Müasir dövrdə dövlət və ya özəl müəssisə olmasından asılı olmayaraq hər bir sahədə kompüterlər işimizin əsa hissəsini təşkil edir. Kompüterlə işləyərkən biz, əsasən, Microsoft Office proqramlarından istifadə edirik. Microsoft Office proqramlarının dünya miqyasında milyarddan çox istifadəçisi var. Microsoft-un əsas məhsullarından biri də Microsoft Office proqramlarıdır. İlk dəfə ofis proqramları 1989-cı ildə istifadəyə verildi. Sonradan bir neçə dəfə bu proqramlar müxtəlif əməliyyatlarda işləməsi üçün yeniləndi.
Microsoft Office proqramlarına aşağıdakılar daxildir:
EDU Company Təhsil Şirkəti ofis proqramları üzrə biliklərini təkmilləşdirmək istəyən hər kəs üçün peşəkar müəllim heyəti ilə birgə sizlərə xidmət göstərir. Minimum 1 ay yarım, maximum 3 ay müddətinə “Word”, “Excel”, “PowerPoint” proqramlarını və “Windows” əməliyyat sistemini tam mükəmməl şəkildə mənimsəyəcək və hər bir proqramın iş prinsipi ilə yaxından tanış olacaqsınız.
Güclü mətn redaktoru olub mətnlərin çapı və sənədlərin tərtib edilməsi üçün nəzərdə tutulmuşdur. Hazırda dünyada ən populyar proqramlardan biri hesab olunur.
İnsanlar tərəfindən müxtəlif heabatların aparılmasında istifadə olunan proqramlardan biridir və böyük istifadəçi kütləsinə malikdir.
Microsoft Office PowerPoint
Proqram təqdimatların hazırlanması üçün istifadə olunur və müxtəlif animasiyalı slaydlardan ibarətdir.
1985-ci ildə Microsoft şirkəti tərəfindən satışa çıxarılan əməliyyat sistemidir. İnteqrasiya mühiti üçün xarakterik olan mətn və qrafik redaktorlar, verilənlər bazası və s. kimi proqramlara malik olmaqla yanaşı Windows sistemi öz şəxsi proqramlarını yaratmağa imkan verən geniş proqram interfeysini dəstəkləyir.
3 aylıq proqram müddətində dərslər həftədə 2 dəfə 60 dəqiqə, 1 ay yarımlıq proqram müddətində isə dərslər həftədə 4 dəfə 60 dəqiqə olmaqla tədris olunur.
Dərslərimiz əyani və online, fərdi və qrup şəklində tədris olunur. Qruplarda maximum 4-5 tələbə olur və hər bir tələbəyə fərdi şəkildə yanaşılır.
Proqram müddətini uğurla bitirən tələbələr imtahan verərək SERTİFİKAT əldə edirlər. Sertifikatlarımız ölkə daxilində bütün dövlət və özəl müəssisələrdə keçərlidir.
Qeyd olunan bütün məlumatlara yiyələnmək və kompüterdən və ofis proqramlarından mükəmməl şəkildə istifadə etməyi siz də istəyirsinizsə, yolunuzu EDU Company Təhsil Şirkətindən sala bilərsiniz.
Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:
EDU Company Kompyuter kursları