Az Ru En

YDS kursları

YDS (Yabancı Dil Sınavı) Türkiyə universitetlərində xarici dildə təhsil almaq istəyən tələbələr tərəfindən verilən xarici dil imtahanıdır.

Bu imtahan ildə 2 dəfə bahar və son bahar aylarında Türkiyədə keçirilir. YDS imtahan nəticəsi bütün universitetlər tərəfindən qəbul edilir. İmtahan ingilis dilindən başqa digər dillər üzrə də keçirilir.

İmtahan 180 dəqiqə davam edir, 80 sualdan ibarətdir və 100 ballıq sistemlə qiymətləndirilir. İmtahan nəticəsinin etibarlılıq müddəti adətən 5 il, bəzi universitetlərdə isə öz daxili qanunvericiliklərinə görə müəyyən edilir.