09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Muhasibat uçotu | Muhasibat kursu | EDU Company

Muhasibat uçotu və Muhasibat kursu

Mühasibat uçotu nədir?

"Mühasib" sözü ərəb sözü olub hesabat aparan,hazırlayan şəxs mənasını verir.

Mühasibat uçotu- Mühasibat uçotunun qısa təsviri: Müəssisələrin maliyyə fəaliyyətlərini qeyd edən, təsnifləşdirən, ümumiləşdirən və hesabat verən bir məlumatlar toplusudur.Vacib və mürəkkəb sistemdir.

Mühasibat uçotu, əməliyyatlar və əməliyyatların maliyyə vəziyyətini izah edəcək məlumat sistemi ilə aktivlərin və əməliyyat ehtiyatlarının formalaşması, istifadə qaydaları, bu aktiv və ehtiyatlarda dəyişikliklər haqqında məlumat verən bir məlumat sistemidir. Mühasibat uçotu yalnız mənfəət üçün qurulan əməliyyatlar üçün deyil, həm də mənfəət məqsədlərinə xidmət etməyən, yəni cəmiyyətin xeyrinə olmayan bütün strukturlar üçün etibarlıdır. Buna görə əməliyyat çağırıldıqda bütün strukturlar örtülür. Ümumiyyətlə, mühasibat sistemi qazanclı müəssisələr üçün daha vacibdir.

 

Mühasibat uçotunun  əsas funksiyaları

Müəssisədə mühasibat uçotunun bir neçə əsas funksiyası vardır onlar:

  • İnformasiya (məlumatvermə) funksiyası
  • Əmlakın qorunub saxlanması
  • Analitik
  • Nəzarət

 

Mühasibat uçotunun əsas məqsədləri

Mühasibat uçotunun əsas məqsədi (vəzifəsi) aşağıdakılardır:

  • maliyyə, bank, vergi orqanları, investorlar, mal satanlar, mal alanlar, kreditorlar, dövlət orqanları və digər marağı olan təşkilatlar və şəxslər tərəfindən operativ rəhbərlik və idarəetməni həyata keçirmək, təqdim ediləcək maliyyə (mühasibat) hesabatlarının tərtibi üçün, həmçinin müəssisənin təsərrüfat prosesləri və maliyyə-təsərrüfat fəaliyyəti haqqında zəruri olan məlumatları tam və düzgün formalaşdırmaq;
  • əmək, material və maliyyə ehtiyatlarının təsdiq edilmiş normalara, normativlərə və smetalara Müvafiq olaraq istifadəsi, əmlakın mövcudluğu və hərəkəti, mülkiyyət hüququ və öhdəlikləri üzərində nəzarəti təmin etmək;
  • maliyyə-təsərrüfat fəaliyyətindəki mənfi halların qarşısını vaxtında almaq, təsərrüfatdaxili ehtiyatları aşkara çıxarmaq və onları səfərbər etmək.

Mühasibat uçotu məlumatlarının istifadəçiləri 2 qrupa bölünür.

daxili istifadəçilər

kənar istifadəçilər

Vergi uçotu

Vergi uçotu — vergi bazasının və həmin verginin məbləğinin hesablanması ilə bağlı təsərrüfat əməliyyatlarının tam, fasiləsiz və sənədlə rəsmiyyətə salınmış uçotunu aparmaqla konkret vergi üzrə vergi bazasının formalaşması haqda informasiyaların pul ifadəsilə toplanmasının, qeydiyyata alınmasının və ümumiləşdirilməsinin nizama salınmış sistemidir.

Vergi uçotu mühasibat uçotunun tərkib hissəsi olmaqla vergiyə cəlb olunma və vergi hesabatı tərtib etmək məqsədi ilə mühasibat qaydasında rəsmiyyətə salınması üçün nəzərdə tutulmuşdur.Bununla birlikdə vergi uçotu vergi bazasının düzgün müəyyən edilməsi məqsədilə müstəqil, yaxud mühasibat uçotu məlumatlarında zəruri düzəliş hesablamaları aparmaq hüququna malikdir.

Düzəliş hesablamaları qeyri-sistemli qaydada, yəni hesablama yolu ilə alınan düzəlişləri mühasibat uçotunda əks etdirməklə yerinə yetirilir. Bu vergi hesablaması, cədvəl, yaxud vergi kartları kimi təqdim edilən informasiyaların sistemləşdirilməsi və toplanması üçün nəzərdə tutulan vergi registrlərinin işlənməsinə və təsdiq edilməsinə şərait yaradır

 

Vergi uçotunun əsas funksiyaları

  • ödəyicilərin vergi öhdəliklərini düzgün müəyyən etmək üçün zəruri ilk informasiyaları toplamaq və onları təyin edilmiş qaydada qeydə almaq;
  • ilk vergi informasiyalarını mühasibat və vergi registrlərində və mühasibat uçotunun hesablarında vaxtlı-vaxtında əks etdirmək;
  • vergiödəyicisinin vergi öhdəliklərinin səviyyəsini düzgün müəyyən etmək;
  • düzgün və dəqiq vergi hesabatını formalaşdırmaq;
  • vergi informasiyasının və vergi hesabatının formalaşdırılması üzərində nəzarət aparmaq.

Beləliklə, vergi uçotu mühasibat uçotunun tərkib hissəsi kimi qalmaqla vergi öhdəliklərinin düzgün, obyektiv hesablanması və təşkilatın vergi hesabatının tərtib edilməsi üçün zəruri maliyyə informasiyalarının toplanması, qeydə alınması və işlənməsi kimi işlərin yerinə yetirilməsini özündə əks etdirir.

1C Proqramı

“Adin-es”, “adin-se”, “bir-ce”, “bir-es” və s. kimi tələffüz edilən proqram təminatı barədə, yəqin ki, eşitmisiniz. Bu proqram təminatını mühasibatlıq hesabat sistemi kimi tanınır. Əsasən MDB ölkələrində istifadə olunur. Son zamanlar digər ölkələrdə də bu proqram təminatına maraq göstərilir. Bu proqram barədə axtarış sistemlərində kifayət qədər məlumat vardır. Lakin məlumatın əksəriyyəti rus dilindədir və asan anlaşılan izahı demək olar ki yoxdur, çünki həmin proqram təminatını istehsal edən şirkət istifadə olunan terminlərdə o qədər qarışıqlıq və çaşqınlıq yaradıb ki, onun iş prinsipini ilk dəfədən anlamaq çox çətindir. Şirkətin İngilis və İspan dillərində də portalları vardır, həmçinin Türkiyə distributorluğunun saytı da vardir. Bugünkü məqalədə “1C” nədir və nəyə lazımdır suallarına asan dildə cavab verməyə çalışacağam.

İlk növbədə mühüm bir məsləyə aydınlıq gətirək: “Adin-es”, “adin-se”, “bir-ce”, “bir-es” – bunlardan hansı düzdür və Azərbaycan dilində yazılış və oxunuş qaydası necədir? Qeyd etmək lazımdır ki, “1C” Rusiya şirkətidir və adında elə rus dilində istifadə olunan kiril hərfindən istifadə edilib. Yəni “1C” adındakı “C” kiril əlifbasında olan “c” [es] hərfidir. Şirkətin adının yaranması fərziyyələri çoxdur. Belə fərziyyələrdən birinə görə bu ad ona görə seçilmişdir ki, “c” hərfinin Rus və İngilis dillərində yazılışı eynidir və yeganə hərfdir ki, klaviaturada eyni xanada yerləşir. Digər fərziyyəyə görə bu ad Rus dilində olan “odna sekunda” sözündən götürülüb. Məsələni aydınlaşdırmaq üçün “1C” şirkətinin İngilis dilli portalında müraciət edək. Orada şirkətin adı “1C” şəklində qeyd edilib. Deməli şirkətin adı dəyişmədi. Qeyd etmək lazımdır ki, kiril hərfi “c” – “es”, İngilis hərfi “c” isə “si” kimi tələffüz edilir. İngilis dilində də “es” şəklində tələffüz edilən hərf var –“s” hərfi. Deməli, əgər şirkət istəsəydi ki, adı İngilis dilində də “es” kimi tələffüz edilsin, onda şirkətin adını “1S” kimi qeyd etməli idi. Beləliklə İngilis dilində düzgün yazılışı “1C”, tələffüzü isə “uan si” şəklindədir. Polyak dilli saytdan da məlum olur ki, firmanın adı dəyişmir, elə olduğu kimi – “1C” şəklində yazılır. Azərbaycan dilində də “c” hərfi var, lakin “ce” şəklində tələffüz edilir. Deməli belə nəticəyə gəlmək olar ki, “1C” proqram təminatınin adı deyil, şirkət adıdır və Azərbaycan dilində şirkətin adının düzgün yazılışı “1C”, tələffüzü isə “bir ce” şəklindədir.

Bəs yaxşı savadlı və işinin peşəkarı olan mühasib olmaq üçün nə etmək lazımdır?

EDU Company mühasibat kursu

Çox düşünməyə ehtiyac yoxdur, yolunuzu EDU COMPANY TƏHSİL ŞİRKƏTİNDƏN salmağınız kifayətdir.  Çünki EDU COMPANY TƏHSİL ŞİRKƏTİNDƏ savadlı və peşəkar müəllimlər tərəfindən ən müasir dərs metodları ilə cəmi 4 aya peşəkar mühasib ola bilərsiniz.

Siz bu müddət ərzində 2 ay nəzəriyyə, 1 ay praktika, 1 ay isə mühasibatlıq proqramı 1C nin ən son versiyası olan 8.3  öyrənəcəksiniz.

Dərslərimiz həftədə 2 dəfə 90 dəqiqə olmaqla fərdi və qrup formasında, əyani və online(zoom vasitəsilə) olmaqla keçirilir. İlk dərsimiz ödənişiniz sınaq dərsidir. (Sınaq dedikdə biz sizi deyil, siz bizi sınayacaqsınız, müəllimlərimizin dərs keçmə metodikası və kursumuzun keyfiyyəti ilə yaxından tanış olacaqsınız)

Həmçinin 4 ay ərzində siz aşağıdakı biliklərə yiyələnəcəksiniz:

● Mühasibatlıq nəzəriyyəsi (praktik məsələlər)

● DSMF və Vergi hesabatlarının hazırlanması

● Müəssisənin mühasibatlığını aparmaq üçün lazımi praktiki işlər

● Maliyyə hesabatlarının müstəqil şəkildə hazırlanması

● Mühasibatlıqda sənədləşmə

● Alış-satış, Anbar uçotu və əməliyyatları

● Yeni hesablar planı

● Kassa hesabının aparılması

● Kadr uçotu

● Qalıq dövriyyə cədvəlinin qurulması

● Statistika hesabatları

● Məşğulluq hesabatları

● Kassa və Bank əməliyyatları

● Əmək haqqı

● 1C  8.3 proqramı

●Məzuniyyətlərin, ezamiyyətlərin hesablanması

 

Proqramı uğurla bitirən tələbələrimiz sonda sertifikatla təltif olunur. Sertifikatlarımız universaldır. Həm özəl həm də dövlət müəssisələrində işə qəbul zamanı keçərlidir. Ümidvarıq ki, məqaləmiz sizin üçün çox faydalı oldu.

Daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

EDU Company Mühasibatlıq kursu


#Mühasibatlıq #Hazırlıq

Sürətli Qeydiyat