09:00-21:00 İş saatları
Sınaq dərsi istə
1C Mühasibatlıq Kursları |

Mühasibatlıq kursları

"EDU Company" Təhsil Şirkəti peşəkarlığını artırmaq istəyən mühasibləri və mühasibatlıq üzrə yeni fəaliyyətə başlamaq istəyənləri Ümumi Mühasibat Uçotu və1C Mühasibatlıq proqramını (7.7, 8,2 və 8.3 versiyaları) 10 ildən artıq mühasib təcrübəsi olan təcrübəli müəllimlərimizdən öyrənməyə dəvət edir. Bizim ixtisaslı və peşəkar müəllimlərimiz tərəfindən tədris olunan dərslərdən yararlanmaqla, siz də əmək bazarında seçilən deyil, seçən kadrlarından olma şansı əldə edəcəksiniz. Qeyd edək ki, ilk 2 ayda sizə mühasibat uçotunun nəzəri hissəsi (hər mövzuya aid məsələ həlləri, müxabirləşmələr, excel trenajor - qurulmuş maliyyə hesabatı üzərindən əməliyyatlar), 3-cü ayda isə 1C 8.3 proqramı tədris olunur. Bəs 1C proqramı nədir? 1C proqramı müəssisələrdə fəaliyyətin avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur. Əsas məqsədi müəəssislərdə mühasibat və ya idarəetmə uçotunun həmçinin iqtisadi və təşkilati fəaliyyətlərin avtomatlaşdırılması və ya kompüterləşməsidir. Bir neçə versiyası (7.7, 8.1, 8.2 və s.) vardır. Ən geniş yayılmış versiyası isə 8.3.

 "1C 8.3 Mühasibatlıq" proqramı üzərindən qeyd olunan əməliyyatlar öyrədilir: Alış, satış, kassa, anbar, əsas vəsaitlərin uçotu, mədaxili, kadrlar (işə qəbul, işdən azad etmə, kadrların yerdəyişməsi), əmək haqqı (hesablanması, bəyanatı). 4-cü ayda isə BTP (vergi bəyannamələri, vergi hesabatları), DSMF, e-qaimə, internet-banking, elektron kargüzarlıq, elktron dövlət portalları ( E-sosial, e-gov, e-taxes və s) tədris olunur.

Ümumi Mühasibat Uçotu proqramının qısa tədris planı isə aşağıdakı kimidir :

  1. Bazanın yaradılması
  2. Şirkətin əsas məlumatları (Filialların, Şöbələrin, Fiziki şəxslərin və digər dəyişikliklərin ələvə olunması).
  3. Əməkdaşlıq etdiklərimiz, debitor və kreditorlar, alıcılar və malsatanların yığılması və s.
  4. Malların, materialların, məhsulların, əsas vəsaitlərin, əlavə edilməsi.
  5. Anbarların ələvə edilməsi.
  6. Bank əməliyyatları. Bank çıxarışlarının yazılması.
  7. Hesablaşma hesabına mədaxil olunanları və hesablaşma hesabından məxaric olunanları qeyd etmək. Ödəniş tapşırığının yazılması.
  8. Pul vahidlərinin əlavə edilməsi, kassa əməliyyatlarının uçotu. Mədaxil və məxaric orderlerinin yazılması.
  9. Avans hesabatı, təhtəl şəxslərlə aparılan hesabatların yığılması.
  10. Malların, materialların malsatanlardan mədaxil olunması, geri qaytarılması, satılması.
  11. İnventarlarımızın uçota salınması və silinməsi
  12. İstehsal edilən məhsulların uçotu.
  13. Əsas vəsaitlərin uçotu
  14. Qeyri maddi aktivlər
  15. Əmrlərin verilməsi, Kadr uçotu - Əmək haqqıların hesablanması və ödənilməsi.
  16. Dövriyyə cədvəlinə, hər bir hesab üzrə əməliyyatlara baxmaq, hesabları analiz etmək və s.

Dərslərimiz həftədə 2 dəfə 90 dəqiqə olmaqla, fərdi və qrup şəklində təşkil olunaraq əyani və onlayn formada keçirilir. Qruplarda maksimum tələbə sayı 5-6 nəfər olur. Əyani dərslərimizdə tələbələrə nəzəri, həm də praktiki biliklər aşılanır. Qeyd etmək lazımdır ki, müəllimlərimiz peşəkar mühasiblər, maliyyə menecerləri və sərbəst mühasiblik fəaliyyəti göstərən mütəxəssislərdir. Dərs keyfiyyətindən əmin olmanız üçün ilk dərs ÖDƏNİŞSİZ SINAQ DƏRSİDİR. Siz də elə indi edin, mühasibatlığın sirlərini bizimlə öyrənin.


Sürətli Qeydiyat





Elmlər A filialı
+994-77-412-12-02 Whatsapda yaz
+994-12-539-40-23
Nizami filialı
+994-77-567-12-02 Whatsapda yaz

28 May filialı
+994-70-438-12-02 Whatsapda yaz

N.Nərimanov filialı
+994-70-844-12-02 Whatsapda yaz
+994-12-564-93-67
Neftçilər filialı
+994-77-410-12-02 Whatsapda yaz

Xalqlar filialı
+994-77-432-12-02 Whatsapda yaz

Sumqayıt filialı
+994-77-677-12-02 Whatsapda yaz

Gəncə filialı
+994-70-565-12-02 Whatsapda yaz

Göyçay filialı
+994-51-444-10-44 Whatsapda yaz
+994-20-274-61-42
Xırdalan filialı

Elmlər B filialı