09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Alman Dili Kursları - Alman Dili dərsləri |

Alman dili kursları

Əgər siz də Almanca danışıq dilini mükəmməl şəkildə mənimsəyərək, hər hansı bir almanla qarşılaşanda onu səlis nitqinizlə təəccübləndirmək, bununla yanaşı almanca qəzetləri, radionu, televiziya verilişlərini ana dilimizdəki kimi tam anlamaq istəyirsiniz? O zaman sizi "EDU Company" Təhsil Şirkətinin təşkil etdiyi alman dili hazırlıqlarına dəvət edirik.

Şirkətdə Alman dilinin tədrisi A1 səviyyəsindən başlayaraq C1 səviyyəsi daxil olmaqla təşkil olunur. Dərslər istəkdən asılı olaraq fərdi və kiçik qruplarda olmaqla həftədə 2 dəfə hər dərs 1 saat yarım və ya həftədə 3 dəfə hər dərs 1 saat olmaqla tədris olunur.

Dərslər ən müasir metodikalardan istifadə etməklə xüsusi proqramlar və CD/DVD materiallar əsasında keçirilir. Proqram seçilərkən tələbənin başlanğıc bilik səviyyəsi, sərbəst vaxtı və dili öyrənməkdə məqsədi nəzərə alınır. Hazırlıq prossesi tələbənin seçiminə əsasən fərdi və kiçik qruplar şəklində keçirilir.

Alman dili ümumilikdə 6 səviyyədən ibarətdir:

A1 səviyyəsində

Siz müəyyən istəklərinizi dilə gətirmək üçün tanış ifadə və cümlələri, gündəlik həyatda işlənən sözləri başa düşür və tələffüz edə bilirsiz. Özünüzü və başqalarını təqdim edə, digər şəxslərə özləri haqqında suallar verə və buna oxşar sualları da cavablandıra bilirsiniz. Ünsiyyətdə olduğunuz şəxs yavaş və aydın danışırsa, siz onunla sadə şəkildə fikir mübadiləsi aparırsınız.

A2 səviyyəsində

Gündəlik həyatda işlənən cümlələri (məs.: şəxsin özü və ailəsi barəsində, alış-veriş və işlə bağlı məlumatları və s.) və ifadələri anlayırsınız. Sadə dildə ifadə olunan müəyyən mövzulara dair məlumatları çatdırmaq, özünüz, təhsiliniz, yaxınlarınız haqqında danışmaq, başqalarına sual vermək bacarığına malik olursuz.

B1 səviyyəsində

Siz iş, təhsil və asudə vaxt kimi tanış mövzularda olan aydın danışıqları və sadə ədəbi dildə olan mətnin məzmununu anlayırsınız. Alman dilli ölkələrə səyahətlə bağlı müxtəlif vəziyyətlərdə fikrinizi ifadə edə bilir, Sizi maraqlandıran müxtəlif, tanış mövzularda olan məlumatları sadə şəkildə açıqlayırsınız. Arzu, təcrübə, məqsəd və ümidlərinizi, baş verənləri təsvir edə bilir, öz fikrinizi və gələcək planlarınızı paylaşır və onları əsaslandırırsınız.

B2 səviyyəsində

Mücərrəd və konkret mövzularda olan çətin mətnlərin və müzakirələrin əsas məzmununu anlayırsınız. Dil daşıyıcıları ilə ünsiyyətdə çətinlik çəkmədən kifayət qədər sərbəst danışırsınız. Geniş mövzu çərçivəsində aydın və dəqiq məlumat vermək, problemə öz nöqteyi-nəzərinizi açıqlamaq, müxtəlif variantların üstün və çatışmayan cəhətlərini təsvir etmək qabiliyyətinə maliksiniz.

C1 səviyyəsində

Müxtəlif mövzularda geniş və çətin mətnləri anlayır və gizli məntiqi mənaları anlaya bilirsiniz. Söz və ifadə seçimində çətinlik çəkmədən, kifayət qədər tez və sərbəst danışırsınız. Dili təhsildə və professional fəaliyyətdə effektiv və düzgün istifadə edirsiniz. Mətnin qurulması üçün lazım olan müxtəlif strukturlardan istifadə edərək çətin mövzularda aydın, dəqiq və məntiqi fikir söyləyirsiniz.

C2 səviyyəsində

Demək olar ki, eşidilən və yazılan hər cür məlumatı anlayırsınız. Deyilən və yazılan bir neçə mənbəyə əsaslanaraq məntiqli mətnlər qurur və fikir söyləyərkən mövzuya aid əsaslandırmalar və açıqlamalar söyləyirsiniz. Çətin mövzularda düşünmədən, yüksək dəqiqlik və səlistliklə, məna çalarlarını qeyd edərək danışırsınız.

Qeyd etmək istəyirik ki, hər səviyyəni bitirdikdən sonra tələbələr həmin səviyyəyə uyğun yazıb-oxumağı və səlis danışmağı öyrənirlər. Sonda tələbələrə şirkət tərəfindən rəsmi sertifikat təqdim olunur ki, sertifikatlar özəl və dövlət orqanlarında keçərlidir. Qeyd edək ki, dərslər həm Azərbaycan, həm də rus bölməsi üzrə keçirilir. Dərs keyfiyyətindən əmin olmanız üçün ilk dərs ödənişsiz sınaq dərsidir.

Karyeranızda yüksəliş əldə etmənizə, yeni bir ünsiyyət səviyyəsinə gəlmənizə, Alman mədəniyyəti və dil dünyasını kəşf etmənizə imkan verəcək dərslərə siz də qoşulmağa tələsin!


Sürətli Qeydiyat





Elmlər filialı
+994-77-412-12-02 Whatsapda yaz
+994-12-539-40-23
Nizami filialı
+994-77-567-12-02 Whatsapda yaz

28 May filialı
+994-70-438-12-02 Whatsapda yaz

N.Nərimanov filialı
+994-70-844-12-02 Whatsapda yaz
+994-12-564-93-67
Neftçilər filialı
+994-77-410-12-02 Whatsapda yaz

Xalqlar filialı
+994-77-432-12-02 Whatsapda yaz

Sumqayıt filialı
+994-77-677-12-02 Whatsapda yaz

Gəncə filialı
+994-70-565-12-02 Whatsapda yaz

Göyçay filialı
+994-51-444-10-44 Whatsapda yaz
+994-20-274-61-42
Xırdalan filialı