Digər imtahanlardan fərqli olaraq ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.
MİQ müsabiqəsi 2 mərhələdən ibarətdir:
1. Test imtahanı;
2. Müsahibə mərhələsi.
Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş şəxslər iştirak edə bilər. Eyni zamanda xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslərin də imtahanda iştirakına icazə verilir.
İmtahan hər ilin yay aylarında (iyun və ya iyul) keçirilir. Müsabiqədə iştirak etmək istəyən namizədlər iyun ayının sonunda qeydiyyatdan keçməlidirlər.
- Test imtahanında hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilir.
MİQ müsabiqəsinə keçid balları aşağıdakı kimi müəyyən olunub:
- Bakı şəhəri üzrə keçid balı 48 bal
- Rayonlar üzrə keçid balı 36 bal
Lakin bu il keçirilən imtahanda keçid balları bəzi ixtisaslar üzrə 30 bala endirilmişdi.
- Musiqi və təsviri incəsənət üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı 36
- Fiziki tərbiyə fənni üzrə üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 36, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı 42
Müsabiqənin test imtahanı mərhələsində toplanmış bal yalnız həmin tədris ili üçün qüvvədədir.
Müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müvafiq komissiya tərəfindən yoxlanılır. Və eyni zamanda son illər ən çox İkinci Qarabağ müharibəsi dair suallar da üstünlük təşkil edir.
Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu Nazirlik tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşdirilmiş qaydada həyata keçirilir.
Müəllimlərin Sertifikasiya İmtahanı haqqında nə bilirik ?
Sertifikasiya – dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur.
Sertifikasiya imtahanı 2 mərhələdən ibarətdir:
1.Test mərhələsi - 60 sual
2. Müsahibə - 40 bal
Test mərhələsinə keçid 30, müsahibə mərhələsinə keçid isə 20 bal təşkil edir. Sertifikatlaşdırmadan keçmiş müəllimlər 5 il müddətində təhsil müəssisəsində pedaqoji fəaliyyətlə məşğul ola biləcəklər.
Keçən illərdə sertifikasiya imtahanı keçirilmədiyi üçün bu il mart-aprel aylarında keçirilməsi nəzərdə tutulur. Keçən il yalnız Naxçıvanda sertifikasiya imtahanı keçirilmişdir.
EDU Company Təhsil Şirkətində MİQ hazırlığı necə keçirilir ?
EDU Company Təhsil Şirkəti Azərbaycan və Rus bölmələri üzrə MİQ və Sertifikasiya imtahanına hazırlıq həyata keçirir.
- Hazırlıqlarımız həm online , həm də əyani şəkildə tədris olunur.
Əyani və onlayn yeni açılmış Sertifikasiya və MİQ qruplarımız var hansı ki, peşəkar müəllimlər tərəfindən keçirilir. Qruplarımızda ən çox halda 10 tələbənin iştirakına icazə verilir.
Onlayn dərslərimiz Zoom proqramı ilə görüntülü şəkildə keçirilir və hər bir fənn həftədə 2 dəfə 80 dəqiqə olmaqla tədris olunur. Dərslər bitdikdən sonra dərslərin video izahları teleqram qruplarına atılır ki, müdavimlər təkrarən izləyə bilsinlər. Əksər təhsil şirkətlərindən fərqli olaraq bizim onlayn dərslərimizdə də maksimum tələbə sayı 10 tələbədir.
- Dərslər ixtisas və təlim strategiyaları və metodika fənləri üzrə peşəkar müəllim kollektivi tərəfindən tədris olunur;
- Qəbul səviyyəsində ayda 1 dəfə ödənişsiz mövzu və ümumi sınaq imtahanları təşkil olunur. Sınaq imtahanlarından 53+ bal toplayan müdavimlərə 1 ay ödənişsiz hazırlıq keçirilir;
- Əyani şəkildə dərslərimiz hər fənn həftədə 2 dəfə 90 dəqiqə tədris olunur. İlk dərslər ödənişsiz sınaq dərsləridi.Hər bir müdavim sınaq dərslərində iştirak edib müəllimlərimizin dərs keçmə metodları ilə tanış ola bilər;
- Yüksək nəticə toplayan müdavimlərimizə əməkdaşlıq təklif olunur;
- Biz sizə keyfiyyətli tədris və münasib qiymətlər təklif edirik. Fevral ayının sonuna kimi endirimli qiymətlərlə qeydiyyatdan keçib dərslərimizdə iştirak edə bilərsiniz.Bütün ixtisaslar üzrə yeni qruplara qeydiyyat başladı. Tələsin və "müəllim" adını bizimlə qazanın
Nəticələrimiz bir qismi:
Nəsirova Nərgiz |
İbtidai sinif |
53 bal |
Məmmədli Ülkər |
Azərbaycan dili ədəbiyyat |
53 bal |
Rəsulbəyli Aytən |
Azərbaycan dili ədəbiyyat |
53 bal |
Səfərova Gülnar |
İbtidai sinif |
53 bal |
Qarayeva Xəyalə |
İbtidai sinif |
53 bal |
Hümbətli Rövşanə |
informatika |
53 bal |
Mehdiyeva Əminə |
İbtidai sinif |
53 bal |
Ağayeva Aytac |
Texnologiya |
53 bal |
İdrisova Bahar |
Azərbaycan dili ədəbiyyat |
53 bal |
Bağırov Ülvi |
Tarix |
53 bal |
Məmmədova Kəmalə |
İbtidai sinif |
54 bal |
İbrahimova Arzu |
Təsviri incəsənət |
54 bal |
Allahverdiyeva Aydan |
İngilis dili |
54 bal |
Rəsuli Türkan |
İngilis dili |
54 bal |
Kərimova Vüsalə |
İbtidai sinif |
54 bal |
Dadaşova Xanım |
İbtidai sinif |
54 bal |
Əliyeva Nərmin |
İbtidai sinif |
54 bal |
Əzizli Dilarə |
Azərbaycan dili ədəbiyyat |
54 bal |
Gərayeva Gülnar |
Azərbaycan dili ədəbiyyat |
54 bal |
Həsənova Leyla |
kurikulum |
55 bal |
Əliyeva Çimnaz |
İbtidai sinif |
55 bal |
İsmayılova Əsmər |
Azərbaycan dili ədəbiyyat |
55 bal |
Məmmədli Samir |
Tarix |
55 bal |
Sarıyeva Lülpar |
Tarix |
55 bal |
Əsgərova Nərmin |
kurikulum |
56 bal |
Balakişiyeva Nigar |
İbtidai sinif |
56 bal |
Neymətova Nəzrin |
İbtidai sinif |
56 bal |
Mirzəliyeva Püstə |
İbtidai sinif |
56 bal |
Cənnətova Ayna |
İbtidai sinif |
56 bal |
Cabbarova Nazpəri |
İbtidai sinif |
57 bal |
Ələsova Gülüstan |
riyaziyyat |
57 bal |
Qurbanova Günay |
Tarix |
57 bal |
MİQ (Müəllimlərin işə qəbulu) haqqında daha ətraflı məlumat: