"EDU Company" Təhsil Şirkəti ingilis dilini beynəlxalq standartlar əsasında öyrənmək istəyənləri, dil üzrə əsas bacarıqlarını, danışıq, dinləmə, yazma və oxuma, qramatika və söz ehtiyyatını artırmağı (reading, writing, listening, speaking, grammar, vocabulary) hədəfləyən hər kəsi xarici dil hazırlıqlarına dəvət edir.
General English
Dünya standartlarına uyğun olaraq (TEFL - Teaching English as a Foreign Language) ingilis dilinin tədrisi 6 mərhələdən ibarətdir. "EDU Company" Təhsil Şirkətində də ingilis dili bu standartlara uyğun olaraq tədris olunur.
Bu səviyyə sıfırdan başlayaraq təhsil alan tələbələr ücün nəzərdə tutulur. İlkin səviyyədə dilin öyrənilməsində sonrakı mərhələ üçün əsas qoyulur və təhsil prosesinin özünə maraq yaradılır. Material düşünülərək və metodiki səviyyədə verilir. Leksika bölməsi dəqiqliklə hazırlanmışdır. Praktik tapşırıqların məqsədi ünsiyyət təcrübəsinin inkişafı və onun real vəziyyətlərdə əminliklə istifadəsidir. Proqrama fonetika, qrammatikanın əsasları və danışıq daxildir. Təhsili bitirdikdən sonra tələbə çətin olmayan mətnləri oxuya bilər və məişət mövzularında söhbətlər apara bilər.
Məşğələlərdə mövcud olan dostluq atmosferi dil baryerindən azad olmaq imkanı verir. Tədris Britaniyanın və ABŞ-ın aparıcı nəşriyyat evlərinin ən müasir dərs vəsaitləri üzrə aparılır.
Əsas məqsədlərimiz aşağıdakılardan ibarətdir:
Bu səviyyədə tələbələr aşağıdakıları öyrənəcəklər:
Hazırlıq prosesinə daxildir:
Qrammatikanın öyrədilməsi: “Wh”-lə başlanan suallardan, “be/do” felləri ilə düzələn cümlələrdən, “hə/yox” sualları və “be/do” ilə olan cavablardan, mübtəda, əvəzlik, sifətlərdən, indiki zamanda olan cümlələrdən və s. ibarətdir.
“Elementary” mərhələsi inglis dilinin qrammatikası və danışıq təcrübəsi haqqında əsaslı məlumatı olan amma kifayət qədər söz ehtiyatı olmayan tələbələr üçün nəzərdə tutulur. Proqram 4 növ istiqamətin inkişafı üçündür;
Bu səviyyədə əsas məqsəd;
Bir dərsdə 30-35 yeni söz daxil olmaqla gündəlik həyatda istifadə olunan mövzular işlənilir, həmçinin ingilis dilinin əsaslı qrammatikası (əsas zaman formaları və qrammatik konstruksiyalar), dərsdə və evdə aparılan söhbətlər və ev tapşırığı çərçivəsində yazılı tapşırıqlar bura daxildir. Kursu bitirdikdən sonra tələbə mətnin və danışığın əsas məzmununun anlayışını, səyahətlərdə və adi həyat situasiyalarında danışmağı, eşidilənlər və oxunanlar əsasında qısa məlumatlar verilməsini, adi və şəxsi məktubların yazılmasını həyata keçirə bilər.
İlk dərslərdən ingilis dili ilə düzgün məşğul olmaq haqqında təsəvvür verən xüsusi metodikadan istifadə edilir. Proqramda bütün 4 dil vərdişlərini ( dinləmə qabiliyyəti, danışıq qabliyyəti, oxumaq, yazmaq) inkişaf etdirən dərs materiallarının geniş spekterindən istifadə edilir.
Pre-İntermediate səviyyəsini bitirdikdən sonra tələbə hər hansı yazılı və ya şifahi məlumatın məzmununu tamamilə anlayır, şəxsi fikrini bildirir, oxuduqları və yazdıqları əsasında ətraflı məlumatlar əldə edir, müəyyən çətinlikdə olan şəxsi və rəsmi yazışmalar aparır, ingilis dilində ədəbiyyat oxuya bilir, xarici səfərlərdə tərcüməçisiz keçinə bilir. Bu kursda alınmış təhsil tələbəyə Beynəlxalq imtahan olan PET (Preliminary English Test) müvəffəqiyyətlə verilməsinə imkan yaradır.
Bu səviyyədə tələbələr kursumuz tərəfindən təşkil olunan Amerikalı və Britaniyalı müəllimlər tərəfindən aparılan danışıq klubları və müzakirələrdə fəal iştirak edə bilərlər.
“ Pre-İntermediate “ səviyyəsində ingilis dili haqqında bəzi təcrübələri olan tələbələr üçün nəzərdə tutulur. Təhsilə qrammatika haqqında biliklərin artırılması, söz ehtiyyatının çoxaldılması və danışıq maneələrinin aradan götürülməsi (danışıq təcrübəsi) daxildir. Bu səviyyəyə uyğun olan intensiv danışıq mövzuları, ev tapşırıqları çərçivəsində yazılı çalışmalar sinifdə və evdə işlənilməsi üçün verilir. İntermediate səviyyəsini bitirdikdən sonra tələbə aşağıdakı qabiliyyətləri əldə edir.
''İntermediate'' səviyyəsində müəyyən bir təcrübəyə malik olan tələbələr üçün nəzərdə tutulur. Təhsil ingilis dilinə praktik və azad şəkildə yiyələnmə, xarici dilli vətəndaşların danışıqlarının tamamilə başa düşülməsinə yönləndirilir. Bu səviyyəyə uyğun olan intensiv danışıq mövzuları, ev tapşırıqları çərçivəsində yazılı çalışmalar sinifdə və evdə işlənilməsi üçün verilir.Kursu bitirdikdən sonra tələbə müxtəlif mövzularda (məişət mövzularından profesional səviyyəyə qədər) dildən sərbəst şəkildə istifadə edə bilir, xarici vətəndaşlarla rahat ünsiyyət qura bilir, xüsusi və bədii ədəbiyyat oxuya bilir, mətnin məzmununu ümumiləşdirə və izah edə bilir, oxunmuş mətnin icmalını qura bilir.
Bu kursda əldə edilmiş bilikləri tələbəyə Kembric CAE (Cambridge Advanced English) və TOEFL (Test Of English as a Foreign Language) beynəlxalq imtahanlarının müvəffəqiyyətlə verilməsinə imkan yaradır.
“Advance“ kursu tələbələrə biliklərini mükəmməlləşdirmək və onları profesional səviyyəyə çatdırmaq üçün nəzərdə tutulur. Elementar səviyyədən başlayaraq biz tələbəni Advanced (yüksək) səviyyəsinə çatdırırıq ki, bu da ona aşağıdakıları imkan verir.
Təhsil əsasən söz ehtiyatının artırılması, nitq tərzləri və dil formalarına yönləndirilmişdir. Bu səviyyə böyük söz ehtiyatı və qrammatika haqqında tam biliklər verir. Kursu bitirdikdən sonra tələbə müxtəlif situasiyalarda (xarici vətəndaşla eyni səviyyədə) danışıq dilinə yiyələnə bilir, hər hansı bir səviyyədə və mövzuda sinxron tərcümələr edə bilir. Kursda əldə edilmiş biliklər tələbəyə TOEFL (Test of English as a Foreign Language), CAE (Cambridge Advanced English) və CPE (Certificate Proficiency İn English) beynəlxalq imtahanlarının müvəffəqiyyətlə verilməsinə imkan yaradır.
Hər səviyyənin proqramı 1 ay yarım olsa da, tələbənin dil öyrənmə qabiliyyətindən və bu dili öyrənmək üçün ayıracağı vaxtdan asılı olaraq bu müddət 1 ay ola, bəzən 2 ayadək davam edə bilər.
İxtisaslaşdırılmış xüsusi kurslar xarici dili biznes, neft, tibb, hüquq və digər ixtisaslaşdırılmış istiqamət və sahələrdə öyrənmək istəyənlər üçün nəzərdə tutulmuş kurslardır. Bu kursları keçmək istəyən tələbələrin müəyyən bilik səviyyəsi (3-cü səviyyə və daha yüksək) olmalıdır.
Biznes ingilis dili kursu
Bu kursun əsas məqsədi işgüzar ingilis dilinin öyrənilməsidir və işgüzar ingilis dilini inkişaf etdirmək istəyən şəxslər üçün uyğundur. Bu kurs vasitəsilə siz ümumi ingilis dili biliklərini möhkəmləndirə, qrammatik biliklərini inişaf etdirə və söz ehtiyatlarını artıra biləcəksiniz. Bu kurs həmçinin Cambridge Business English Certificate ("BEC") imtahanına hazırlaşan tələbələr üçün uygundur.
Texniki ingilis dili kursu
Bu kurs, əsasən, aşağıdakı sahələri əhatə edir: texniki terminologiya, müştəri/iş yoldaşları ilə ünsiyyət, neft və qaz sənayesinin tendensiyaları, layihələrin idarə edilməsi. Bu kurs bir sıra əsas sənaye dil bacarıqlarının inkişaf etdirilməsinə yönəlib və sizə dünyanın ən vacib sahələrinin birində uğur qazanmaq üçün lazım olan əminliyi verəcək. Müəllimlərimiz müxtəlif xarici və yerli universitetlərin məzunları (ingilis dili ixtisaslı) olmaqla yanaşı, CELTA, TEFL, TKT, İELTS, TOEFL və s. beynəlxalq sertifikatlara malik təcrübəli mütəxəssislərdi.