın xidmətindən olan "EDU Company" Təhsil Şirkəti bu dəfə də oxucuları üçün etibarlı vəsait və qüsursuz tərtibat ərsəyə gətirdi. Bu kitab sizə magistraturaya hazırlaşmağınız üçün informatikadan gərəkli olan bütün bilikləri əldə etməyə kömək edəcək. Kitab Dövlət İmtahan Mərkəzinin təsdiq olunmuş proqramına əsasən hazırlanıb və bütün proqramı tam əhatə edir. Kitabda nəzəri material müxtəlif şəkil, qrafik və sxemlərlə verilib ki, bu qavramanı və öyrənməni asanlaşdıracaqdır. Kitabın dilində elmilik qorunmaqla daha sadə izaha üstünlük verilib. Hər mövzunun izahında praktik tapşırıqlar vəizahlar kitabı daha anlaşılan edir. Mövzular bir birindən asılı hissələri ardıcıllıq və metodikilik gözlənilməklə sıralanıb. Bu da sizə daha sistemli şəkildə hazırlaşmağa imkan verəcək. Kitab həmçinin dövlət qulluğuna hazırlaşanlar, informatika fənn olimpiadalarına hazırlaşanlar üçün də faydalıdır. Kitabdan həmçinin orta məktəb müəllimləri, abituryentlər və yuxarı sinif şagirdləri də istifadə edə bilər. Kitabda bütün mövzuları tam əhatə edən informatikadakı son yeniliklər də verilmişdir. Kitabdakı test tapşırıqları sizə informatikadan öyrəndiklərinizi möhkəmlətməyə və yoxlamağa kömək edəcək. Verilmiş test tapşırıqları Dövlət İmtahan Mərkəzinin təsdiq olunmuş proqramına uyğun hazırlanıb və bütün proqramı tam əhatə edir. Tapşırıqlar asandan çətinə doğru olmaqla sıralanmışdır. Kitabla bağlı irad və təklifləriniz üçün +994774251202 əlaqə nömrəsinə zəng edə və ya oguznesriyyati@gmail.com elektron ünvanına yaza bilərsiniz.