►İngilis dili
Dil öyrənərkən ilk öncə məqsədi bilmək vacibdir. Bu dil sizə nə üçün lazımdır? İnsan məqsədli və sistemli şəkildə dil öyrənməyə başlayanda həmin dili öyrənmək daha da asanlaşır.
“ EDU COMPANY ” Təhsil Şirkətində ingilis dili beynəlxalq standartlar əsasında öyrədilir. Vahid tədris proqramı varki, dərslər həmin proqrama əsasən təşkil olunur. İlkin olaraq qeyd etmək lazımdır ki, dərslərimiz danışığın təkmilləşdirilməsi yönümündə keçirilir. Məqsədimiz ondan ibarətdir ki, tələbə proqramı bitirdikdən sonra rahat şəkildə özünü və fikirlərini ifadə etsin. İlk dərs ödənişsiz nümunə dərsidir. Tələbə nümunə dərsində müəllimin metodikası ilə daha yaxından tanış olur və tələbədə ilkin təəssürat yaranır ki, mən bu dili öyrənə bilərəmmi? Nə qədər müddətə öyrənə bilərəm? Bizim tədris müəssisəsində qrup və fərdi halda dərslər var. İlk öncə biz tələbəni səviyyə təsbit imtahanına qeydə alaraq bilik səviyyəsini müəyyənləşdiririk. Qrup dərsləri qruplaşdırma formasında aparılır. Bu nə deməkdir? Yeni qruplaşma olduqda tələbənin bilik səviyyəsinə görə qruplaşdırılır. Bazası olmayan tələbə ilə bazası olan tələbə eyni qrup daxalində olmur. Çünki, bildiyiniz kimi zəif və güclü tələbələr biri-birinə təsir edir. Və bu halda təhsilin keyfiyyətindən söz gedə bilməz. Qrup halında dərslər 3-5 nəfərdən ibarət olur. 5 nəfərdən artıq tələbənin iştirakına qrup daxilində icazə yoxdur. Çünki 5 nəfərdən artıq tələbə olduqda təhsilin keyfiyyəti aşağı düşür, amma biz hər bir tələbəyə dərs müddətində individual şəkildə yanaşırıq. Əyani və onlayn formada dərslərimiz mövcuddur ki, eyni metodika ilə dərslər tədris olunduğu üçün keyfiyyətdə eyni olur. Onlayn şəkildə isə dərslərimiz Zoom proqramı vasitəsilə tədris olunur.
Dərslərimiz həftədə 3 dəfə 60 dəqiqə olmaqla keçirilir. Lakin bu formal xarakter daşıyır. Həftə sonu danışıq və təkmilləşdirmə dərslərimiz var ki tamamilə ödənişsizdir. Hər bir tələbə istəyir ki, sonda nəticə əldə etsin. Biz və müəllimlərimiz hər bir tələbəyə proqramı keyfiyyətli şəkildə başa vurması üçün əlimizdən gələn hər bir köməkliyi edirik. Proqramı başa vurulduqdan sonra hər bir tələbə imtahan verir. İmtahan iki mərhələdən ibarət olur - yazılı və danışıq. Yəni, tələbələrimizin təhsil aldığı müddət də həm yazı, həm də şifahi danışığının hansı səviyyədə inkişaf edib irəliləməyinin nəticəsini göstərir. İmtahanı keçən tələbəyə rəsmi sertifikat veririk ki, bu sertifikat bütün dövlət və özəl müəssisələrdə tanınır.
“EDU COMPANY “ Təhsil Şirkəti olaraq çalışırıq ki, ingilis dilini öyrənmək istəyən tələbələrə maxsimum şərait yaradaq.
►
Yaşadığımız dövrdə ən vacib bilik və bacarıqlardan birinin də hər hansısa bir xarici dildə bilmək və danışmaq bacarığı olduğunu bilirik. Xüsusilə də bu dil ingilis və rus dilidirsə, sizin üçün bir çox qapı üzünüzə açılmış olur. Rus dili, əsasən, bizim və bizimlə qonşu olan ölkələrdə daha çox əhəmiyyət kəsb edir və hal-hazırda ölkəmizdə gənclərin çoxu bu dili öyrənmək üçün müxtəlif resurslardan istifadə etməyə çalışır. Bu dil dünyanın ən çoxyayılmış dillərindən biri — ümumi danışanların sayına görə beşinci, doğma dil kimi qəbul edənlər kimi sayca səkkizincidir. Rus dili Azərbaycanda ən çox istifadə olunan dillərdən biridir. Tək bizim ölkəmizdə yox qonşu dövlətlərdə də rus dili böyük əhəmiyyət kəsb edir. Rus dilini öyrənməklə, karyeranızda və gündəlik həyatınızda bir çox müsbət dəyişiklikləri əldə edə bilərsiniz. Azərbaycanda bu sahədə yüksək tələbatın olduğunu nəzərə alaraq, "EDU Company" sizlərə Rus dili hazırlıqlarını təqdim edir. Əksər kurslardan əsas üstünlüyümüz keyfiyyətə önəm verməyimizdir. Xüsusi hazırlanmış dərs proqramı ən qısa zamanda rus dilinin qrammatik incəliklərini mənimsəməyinizə yardımçı olmaqla bərabər, danışıq bacarıqlarınızı da inkişaf etdirəcək.
Kursun proqramı 6 səviyyədən ibarətdir.
Hər səviyyənin proqramı 2 ay olsa da, tələbənin dil öyrənmə qabiliyyətindən və bu dili öyrənmək üçün ayıracağı vaxtdan asılı olaraq bu müddət arta və ya azala bilir.
►
Alman dili ümumilikdə 6 səviyyədən ibarətdir:
A1 səviyyəsində
Siz müəyyən istəklərinizi dilə gətirmək üçün tanış ifadə və cümlələri, gündəlik həyatda işlənən sözləri başa düşür və tələffüz edə bilirsiz. Özünüzü və başqalarını təqdim edə, digər şəxslərə özləri haqqında suallar verə və buna oxşar sualları da cavablandıra bilirsiniz. Ünsiyyətdə olduğunuz şəxs yavaş və aydın danışırsa, siz onunla sadə şəkildə fikir mübadiləsi aparırsınız.
A2 səviyyəsində
Gündəlik həyatda işlənən cümlələri (məs.: şəxsin özü və ailəsi barəsində, alış-veriş və işlə bağlı məlumatları və s.) və ifadələri anlayırsınız. Sadə dildə ifadə olunan müəyyən mövzulara dair məlumatları çatdırmaq, özünüz, təhsiliniz, yaxınlarınız haqqında danışmaq, başqalarına sual vermək bacarığına malik olursuz.
B1 səviyyəsində
Siz iş, təhsil və asudə vaxt kimi tanış mövzularda olan aydın danışıqları və sadə ədəbi dildə olan mətnin məzmununu anlayırsınız. Alman dilli ölkələrə səyahətlə bağlı müxtəlif vəziyyətlərdə fikrinizi ifadə edə bilir, Sizi maraqlandıran müxtəlif, tanış mövzularda olan məlumatları sadə şəkildə açıqlayırsınız. Arzu, təcrübə, məqsəd və ümidlərinizi, baş verənləri təsvir edə bilir, öz fikrinizi və gələcək planlarınızı paylaşır və onları əsaslandırırsınız.
B2 səviyyəsində
Mücərrəd və konkret mövzularda olan çətin mətnlərin və müzakirələrin əsas məzmununu anlayırsınız. Dil daşıyıcıları ilə ünsiyyətdə çətinlik çəkmədən kifayət qədər sərbəst danışırsınız. Geniş mövzu çərçivəsində aydın və dəqiq məlumat vermək, problemə öz nöqteyi-nəzərinizi açıqlamaq, müxtəlif variantların üstün və çatışmayan cəhətlərini təsvir etmək qabiliyyətinə maliksiniz.
C1 səviyyəsində
Müxtəlif mövzularda geniş və çətin mətnləri anlayır və gizli məntiqi mənaları anlaya bilirsiniz. Söz və ifadə seçimində çətinlik çəkmədən, kifayət qədər tez və sərbəst danışırsınız. Dili təhsildə və professional fəaliyyətdə effektiv və düzgün istifadə edirsiniz. Mətnin qurulması üçün lazım olan müxtəlif strukturlardan istifadə edərək çətin mövzularda aydın, dəqiq və məntiqi fikir söyləyirsiniz.
C2 səviyyəsində
Demək olar ki, eşidilən və yazılan hər cür məlumatı anlayırsınız. Deyilən və yazılan bir neçə mənbəyə əsaslanaraq məntiqli mətnlər qurur və fikir söyləyərkən mövzuya aid əsaslandırmalar və açıqlamalar söyləyirsiniz. Çətin mövzularda düşünmədən, yüksək dəqiqlik və səlistliklə, məna çalarlarını qeyd edərək danışırsınız.
Qeyd etmək istəyirik ki, hər səviyyəni bitirdikdən sonra tələbələr həmin səviyyəyə uyğun yazıb-oxumağı və səlis danışmağı öyrənirlər. Sonda tələbələrə şirkət tərəfindən rəsmi sertifikat təqdim olunur ki, sertifikatlar özəl və dövlət orqanlarında keçərlidir. Qeyd edək ki, dərslər həm Azərbaycan, həm də rus bölməsi üzrə keçirilir. Dərs keyfiyyətindən əmin olmanız üçün ilk dərs ödənişsiz sınaq dərsidir.
►
Ərəb dili (ərəb. اللغة العربية, ərəb. عربي) — Sami dillərinin Cənub qrupunun Şimal bölməsinə daxildir. Qohum dillərdən qədim tarixi, geniş yayılması, fonetik-qramatik və leksik xüsusiyyətlərini bu günədək qoruyub saxlaması ilə fərqlənir. BMT-nin 6 rəsmi və işlək dilindən biridir. Zəngin samit sisteminə malikdir (velar, farinqal, larinqal samitlər). Sadə sait sistemi mövcuddur. Söz sırası bir qayda olaraq belədir: XMT (xəbər-mübtəda-tamamlıq). Təbii ki, daha çox ərəb dünyasında danışılan bu dil dünyada ən çox danışılan 5-ci dildir. Ərəb dilində söz ehtiyatı öz zənginliyi ilə seçilir.
Quranın dili olan ərəb dilinin İslam dünyasında xüsusi yeri var. Yazı dili şifahi ərəb dilindən xeyli fərqlidir. Yaxın Şərq və Şimali Afrikadakı hər bir ölkənin öz ləhcəsi var. Yəni Misir ərəbi, Mərakeş ərəbi, Livan ərəbi və Fələstin ərəbi bir-birindən çox fərqlidir. Fərq təkcə tələffüzdə və istifadə olunan cümlələrdə deyil. Qrammatika, sözlər və ifadələr də fərqli ola bilər.
Ərəb dili bizim fikrimizcə yer üzündə təcrübə imkanları tapmaq üçün ən asan dillərdən biridir. Ərəb dilində danışan insanlar, ümumiyyətlə, çox isti və qonaqpərvər olduqları üçün ərəb dili ilə danışıq tərəfdaşları tapmaqda heç vaxt çətinlik çəkməyəcəksiniz. Siz də dərslərə qoşularaq ərəb dilini mükəmməl şəkildə mənimsəyəcək, məşhur və zəngin ərəb mədəniyyəti ilə yaxından tanış olacaq, qısa zaman ərzində ərəb dilində sərbəst ünsiyyət quracaq, ərəb dilində təhsil almaq, turizm sahəsində karyeranızı inkişaf etdirmək kimi məqsədlərinizi reallaşdıra biləcəksiniz!
Kursda Ərəb dilinin tədrisi üç əsas istiqamətdə qurulur:
1. Ərəb dilinin ədəbi dili - fusha.
2. Ərəb dilinin qrammatikasını ərəb dilində tədris etmək.
3. Ərəb dilinin dialektlərini öyrənmək və danışıq dərsləri.
►Fransız dili dünyada ən çox danışılan 12-ci dil və xarici dil kimi öyrənilən ikinci ən populyar dildir. Bir çox tədqiqatçıya görə, bu gün 200 milyondan çox insan Fransızca danışır. Fransız dili BMT-nin 6 rəsmi dilindən biridir. Fransız dili psixologiya, fəlsəfə, hüquq və tibb üzrə çoxsaylı beynəlxalq elmi konqres və simpoziumlarda istifadə olunur. Fransız dili (Fransadan başqa) Belçika, İsveçrə və Kanadanın rəsmi dillərindən biridir.
Bu dilin populyarlığı çox sadə izah olunur. Fransız dili inanılmaz dərəcədə gözəl və melodikdir. Təəccüblü deyil ki, bir neçə əsrlər boyu mədəniyyətli, savadlı insanların dili hesab olunur. Həqiqətən, istənilən Avropa dilində mədəniyyət, memarlıq, rəssamlıq, teatr, rəqs, kulinariya və moda ilə bağlı fransız dilindən çoxlu mənbə tapa bilərsiniz.
Məsələn, ingilis dili qədər lazımdırmı? Və sizə cavab verəcəyik - bəli!
Fransız dili Rusiyada xarici dil kimi öyrənilən ikinci ən populyar dildir və BMT-nin 6 rəsmi dilindən biridir. Tələffüz xüsusiyyətlərinə baxmayaraq, onu öyrənmək çətin deyil. Fransız dilini bilmək romantizm qrupuna aid olan digər dilləri (İspan, İtalyan, Portuqal, Rumın) öyrənməyinizi asanlaşdıracaq. Fransız dili gözəl, zəngin və melodik bir dildir və bu dil layiqincə sevgi dili adlandırılır.
Fransızların nitqində nə qədər melodiya və şirin uğultu var! Bunlar təkcə qulağa xoş gələn səslər deyil - bu dil təfəkkürdə, dünyagörüşündə iz qoyur. Paris niyə dünya modasının, ətriyyatının və incəsənətinin paytaxtıdır? Fransa niyə bu qədər müxtəlif sahələrdə bu qədər istedadlar yaradır? Cavab sadə və aydındır - belə zərif və melodik dildə danışan insanlar adi və adi bir şəkildə düşünə bilməzlər.
►Yapon dili — Yaponiyanın rəsmi dövlət dilidir. Şərq dillərindən hesab olunur. Bu dildə 125 milyon insan danışır. Əlifbası çin dilinin "kanci" xəttindən formalaşmışdır. Kanci hiraqana və katakanada istifadə olunur. Bundan başqa "imatokana" deyilən və sadəcə imperator sarayında istifadə edilən bir xətt növü də var. 2000-dən çox kanci istifadə olunur, lakin hiraqana və kataqana hərəsi 47 hərfdir. Bu xətlərə bəzi əlamətləri artırdıqda başqa səslər əmələ gəlir. Müasir yapon dilində, xüsusən şirkət adları, reklamlar və yapon dilinin kompüterə keçirilməsində romaci adı verilən latın əlifbası da işlənir. Türk dilləri kimi iltisaqi dildir. Yapon dili Ural-Altay dillərindən olduğuna görə türk dillərinə müəyyən yaxınlığı var. Yaponca yapon dilini iki cür adlandırırlar. Başqa dillərin kontekstində "nihonqo" (日本語) sözü işlədilir. Bu, hərfi tərcümədə "yapon dili" deməkdir. Lakin, milli mədəniyyətin bir hissəsi, Yaponiyada tədris olunan fənn kimi, doğma dövlət dili olaraq o, adətən "kokuqo" (國語 və ya 国語), yəni "ölkə dili" və ya "milli dil" adlandırılır. Bu söz başqa dillər üçün də istifadə edilə bilər, amma əsasən məhz yapon dili üçün istifadə edilir.