09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Ərəb Dili Kursları - Ərəb Dili Dərsləri |

Ərəb dili kursları

Ərəb dili (ərəb. اللغة العربية‎‎, ərəb. عربي‎‎) — Sami dillərinin Cənub qrupunun Şimal bölməsinə daxildir. Qohum dillərdən qədim tarixi, geniş yayılması, fonetik-qramatik və leksik xüsusiyyətlərini bu günədək qoruyub saxlaması ilə fərqlənir. BMT-nin 6 rəsmi və işlək dilindən biridir. Zəngin samit sisteminə malikdir (velar, farinqal, larinqal samitlər). Sadə sait sistemi mövcuddur. Söz sırası bir qayda olaraq belədir: XMT (xəbər-mübtəda-tamamlıq). Təbii ki, daha çox ərəb dünyasında danışılan bu dil dünyada ən çox danışılan 5-ci dildir. Ərəb dilində söz ehtiyatı öz zənginliyi ilə seçilir.

 Quranın dili olan ərəb dilinin İslam dünyasında xüsusi yeri var. Yazı dili şifahi ərəb dilindən xeyli fərqlidir. Yaxın Şərq və Şimali Afrikadakı hər bir ölkənin öz ləhcəsi var. Yəni Misir ərəbi, Mərakeş ərəbi, Livan ərəbi və Fələstin ərəbi bir-birindən çox fərqlidir. Fərq təkcə tələffüzdə və istifadə olunan cümlələrdə deyil. Qrammatika, sözlər və ifadələr də fərqli ola bilər.

Ərəb dili bizim fikrimizcə yer üzündə təcrübə imkanları tapmaq üçün ən asan dillərdən biridir. Ərəb dilində danışan insanlar, ümumiyyətlə, çox isti və qonaqpərvər olduqları üçün ərəb dili ilə danışıq tərəfdaşları tapmaqda heç vaxt çətinlik çəkməyəcəksiniz. Siz də dərslərə qoşularaq ərəb dilini mükəmməl şəkildə mənimsəyəcək, məşhur və zəngin ərəb mədəniyyəti ilə yaxından tanış olacaq, qısa zaman ərzində ərəb dilində sərbəst ünsiyyət quracaq, ərəb dilində təhsil almaq, turizm sahəsində karyeranızı inkişaf etdirmək kimi məqsədlərinizi reallaşdıra biləcəksiniz!

Kursda Ərəb dilinin tədrisi üç əsas istiqamətdə qurulur:

1. Ərəb dilinin ədəbi dili - fusha. 
2. Ərəb dilinin qrammatikasını ərəb dilində tədris etmək. 
3. Ərəb dilinin dialektlərini öyrənmək və danışıq dərsləri.

Siz də səlis şəkildə Ərəb dilində danışmaq, təhsilinizi Ərəb dilli ölkələrin birində davam etdirmək və ya karyera həyatınızda ehtiyac duyulan işçi olmaq istəyirsiniz? “EDU Company” Təhsil Şirkəti Ərəb dilini mükəmməl şəkildə öyrənmənizdə və tətbiq etmənizdə sizə yardımçı olacaq. Qeyd edək ki, tədris prosesinin sonunda hər bir tələbəyə rəsmi sertifikat təqdim olunur. Sertifikat bütün özəl və dövlət müəssisələrində keçərlidir. Tədrisin keyfiyyətindən əmin olmanız üçün ilk dərs ödənişsiz sınaq dərsidir. Daha ətraflı məlumat üçün elə indi müraciət edin.


Sürətli Qeydiyat





Elmlər filialı
+994-77-412-12-02 Whatsapda yaz
+994-12-539-40-23
Nizami filialı
+994-77-567-12-02 Whatsapda yaz

28 May filialı
+994-70-438-12-02 Whatsapda yaz

N.Nərimanov filialı
+994-70-844-12-02 Whatsapda yaz
+994-12-564-93-67
Neftçilər filialı
+994-77-410-12-02 Whatsapda yaz

Xalqlar filialı
+994-77-432-12-02 Whatsapda yaz

Sumqayıt filialı
+994-77-677-12-02 Whatsapda yaz

Gəncə filialı
+994-70-565-12-02 Whatsapda yaz

Göyçay filialı
+994-51-444-10-44 Whatsapda yaz
+994-20-274-61-42
Xırdalan filialı