Müasir dövrdə istər bəylər, istərsə də xanımlar arasında sürücülük vəsiqəsi əldə edən və yaxud etmək istəyənlərin sayı həddindən artıq çoxdur.
Bildiyimiz kimi imtahan iki mərhələdən ibarətdir. Nəzəri və təcrübi hissə. Nəzəri imtahanda daha çox imtahan predmetini yol-hərəkəti qaydaları, nəqliyyat vasitəsinin təhlükəsiz idarə olunması qaydaları və həkiməqədərki ilkin tibbi yardımın elementar tələbləri təşkil edir. Nəzəri imtahanı keçdikdən sonra şəxs təcrübi imtahana yönləndirilir. Həmin imtahanda şəxs hansı kateqoriya üzrə vəsiqə əldə edəcəksə həmin kateqoriyanı xüsusi avtodromda imtahan verir. Sürücülər bilməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, qəza hadisəsi olmasın deyə sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq kifayət qədər ara məsafəsi seçməlidir. Yollarda, yolayrıclarında və digər yerlərdə yol hərəkətini nizama salmaq üçün istifadə olunan işıqforlar vasitəsi ilə verilən siqnallarda yaşıl, sarı, qırmızı və ağsarımtıl rənglər tətbiq edilir. Hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənədi, yəni sürücülük vəsiqəsi olmalıdır. İstənilən kateqoriyalı (“A”, “B”, ''C”, “D”) sürücülük vəsiqəsini almaq üçün şәxslәr müvafiq icra hakimiyyәti orqanının imtahan-qeydiyyat mәntәqәlәrindә yol hәrәkәtinin qaydaları üzrә nәzәri vә nәqliyyat vasitәlәrini idarәetmә vәrdişlәri üzrә tәcrübi imtahanları müvәffәqiyyәtlә verməlidir. Onlar təcrübi imtahanlara müstəqil hazırlaşa bilər və ya aidiyyatı kurslarda hazırlıq keçə bilərlər.
Mütəxəssislər xüsusi qeyd edir ki, sürücülük vəsiqəsi əldə etmək istəyən şəxslər müəyyən tələblərə cavab verməlidir. Belə ki, A1 kateqoriyası istisna olmaqla digər kateqoriyalarda yaş tələbi 18-dir. A1 kateqoriyasına isə 16 yaşdan yuxarı gənclər üçün icazə verilir. Avtobus sürücüsü olmaq istəyən şəxslər üçün tələblər nisbətən fərqlidir. Belə ki, bu şəxslərdə yaş 23-dən yuxarı olmalı, ən azı 5 il hər hansı yük avtomobilində də olsa təcrübəsi olmalıdır. Bu yaş tələbi 65 yaşa qədərdir. 65 yaşdan yuxarı şəxslər üçün avtobus idarə etmək qanunla qadağan olunur.
Yol hərəkəti- xüsusi nəzərdə tutulmuş yollarda nəqliyyat vasitələrinin köməyi ilə və ya belə kömək olmadan hərəkət etməsi, sərnişin və yük daşınması üzrə fiziki və hüquqi şəxslərin tələbatlarını ödəməsi prosesində yaranan ictimai münasibətlərin toplusudur. Onun təşkili üçün nəqliyyat vasitələrinin və ya piyadaların təhlükəsizliyini, fasiləsiz və rahat hərəkətini, optimal sürətini təmin etmək məqsədilə küçəyol şəbəkəsində həyata keçirilən və yol hərəkətinin ayrılmaz hissəsi olan mühəndis və təşkilati tədbirlər görülür. Yol hərəkətinin təhlükəsizliyi yol hərəkəti iştirakçılarının və cəmiyyətin yol-nəqliyyat hadisələrindən və onların nəticələrindən müdafiə olunmasını göstərir.
Yollarımızda nәqliyyat vasitәlәrini idarәetmә hüququ sürücülük vәsiqәsi әsasında hәyata keçirilir. Bu yalnız velosiped, araba, asma mühәrrikli velosiped vә moped kimi nəqliyyat vasitələrini idarə edən şəxslərə şamil olunmur. Hәr hansı fiziki şәxsin nәqliyyat vasitәlәrini idarәetmә hüququ o zaman mәhdudlaşdırıla bilәr ki, şәxsin sürücülük vәsiqәsinin etibarlıq müddәti qurtarıb (sürücülük vәsiqәsi dәyişdirilәnәdәk), yol hәrәkәtinin qaydaları kobud surәtdә pozulub (Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn olunmuş qaydada beş ildәn artıq olmayan müddәtin qurtarmasınadәk) və ya onda xәstәlik vә ya fiziki qüsur müәyyәn edilibdir (xәstәlik müalicә olunanadәk vә ya fiziki qüsur aradan qaldırılanadәk).
Növündən asılı olmayaraq hər bir sürücülük vəsiqəsində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - "AZ" və rəqəmlərlə nömrələnmiş sahibinin soyadı, adı və atasının adı, doğum tarixi, yeri və yaşayış yeri, vəsiqəni vermiş orqanın adı, verilmə tarixi və yeri, vəsiqənin qüvvədə olma müddətinin qurtardığı tarix, vəsiqənin nömrəsi, vəzifəli şəxsin imzası, vəsiqəni vermiş orqanın ştampı və ya möhürü, sahibin qan qrupu və imzası və xüsusi qeydlər göstərilir.
Təcrübi imtahanlarda isə imtahan prosesini qeydə alan videokameralarla təchiz edilmiş nəqliyyat vasitələrindən istifadə olunur. “B” kateqoriyasına aid sürücülük vəsiqəsini almaq istəyən şəxstəcrübi imtahanı mexaniki və ya avtomatik transmissiyalı nəqliyyat vasitəsində verə bilər. Əgər şəxs hansı transmissiyalı nəqliyyat vasitəsində təcrübi imtahanı müvəffəqiyyətlə verərsə, yalnız həmin nəqliyyat vasitələrini idarə etmək hüququ ala bilər. İmtahandan keçmiş şəxs vəsiqəsini 30 dəqiqə ərzində əldə edir.