09:00-21:00 İş saatları
Sınaq dərsi istə
ALES Hazırlığı | Türkiyədə Master |

ALES İmtahanı və ALES Hazırlığı

ALES nədir?

Akademik personel ve Lisansüstü Eğitime giriş Sınavı - Türkiyədə magistr təhsil almaq istəyən tələbələrin verməli olduğu imtahandır. Doktorantura təhsili almaq istəyənlər də ALES imtahanı verməlidir. Magistr təhsili almaq istəyən tələbə mütləqdir ki, arzusunda olduğu universitet haqqında araşdırma etsin. Çünki hər universitet ALES tələb etməyə bilər. Yəni, sadəcə bakalavr ortalaması ilə də imtahansız şəkildə magistr dərəcəsinə yüksələ bilər. Türk dilində desək Yüksek lisansın iki forması var: tezli və tezsiz proqram. Tezli oxumaq istəyənlər əsasən ALES imtahanı verir. Ümumiyyətlə isə prestijli universitetə qəbul olmaq istəyənlərin ALES imtahanı verməsi daha məqsədəuyğundur.

Kimlər ALES imtahanında iştirak edə bilər?

Bakalavr təhsili alan və bakalavr təhsilini bitirmiş Türkiyə vətəndaşı olmayan xarici tələbələr ALES imtahanında iştirak edə bilər.  ALES eyni zamanda türk olub Türkiyə vətəndaşı olmayan və Türkiyə vətəndaşlarının verməli olduğu imtahandır.

ALES imtahanı nə zaman keçirilir?

İldə 2 dəfə ilk bahar və son bahar dönəmləri olmaqla keçirilir. İmtahan Türkiyədə - Ankara və İstanbul şəhərlərində baş tutur.

ALES imtahanı 2 mərhələdən ibarətdir.

Birinci mərhələ:

- Riyaziyyat

- Türkcə

İkinci mərhələ:

- TYS və ya YDS

Təhsilinə Türk dilində və ya İngilis dilində davam etmək istəyən tələbələr əsasən TYS və YDS imtahanı verməlidir.

ALES kursu seçərkən nələrə diqqət edilməlidir?

Bütün təhsil müəssilərini araşdırmaq və əvvəlki qəbul nəticələri ilə maraqlanmaq vacibdir. Əsas qəbul olmaq deyil, hansı şəhərə və hansı ixtisasa qəbul olduğuna mütləq fikir vermək lazımdır. Sınaq dərslərində ödənişsiz şəkildə əyləşib müəllimin dərs metodikası ilə yaxından tanış olmaq hər tələbənin haqqıdır. Təhsil müəssisəsi ilə tələbə arasında müqavilənin bağlanıb bağlanmamasına və nələri vəd etdiyinə diqqət yetirmək lazımdır. Müəllimlərin Türkiyədə təhsil alıb peşəkarlaşması önəmli faktorlar arasındadır. Çünki dərslər mütləqdir ki, türk dilində keçirilsin və ALES proqramı dərinləməsinə öyrənilsin. Bu tələbə üçün ekstra bir avantajdır. Xüsusən də türkçə dərsini tədris edən müəllimin Türk və türk dili ədəbiyyatı fakültəsini bitirməsi tələbələr tərəfindən tələb olunan haldır. Ən önəmlisi dərs saatlarının müəyyən qanunauyğun şəkildə bölünməsidir. Dərs saatlarını tərtib edərkən diqqət yetirmək lazımdır ki, tələbə riyazi elmlə məşğul olarkən həddən artıq zehni yorğunluq yaşamasın. Əks halda dərs keyfiyyəti olduqca aşağı düşəcəkdir. Üstəlik tələbənin nəticələri mənfiyə doğru irəliləyə bilər.

"EDU Company"də ALES dərsləri necə keçirilir?

Dərslərimiz peşəkar müəllimlər tərəfindən keçirilir. Riyaziyyat dərsləri həftədə 3 dəfə 2 saat, Türk dili dərsləri isə 2 dəfə 1.5 saat keçirilir. Ümumi səviyyəni yoxlamaq üçün tam qəbul səviyyəsinə uyğun 2 həftədən bir mövzu və ümumi sınaq imtahanları təşkil edilir.  Nəticələrə uyğun olaraq tələbənin zəif olduğu mövzular müəyyən olunur və əlavə dərslər ödənişsiz şəkildə təşkil olunur. Qeydiyyat zamanı bütün sənədləşdirmə və yerləşdirmə şirkətimiz tərəfindən həyata keçirilir. Biz ixtisas seçimində də daima yanınızda oluruq.

Qeyd etmək lazımdır ki, ALES imtahanının nəticəsi 5 il keçərlidir.

"EDU Company" Təhsil Şirkəti Türkiyənin prestijli universitetlərinə 2013-cü ildən 100% tələbə qəbulu elan edir. Türkiyədə təhsil xəyalınızı bizimlə gerçəyə çevirin!

Əlaqə nömrəsi: +994 77 478 12 02; +994 70 218 18 21


Sürətli Qeydiyat





Elmlər filialı
+994-77-412-12-02 Whatsapda yaz
+994-12-539-40-23
Nizami filialı
+994-77-567-12-02 Whatsapda yaz

28 May filialı
+994-70-438-12-02 Whatsapda yaz

N.Nərimanov filialı
+994-70-844-12-02 Whatsapda yaz
+994-12-564-93-67
Neftçilər filialı
+994-77-410-12-02 Whatsapda yaz

Xalqlar filialı
+994-77-432-12-02 Whatsapda yaz

Sumqayıt filialı
+994-77-677-12-02 Whatsapda yaz

Gəncə filialı
+994-70-565-12-02 Whatsapda yaz

Göyçay filialı
+994-51-444-10-44 Whatsapda yaz
+994-20-274-61-42
Xırdalan filialı