Bəzi siyasətçilər arasında belə bir fikir var ki, əgər müəyyən sahə ilə əlaqəli diplomun varsa, deməli dərs keçə bilərsən. Molekulyar kimya üzrə magistr dərəcəniz varsa ,deməli təbiət elmlərini tədris edə bilərsən. Təsəvvür bundan ibarətdir ki, müvafiq mütəxəssis biliyinə maliksinizsə, həmin biliyi səmərəli şəkildə başqalarına ötürmək mümkündür. Əslində isə belə deyil. Əlbəttə, nəyi öyrətdiyini bilməlisən , bu vacib amildir. Alman dilini bilməyim onu öyrədə biləcəyim anlamına gəlmir. Nə qədər “Çəkinmə, işə başla, çətin olmayacaq deyilsədə mənası yoxdur, çünki bunu edə bilmərəm. Fənni bilmək yaxşı müəllimlik üçün vacib olsa da, hər zaman yetərli olmaya bilər.Yaxşı müəllim olmaq üçün fənni mükəmməl bildiyin kimi onu şagirdlərinə ötürədə bilməlisən. Bunun üçündə hər il keçirilən imtahanlarda 55000 müdavim arasından ən yaxşıları seçilir. Sual verə bilərik. İmtahanı keçirtməkdə məqsəd nədi?
Məqsəd dövlətimiz üçün faydalı olacaq savadlı gənclər yetişdirməkdi.Bunun üçün də savadlı və savadını tələbələrə ötürə biləcək müəllimlər axtarılır.
Müəllimlərin İşə Qəbul imtahanı nə zaman keçirilir və imtahanda kimlər iştirak edə bilər ?
Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbul prosesi Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə 4 mərhələdən ibarətdir : elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsindən .Müəllimlərin İşə qəbul üzrə müsabiqədə dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında müəllim vəzifəsində çalışmayan, ali təhsil və orta ixtisas müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli diplom almış və xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.İmtahan ildə bir dəfə iyul ayında təşkil olunur .
Müəllimlərin işə qəbulu prosesində test imtahanlarında hər bir namizədə 120 dəqiqə ərzində 40 ixtisas, 20 kurikulum olmaqla, 60 test tapşırığı təqdim olunur. İmtahanlar namizədlərin yaşadığı bölgələri üzrə təşkil olunacaq regional mərkəzlərdə Təhsil Nazirliyi tərəfindən əvvəlcədən elan ediləcək qrafikə uyğun keçirilir. Maksimum bal 100 bal olmaqla hesablanır .Belə ki , ixtisas fənni 1 sual 2 bal olmaqla hesablanır yəni 80 bal, tədris metodikası və təlim strategiyalarına aid 1 sual 1 bal yəni 20 bal olaraq hesablanır. 4 səhv 1 doğru cavabı silir .Keçid balı həmin il keçirilən imtahan nəticəsinə görə müəyyənləşir.Bu il üçün keçid balı 40 bal götürülmüşdü.
Daha sonra isə test imtahan mərhələsində keçid balını toplamış namizədlər 8 vakant yeri seçmək imkanı qazanırlar.Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır. Müsahibə mərhələsində isə namizədlərin peşekar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq, müvafiq komissiya tərəfindən yoxlanılır. Müsabiqənin son mərhələsi olan müsahibə mərhələsi isə Təhsil Nazirliyinin elan edəcəyi qrafikə uyğun olaraq həyata keçirilir.
EDU Company Təhsil Şirkətində də Azərbaycan və Rus bölmələri üzrə MİQ və Sertifikasiya imtahanına hazırlıqlar keçirilir.
-Hazırlıqlarımız həm online , həm də əyani şəkildə tədris olunur.
Əyani və online yeni açılmış Miq qruplarımız var .Dərslər peşəkar müəllimlər tərəfindən keçirilir.Qruplarımızda ən çox halda 10 tələbənin iştirakına icazə verilir.
Online dərslərimiz Zoom programı ilə görüntülü şəkildə keçirilir və hər bir fənn ayrı ayrılıqda həftədə 2 dəfə 80 dəqiqə olmaqla keçirilir.Dərslər bitdikdən sonra dərslərin vidio izahları telegram qruplarına atılır.Əksər Tədris Mərkəzlərindən fərqli olaraq bizim online dərslərimizdə də maxsimum tələbə sayı 10 tələbə olur və dərslər whatsap üzərinə deyil canlı şəkildə keçirilir.
- Dərslər ixtisas və təlim strategiyaları və metodika fənləri üzrə peşəkar müəllim kollektivi tərəfindən aparılır.
- Qəbul səviyyəsində ayda 1 dəfə ödənişsiz Ümumi sınaq imtahanları təşkil olunur.
- Əyani dərslərimiz hər fənn həftədə 2 dəfə 90 dəqiqə olmaqla tədris olunur. . İlk dərslər ödənişsiz sınaq dərsləridi.Hər bir müdavim sınaq dərslərində iştirak edib müəllimlərimizin dərs keçmə metodları ilə tanış ola bilər.
- Yüksək nəticə toplayan müdavimlərimizə əməkdaşlıq təklif olunur.
- Keyfiyyətli tədris və münasib qiymətlər sizə təklif olunur.
Əyani və online yeni açılan qruplara qeydiyyat davam edir.Tələsin və müəllim adını bizimlə qazanın.
Sizi Miq Nəticələrimizin bir hissəsi ilə tanış edək .
Nərminə Mikayılova |
kimya |
97,25 |
Elmir Şükürov |
tarix |
96,25 |
Aidə Sanıyeva |
tarix |
95,25 |
Samir Məmmədov |
tarix |
93,75 |
Zeynəb Atayeva |
tarix |
92 |
Dünya Veysəlova |
texnologiya |
91,5 |
Nigar Novruzəliyeva |
Təsviri incəsənət |
90 |
Gülanə Tahirova |
texnologiya |
87 |
Gülnar Əliyeva |
Az.dili və ədəbiyyat |
86,25 |
Arzu Məmmədova |
Rus dili |
85,75 |
Səbinə Qasımova |
Ingilis dili |
85 |
Leyla Əliyeva |
riyaziyyat |
85 |
Nərmin Əliyeva |
riyaziyyat |
82 |
Əminə Əhmədova |
informatika |
80 |
Sevinc Zeynalova |
Ibtidai sinif |
90 |
Gülnar Əliyeva |
Riyaziyyat |
80 |
Nübar Əliyeva |
Az.dili ədəbiyyat |
91 |
Arzu Zeynalova |
Ingilis dili |
84 |