09:00-21:00 İş saatları
Sınaq dərsi istə

⁠Master EDU Company

İlk öncə magistr üzrə hazırlaşmaq istəyən tələbələrin planlarından başlamaq istəyirəm. Hər kəs həyatda uğur və nailiyyətlər qazanmış insanlardan stimul alaraq özlərinə nümunə götürərək addım atmağa başlayırlar. Hər bir gənc öz gələcəyini düşünürək təhsil illərində öz vaxtını daha da səmərəli istifadə edərək, gələcək planların öncədən qurmalıdır.

Hər bir sahədə olduğu kimi (Məktəbəqədər hazırlıq, İbtidai sinif hazırlığı, 5-8-ci siniflər üzrə Fənn hazırlığı, IX və XI sinif Buraxılış imtahanına hazırlıq, Abituriyent hazırlığı, Magistratura hazırlığı, Dövlət qulluğuna hazırlıq, Müəllimlərin işə qəbulu hazırlığı və Sertifikasiya imtahanına hazırlıq, Xarici dil kursları, Kompüter kursları, Kollec, Texnikum və Liseylərə hazırlıq, Mühasibatlıq kursları,  IT və Sürücülük kurslarının tədrisini və Xaricdə Təhsil xidmətini) magistr olmaq istəyən hər bir gənc kurs seçimində daha seçici olmağa çalışırlar. Magistratura üzrə uğurlu seçim etməyiniz üçün həm dərslərimiz, həm də kursumuz haqqında qısa məlumat verərək daha rahat qərar verməyinizdə sizə dəstək olmaq istəyirəm.

İlk başda bildirmək istəyirəm ki, EDU COMPANY TƏHSİL ŞİRKƏTİ yeganə təhsil şirkətidir ki, magistratura üzrə hazırlaşan (Azərbaycan və Rus bölməsi) tələbələrə və qeydiyyatdan keçəcək olan hər tələbəyə qəbula 100% yazılı zəmanət verən yeganə təhsil şirkətidir. Yazılı zəmanətin çox sadə şərtləri olmasına baxmayaraq tələbə üçün böyük əhəmiyyəti var. Magistr adını bizimlə qazanmaq istəyən hər bir tələbəmizə daha ətraflı məlumat qeyd ediləcəkdir. Dərslərimiz və dərslərimizin strukturu haqqında qısa məlumat qeyd edəcəm.

Dərslərimiz hər fənn həftədə 2 dəfə 90 dəqiqə olmaqla tədris olunur. Səhər, günorta və axşam qrafiklərimiz tələbələrin univeresitet dərslərinə paralel formada təyin olunduğu üçün rahatlıqla seçim edə bilirlər. Çalışan bəylərimiz, xanımlarımız, məzun tələbələrimiz üçün qrafik təyinləri bir yerdə edilir və hər kəs öz seçimini rahatlıqla edə bilir.

 Dərslərimiz əyani və onlayn formada təşkil olunur. Ümumi dərslərimiz üzrə məntiq, informatika və xarici dil (alman, fransız, rus, ingilis, ərəb-fars) fənnlərindən ayrı-ayrılıqda qruplar açılaraq hər bir tələbə qruplara daxil olur. Hər bir fənn üzrə qrupların dərs vəsaitləri üzrə əlavə material qrupları yaradılır. Dərsə gecikən, dərsin başlanğıcını qaçıran, yorğun olduğu halda başa düşmədiyi dərsləri yenidən təkrar edə bilməsi üçün material qrupunda istədiyi dərsləri rahatlıqla əldə edə və istifadə edə bilirlər. Əgər tələbənin sualı olarsa dərslər barəsində rahatlıqla qrup daxilində müəllimləri ilə və ya hazırlıq yoldaşları ilə müzakirələr apararaq dərslər üzərində təkrarlarını edə biləcəkdir.

Hər bir tələbənin aydan-aya artan nəticəsini görməyimiz üçün ayda iki dəfə sınaq imtahanı keçirilir. Keçirilən hər imtahan tələbələrimiz üçün böyük əhəmiyyətə malikdir. Tələbə üç fənn üzrə keçdiyi dərslər və gəldiyi müddət ərzində mənimsədiyi mövzular haqqında özü-özünü sınayaraq dərs proqramı üzrə nəyi başa düşüb-düşmədiyini daha yaxşı görəcəkdir. Uğura bir addım daha...

 

Universitet imtahanları yekunlaşdıqdan sonra seçim etməyə başlayan tələbələrimiz, bunu sizə özəl qeyd edirəm. Dərslərimizin gedişatı ilə daha yaxından tanış olmağınız üçün ödənişsiz yay dərsləri təşkil edirik. Yay dərslərimizi qaçıran tələbələr üzülməsin, sizlər üçün də daha rahat seçim etmək üçün yeni tədris ili başladıqda hər bir fənndən 1 dərs olmaqla ödənişsiz sınaq dərsində iştirak etmə şansı yaradırıq. Ödənişsiz Yay Dərslərimizin (ÖYD) gedişatı haqqında qısa məlumat qeyd etmək istəyirəm.

Ödənişsiz yay dərslərimiz 1 ay davam edir. Davam etdiyi müddət ərzində müəllimləriniz və müəllimlərinizin keçdiyi dərs metodikası ilə daha yaxından tanış olaraq tələbələrimiz sentyabr qrupları üzrə qərarlarını dəqiqləşdirərək öz müəllim və kurs seçimlərini rahatlıqla edə bilirlər. Bir ay ərzində tələbə müəyyən bir baza formalaşdıraraq Magistr haqqında və ümumi fənnlər haqqında əsas anlayışlara malik olur. Sentyabr ayı üzrə yeni müraciət etmiş tələbələrə nəzərən daha aktiv olduqlarının müşahidəçisi olduğumu qeyd etmək istəyirəm.

Ümumilikdə gənc tələbələrlə auditoriyada təşkil etdiyimiz seminarlar zamanı həmsöhbət olduğumuz gənclərin bizə təklifləri çox olur və o təklifi indi biz tələbələrə təklif edirik. Kampaniya dedikdə ağlımıza bakalavr bal endirimi gələcəkdir: bəli bu kampaniya tələbə üçün uğurlu təklifdir. Bundan başqa “dostunu gətir” kampaniyasını da təklif edirik, yəni özünüzlə magistra hazırlaşmaq istəyən dostlarınızı gətirərək endirim əldə edə bilirsiniz və düşünürəm ki, hər bir tələbənin atdığı hər adımında onu izlədiyi dostu olacaqdır.. Yəni, bunu etməklə dostlarınıza nümunəvi örnək olacaqsınız. Qeyd edim ki, DOST kampaniyası gəldiyiniz bütün aylar üzrə keçərli olacaqdır.

Seçimlərinizi doğru etməyiniz üçün ilk addımı atmalısınız. Atacağınız hər addımda  uğur nərdivanlarını qalxmağınızı və hər zaman gələcəyinizi təhsil sahəsində artırmağınızı diləyirəm. Gənc tələbələr və özünü gənc hiss edən tələbələrimiz hər biriniz başlamaq üçün gözləməyin. Siz addımınızı atın, biz sizə bu yolda hər zaman dəstək olacıyıq. Bizim əmin olduğumuz və tələbələrimiz üçün səsləndirdiyimiz bir şüarımız var. SİZ BACARACAQSINIZ! Bu sizində şüarınız olsun.


Sürətli Qeydiyat