ArchiCAD kursları
ArchiCAD – avtomatlaşdırılmış layihələndirmə sisteminin Macarıstanın "Graphisoft" firması tərəfindən yaradılmış qrafik proqram paketidir. ArchiCad memarlıq - inşaat konstruksiyalarının eləcə də landşaft, mebel və s. elementlərin layihələndirilməsi üçün nəzərdə tutulmuşdur.
ArchiCADda eyni zamanda həm layihənin yaradılması üzərində işləmək, həm də müvafiq tikinti sənədləri tərtib etmək olar, belə ki, proqramda layihələndirilən bina haqqında bütün informasiya: planlar, perspektivlər, kəsiklər, lazımi tikinti materiallarının siyahısı, həmçinin iş prosesində layihəçi tərəfindən edilən düzəlişlər qorunub saxlanılır.
İşin istənilən mərhələsində layihələndirilən binanı üçölçülü şəkildə, kəsikdə, perspektivdə görmək olar.
Hazırda ArchiCAD memarlıq profili üzrə ən geniş yayılmış və məşhur proqramdır.
ArchiCad kursu memarlar, interyer və eksteryer dizaynerlər, mühəndislər və digər dizaynerlər və bu ixtisaslarda təhsil alan tələbələr və gələcəkdə karyeralarını bu istiqamətdə qurmaq istəyənlər üçündür.