09:00-21:00 İş saatları
Sınaq dərsi istə

Oğuz Nəşriyyatı

Oğuz nəşriyyatı "EDU Company" Təhsil Şirkətinin nəzdində yaradılmış, daha sonra effektli idarəetmə planı və tətbiqi ilə əhatə dairəsini genişləndirmiş və Respublikanın bir çox bölgəsindən olan kurs, məktəb və tədris mərkəzləri ilə əlaqələr qurmuşdur. Hal-hazırda Bakıdan əlavə  Azərbaycan Respublikası ərazisində yerləşən Ağsu, Şəki, Göyçay, Gəncə, Masallı, Quba, Xaçmaz, Xudat, Şəmkir, Astara, Qusar və bunun kimi bir neçə bölgəmizdə olan elm mərkəzləri və tədris qurumları ilə fəaliyyətini davam etdirir. Birlikdə olduğu peşəkar müəllim heyəti ilə keçirilən imtahan və çıxarılan nəşrlərin keyfiyyəti özünü göstərir 
Xidmətlər:
Ödənişli və ödənişsiz olmaqla sınaq imtahanları:

  • Blok və buraxılış olmaqla
  • 1-8-ci siniflər üçün keçirilən hədiyyəli bilik yarışı 
  • Magistr sınaqları
  • "EDU Company" Təhsil Şirkətinin Miq imtahanları 
  • Sertifikat imtahanları 
  • Monitorinq imtahanları (məktəblər və istənilən ərazilərdə təşkili) 
  • Xarici dil imtahanları (rus, ingilis, alman, ərəb, fransız, yapon) (Bütün bu imtahanlar Azərbaycan və rus bölməsi olmaqla)

Kitab və tədris vəsaitlərinin nəşri:

  • Ibtidai siniflər üçün
  • 5-8-ci siniflər üçün 
  • Abituriyentlər üçün (riyaziyyat, fizika, kimya, coğrafiya, tarix, Azərbaycan dili, ədəbiyyat, biologiya, informatika, ingilis dili
  • Magistratura imtahanına hazırlaşanlar üçün (məntiq, informatika, ingilis dili)
  • Dövlət qulluğu üçün (Məntiq, İnformatika, Azərbaycan dili, qanunvericilik)
  • Çap xidmətlərinin göstərilməsi 
  • Kitabların, kitabçaların, jurnal və məqalələrin çapı 
  • Dissertasiya, tezis və buraxılış işlərinin çapı 
  • Digər çap xidmətləri.

Sürətli Qeydiyat