09:00-21:00 İş saatları

Kembric Universitetinin İngilis dili imtahanları üzrə rəsmi hazırlıq mərkəziyik!

"EDU Company" Təhsil Şirkəti İngilis dili kvalifikasiyaları üzrə rəsmi hazırlıq mərkəzi oldu!

Dövlət İmtahan Mərkəzində tədris mərkəzlərinə Kembric İngilis dili kvalifikasiyaları üzrə rəsmi hazırlıq mərkəzi statusunun verilməsinə həsr olunmuş tədbir keçirilib.
"EDU Company"Təhsil Şirkətinin təsisçisi və baş direktoru Samir Əzizov şirkətin adından tədbirin rəsmi qonaqları arsında dəvətli olaraq iştirak etmişdir.
Tədbirdə iştirak edən qonaqlar əvvəlcə DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olublar.

Tədbirin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra vətənimizin müstəqilliyi və azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan DİM-in Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn tədris mərkəzləri ilə uzun zamandır davam edən əməkdaşlıq müzakirələrinin, Kembric kvalifikasiyalarına dair məlumatlılığın artırılması istiqamətində atılan addımların bu gün baş tutan tədbirlə rəsmiləşdiyini qeyd edib. Eyni zamanda Kembric imtahan meneceri olaraq Vəli Hüseyn tədris mərkəzləri ilə Kembric kvalifikasiyaları istiqamətində baş tutan əməkdaşlığın ölkə səviyyəsində ingilis dili üzrə bilik və bacarıqların təkmilləşməsinə əhəmiyyətli töhfə verəcəyini vurğulayıb.
Tədbirə onlayn qoşulan Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun Ukrayna və Qafqaz üzrə biznesin inkişafı baş meneceri Darina Sizuk Kembric Hazırlıq Mərkəzləri ailəsinin sürətlə böyüməsinin şagird, müəllim və məktəblər üçün faydalı olacağını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra DİM-in Strateji inkişaf şöbəsinin əməkdaşı DİM tərəfindən təşkil olunan digər beynəlxalq imtahanlar barədə təqdimat nümayiş etdirib.
Tədbirin sonunda DİM-in rəhbərliyi ilə "EDU Company" Təhsil Şirkətinə rəsmi hazırlıq mərkəzi statusunun verilməsini rəsmiləşdirən əməkdaşlıq müqaviləsi imzalanıb.

Əməkdaşlıq çərçivəsində mərkəzimizdə təhsil alan tələbələr üçün Kembric Universitetinin rəsmi sertifikatlı imtahanına giriş şansı, imtahana hazırlıq və sertifikat əldə etməsi mümkün olacaqdır!