Təkmilləşdirmə kursları 5-6-7-8-ci sinif şagirdlərinin orta məktəb dərslərini daha yaxşı oxuması üçün nəzərdə tutulmuşdur.
Təkmilləşdirmə proqramında Azərbaycan dili, ingilis dili, riyaziyyat fənnləri ön plana çıxan fənnlərdəndir. Azərbaycan dili, ingilis dili, riyaziyyat kimi fənnlər isə təsadüfi olaraq müəyyənləşdirilməyib. Azərbaycanlı olaraq hər bir şəxsin öz dilini, Azərbaycan dilini bilməsi çox önəmlidir və vacibdir.
Riyaziyyat zehni inkişafın əvəzedilməz bir vasitəsidir. Riyaziyyat məntiqi təfəkkürün formalaşmasında, mühakimə və dərketmə qabiliyyətlərinin yüksəlməsində müstəsna rol oynayır. Riyazi məşğələlər şagirdlərin məntiqi mühakimə yürüdə bilmək bacarıqlarını, intuisiyasını, fəza təsəvvürlərini inkişaf etdirir. Riyazi fəaliyyət zamanı induksiya və deduksiya, ümumiləşdirmə və konkretləşdirmə, analiz və sintez, təsnifetmə və sistemləşdirmə, mücərrədləşdirmə və analogiya kimi əqli mühakimə üsullarından istifadə olunur ki, bu da şagirdlərin məntiqi təfəkkürünün inkişafını sürətləndirməklə yanaşı, diqqətin, hafizənin və nitqin inkişafına kömək edir. Riyaziyyatda istifadə olunan riyazi dil şagirdlərdə dəqiqlik, nitqdə daha münasib olan vasitələr seçməklə fikri dolğun ifadə etmək bacarıqlarını inkişaf etdirir. Riyaziyyat şəxsiyyətin ümumi inkişafına müsbət təsir göstərməklə yanaşı, onun xarakterinin formalaşmasına, mənəvi keyfiyyətlərinin inkişafına da təsir göstərir. Çoxlu riyazi məsələlərin tam həllini tapmaq üçün kifayət qədər uzun və bir çox hallarda şaxələnmiş yollarla getmək lazım gəlir. Alınan nəticənin doğruluğunun yoxlanılmasının və həllinin əsaslandırılmasının obyektiv meyarları olduğundan səhvi gizlətmək qeyri-mümkün olur. Riyaziyyat intellektual dürüstlüyün, obyektivliyin, inadkarlığın və əməksevərliyin formalaşmasına da şərait yaradır.
İngilis dili “beynəlxalq ortaq dil” statusunu qazanmış ilk dildir, yəni başqa dillərdə danışan insanlar arasında ortaq ünsiyyət vasitəsidir. İngilis dili müasir dünyada ən çox danışılan dillərdən biridir. İngilis dili hal-hazırda dünyada diplomatiya, kommersiya, dənizçilik, elmi-texniki və kütləvi informasiya dili rolunu oynayır.
Artıq 9 ildir fəaliyyət göstərən EDU Company Təhsil Şirkətində övladlarınız hazırlaşdıqda orta məktəb dərslərini daha yaxşı başa düşəcək və öyrənəcək.
EDU Compayn Təhsil Şirkətinində dərslər hansı formada keçirilir?
EDU Company Təhsil Şirkətində Təkmilləşdirmə kursları həm Azərbaycan, həm də rus bölməsi üzrə keçirilir;
İşimizin əsas istiqamətlərindən biri də valideynlərlə işdir. Şagirdin uğur qazanmasında müəllim və valideyn işbirliyinin əhəmiyyəti danılmazdır. Bunu nəzərə alaraq kursumuz tərəfindən valideyinlər, şagird dərsə gəlmədikdə, ev tapşırığını etmədikdə, gündəlik qiymətləndirmə zamanı aşağı nəticə göstərdikdə, dərsə qarşı laqeyid münasibət bəslədikdə, nizam-intizam qaydalarına əməl etmədikdə məlumatlandırılır.
Yeni tədris ilimizdə sizləri də öz aramızda görməkdan şad olaraq. Hörmətlə, EDU Company ailəsi
Təhsildə ən etibarlı bələdçiniz!