18 yaşı tamam olan hər bir şəxsin sürücülük vəsiqəsi əldə etmək hüququ vardır. Sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən hüquqi sənəddir. Sürücülük vəsiqəsinin təsviri və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasında sürücülük vəsiqəsinin verilməsində nəqliyyat vasitələri mexaniki tiplərində asılı olaraq, verilən sürücülük vəsiqəsinin aşağıdakı növləri vardır:
Sürücülük vəsiqəsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının imtahan-qeydiyyat məntəqələrində yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə vermiş şəxslərə həmin orqan tərəfindən 30 dəqiqə ərzində verilir. Sürücülük vəsiqələrinin verilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq həyata keçirilir.
Sürücülük vəsiqəsinin 5 əsas kateqoriyası vardır bunlar A, B, C, D, E kateqoriyaları.
Yeni tipli sürücülük vəsiqələrinə keçid zamanı qərara əsasən sürücülük vəsiqəsi üzrə A1, B1, C1, D1, C1E, D1E altkateqoriyalarıda hazırlanıb.
Bununla yanaşı sürücülük vəsiqələri alınması zamanı bəzi kateqoriyalarda minumum yaş limiti tətbiq olunur, sürücülük vəsiqələri "A", "B" və "C" kateqoriyaları, "B1" və "C1" altkateqoriyaları üzrə - 18 yaşdan, "BE" kateqoriyası və "C1E" altkateqoriyası üzrə - 19 yaşdan, "CE" kateqoriyası üzrə - 21 yaşdan; "D" kateqoriyası, tramvaylar, trolleybuslar və "D1" altkateqoriyası üzrə - 23 yaşdan, "D1E" altkateqoriyası üzrə - 25 yaşdan veriləcək.
Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına sənədləri bilavasitə və ya internet vasitəsilə təqdim edir. Sənədlər bu Qanunun 33-cü və 35-ci maddələrində göstərilən tələblərə uyğun olduqda şəxsə yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan verəcəyi tarix və vaxt barədə bilavasitə və ya internet vasitəsilə məlumat verilir. Sənədlər göstərilən tələblərə uyğun olmadıqda şəxsə uyğunsuzluğun aradan qaldırılması qaydası izah olunur. Şəxs yaşadığı və ya olduğu ərazi üzrə imtahan - qeydiyyat məntəqəsində imtahan vermək hüququna malikdir.
Sürücülük imtahanından uğurla keçmək istəyən şəxslərin diqqətinə çatdırmaq istəyirik ki, EDU Company Təhsil Şirkəti imtahandan keçəcəyinizə dair 100% yazılı zəmanət verir. Belə ki, hər hansı bir səbəbdən imtahandan keçmədiyiniz təqdirdə imtahandan keçənədək tamamilə ödənişsiz şəkildə dərslərə davm edirsiniz.
Dərslər həftədə 3 dəfə 90 dəqiqə olmaqla, peşəkar müəllim və müəllimələrimiz tərəfindən əyani və online formada tədris olunur. Əyani dərslərimizdə qruplarda maximum 8-10 tələbə olur. Onlayn dərslərimiz isə Zoom proqramı vasitəsilə keçirilir. İlk dərs ödənişsiz sınaq dərsidir ki, iştirak edib dərsin keyfiyyəti və müəllim ilə yaxından tanış ola bilərsiniz.
Sürücülük dərsləri 18 dərs nəzəriyyə dərsidir. Proqram 1 ay yarım müddəti əhatə edir. Nəzəri imtahanı hansı kateqoriya üzrə verməyinizdən asılı olmayaraq nəzəri dərslər bütün kateqoriyalar üzrə tədris olunur.
Həmçinin nəzəri dərslərimiz ilə yanaşı təlim dərsləri də təşkil olunur. Belə ki, minimum 5 dərsə, maximum 10 dərsə sərbəst şəkildə maşını idarə etməyi bacarırsınız. Təlim dərslərimiz Nissan Tida avtomobili vasitəsilə, həm xanım həm də bəy təlimçilər tərəfindən həyata keçirilir.
Əgər siz də hüquqlarınızı və yol hərəkəti qaydalarını mükəmməl bilərək sürücülük vəsiqəsi əldə etmək istəyirsinizsə vaxt itirmədən nəzəri dərslərimizə qeydiyyatdan keçməyə tələsin. Ətraflı məlumat üçün aşağıdakı əlaqə nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Sürücülük kursları haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə daxil olun:
EDU Company Sürücülük kursları