09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Microsoft Office Proqramları Kursu |

MS Office Proqramları

MS Office proqramlarını bilmək müasir biznes mühitinin tələblərindən biridir. Qlobal dünyada texnologiyanın inkişafı müxtəlif proqramların kəşf olunması ilə nəticələndi. 1975-ci ildə təsis edilmiş Microsoft şirkəti hazırda proqram təminatı istehsalı, fərdi kompüter və serverlər üçün internet texnologiyalarının hazırlanması, eyni zamanda onlara xidmət göstərilməsində dünya lideridir. Microsoft məhsulları 80-dən çox ölkədə satılır. 2006-cı ilin fevral ayından Azərbaycanda Microsoft Azərbaycan şirkəti fəaliyyət göstərir.

"EDU Company" Təhsil Şirkəti peşəkarlığını artırmaq istəyən mühasibləri, auditorları, menecerləri, satış şöbəsinin əməkdaşlarını, həmçinin ofis proqramlarının istifadəsi vacib olan peşələrdə çalışan və ya çalışmaq istəyən hər kəsi ofis proqramları hazırlığına dəvət edir. Artıq uzun illərdir ki, ofis proqramlarının tədrisi ilə məşğul olan şirkətdə tədris istəyə uyğun, seçim əsasında fərdi və qrupda olmaqla təşkil olunur. Dərs günləri və dərs saatlarını isə tələbə özü seçə bilir. 

Tədris etdiyimiz Microsoft Ofis proqramlarına aşağıdakı proqramlar daxildir:

  1. Microsoft Windows —  əməliyyat sistemi;
  2. Microsoft Office Word — mətn prosessoru. Müxtəlif sənədlərin hazırlanmasında və redaktəsində istifadə (yazı işləri) edilir. Hazırda dünyada ən populyar proqram hesab olunur;
  3. Microsoft Office Excel — cədvəl prosessoru. Əsasən hesablama işləri aparmaq və müxtəlif məqsədli elektron cədvəllər qurmaq üçün nəzərdə tutlmuş proqramdır;
  4. Microsoft Office Outlook — şəxsi kommunikator. Proqrama daxildir: təqvim, tapşırıqlar planı, elektron poçt, ünvanlar kitabçası;
  5. Microsoft Office PowerPoint — bu proqram vasitəsilə slaydlar yaradılır. Həmçinin hesabatlar, tezislər, təqdimatlar bu proqram vasitəsilə edilir.

Qeyd etmək lazımdır ki, "EDU Company" Təhsil Şirkəti dünya nəhəngi olan "MİCROSOFT" şirkətinin rəsmi və qlobal partnyorudur.  Elə indi müraciət edərək bilik səviyyənizə uyğun həm standart, həm də intensiv dərslərə qoşulub ofis proqramlarını peşəkar mütəxəssislərimizdən öyrənə və iş həyatına bir addım öndə başlaya bilərsiniz. 


Sürətli Qeydiyat





Elmlər A filialı
+994-77-412-12-02 Whatsapda yaz
+994-12-539-40-23
Nizami filialı
+994-77-567-12-02 Whatsapda yaz

28 May filialı
+994-70-438-12-02 Whatsapda yaz

N.Nərimanov filialı
+994-70-844-12-02 Whatsapda yaz
+994-12-564-93-67
Neftçilər filialı
+994-77-410-12-02 Whatsapda yaz

Xalqlar filialı
+994-77-432-12-02 Whatsapda yaz

Sumqayıt filialı
+994-77-677-12-02 Whatsapda yaz

Gəncə filialı
+994-70-565-12-02 Whatsapda yaz

Göyçay filialı
+994-51-444-10-44 Whatsapda yaz
+994-20-274-61-42
Xırdalan filialı

Elmlər B filialı