09:00-21:00 İş saatları
Sınaq dərsi istə
İngilis dili kursu | İngilis dili hazırlığı | EDU Company

İngilis dili öyrən

 İngilis dilinin bizə qatdığı faydalar

  Dünyanın bir neçə əsas dilləri var ki, onları öyrənmək bizlər üçün əsasdır. Onlardan biri və ən əsası ingilis dilidir. Bu dilə olan ehtiyac artıq onu dünyanın ən əsas dilinə çevirdi. İndi hal-hazırda bir neçə ölkənin dövlət dili,hətta ingilis dilidir. Bu ingilis dilinin dünyada özünə möhkəm bir yer tutduğuna nümunədir. Bütün dünyada sürətlə bu dil yayılmaqdadır. Demək olar ki, bütün ölkələrdə (dövlət dili ingilis dili olan ölkələr istisna olmaqla) ingilis dilinin tədrisi ilə məşğuldurlar.Tədrislə bərabər İngiltərə, ABŞ kimi ölkələrə dil kurslarına gedən tələbələrin sayı hesabı yoxdur.

İngilis dili həyatımızın əsas obrazına çevrilib. Çünki hər kəs bu dili öyrənməyə can atır. Həyatımızda bir açar rolunu oynayır ingilis dili. Bu dilə marağımız olmasa da öyrənməyə məcburuq.Çünki o olmadan dünyaya bir tərəfli baxacağıq.

Yalnız Azərbaycanı görəcəyik,amma ingilis dilin bildikdən sonra dünyaya hərtərəfli baxmaq imkanı əldə edəcəyik.Dünyanın hər bir mədəniyyətini, fəaliyyət sahəsini və s. digər məlumatları əldə etmək imkanımız olacaq. Sadəcə internetdə ingilis dilində çoxlu məlumat əldə etmək mümkündür.Dünyanın önəmli olan təşkilatları və digər lazımı yerlərin internet saytları var və həmin internet saytların ingilis dili versiyası da vardır.Bu səbəbdən də bu dili öyrənməklə nələri əldə edəcəyimizi aydın şəkildə başa düşə bilərik. Bundan başqa dünyada ən önəmli kitablar var ki, onlar Azərbaycan dilinə tərcümə edilməyib. Onlar oxumaq üçün ingilis dilini bilmək lazımdı. İstənilən sahədə ingilis bilmək həmin sahədə olan biliklərini zənginləşdirər və daha geniş imkanlar yaradır. Bəzi sahələr var ki,orada ingilis dilini bilmək məcburidir. Amma bəzi sahələr də vardır ki,orada vacib deyil,lakin bilmək əhəmiyyətli ola bilər.

İngilis dilin bilmək bizə digər tərəfdən də yaxşıdır ki, bu dili öyrənərək dünyanın istənilən universitetində təhsil almaq imkanımız olur. Belə ki, dünyanın ən məşhur universitetləri bu dildə proqramlar təşkil edirlər. Məsələn, Oxford,Cambridge,Harvard,Oslo,Berlin və s. universitetlər vardır ki, burada oxumaq üçün ingilis dilini bilmək kifayət edir. Təkcə, ingilis dilin öyrənib TOEFL və yaxud da IELTS imtahanı vermək kifayət edir ki,xarici universitetlərdə təhsil almaq üçün. İndi fikir versək.görərik ki,ingilis dilinin bizim həyatımızdakı rolunu yüksək dəyərləndirmək lazımdır. Əgər bu dili öyrənsək bir çox uğurlara nail ola bilərik. Deməli bir dil öyrənmək bizim həyatımızda çox məqamları dəyişə bilər.

İngilis dilini necə öyrənmək olar? 

İlk baxışdan ingilis dilin öyrənmək bizlərə çətin gəlir. Amma bir qədər oxuduqda görürük ki, elə də çətin deyil, yəni öyrənə bilərik. Sadəcə çoxlu praktika etmək vacibdir və çalışmaq. Bunlar olduqdan sonra ingilis dili öyrənmək çətin olmur. Ümumiyyətlə nəyisə öyrənməyə  çalışırsansa,deməli artıq bacarmısan.

 Bu məqaləmizdə dövrümüzdə ingilis dilinin əhəmiyyətindən və ingilis dilinin bizə verdiyi üstünlüklərindən danışacağıq.İngilis dilinin beynəlxalq arenada mövqeyi elə bir şəkildədir ki, biz ingilis dilindən kənarda heç bir şey edə bilmirik. Bu, özünü istənilən baxımdan göstərir. İstər rəsmi görüşlərdə, istər elmi görüş və tədbirlərdə. 

İngilis Dilini Öyrənmək Niyə Bu Qədər Vacibdir?

Gəlin, ətrafımıza bir nəzər salaq. Çin, ərəb, fransız, ispan dilləri kimi beynəlxalq səviyyədə çox istifadə edilən dillər olmasına baxmayaraq, hər kəs ingilis dilinin önəmindən danışır. Bəs ingilis dilini bu qədər önəmli edən nədir? Niyə texnologiyanın bu qədər inkişaf etdiyi bir dövrdə çin, alman, yapon dili deyil də ingilis dili bu qədər lazımlıdır? Sualı bir az dəyişərək belə deyə bilərik: İngilis dilini öyrənməyin sizin üçün hansı faydaları var?

İngilis dili dünyanın müxtəlif ölkələrində insanlarla ünsiyyət qurmaqda sizə kömək olacaq. Aparılan araşdırmalar nəticəsində əldə edilən statistikalar ingilis dilinin dünyada ən çox danışılan dil olduğunu sübut edir. Bu statistik rəqəmlərə görə deyə bilərik ki, dünyadakı hər beş insandan biri ingilis dilində anlayır və danışır. Bununla yanaşı, ingilis dili dünyanın müxtəlif ölkələrində rəsmi dövlət dili olaraq da qəbul edilmişdir. Nəticə etibarı ilə, ingilis dilini bilmək dünyanın müxtəlif ölkələrində insanlarla ünsiyyət qurmaqda sizə kömək edəcək. Beləliklə, siz fərqli ölkələrə səyahət edərkən yerli əhali ilə rahat ünsiyyət qurub onların tarixini və mədiniyyətini dərindən öyrənə bilərsiniz.

İngilis dilində danışmaq təhsil həyatınıza başlamaqda sizə kömək olacaq. Xarici ölkələrə səyahət etmək və orada yaşamaq, yəqin ki, çox insanın arzuları içərisində yer alır. Təhsilinizi xaricdə davam etdirmək kimi bir arzunuz varsa, universitetlər haqqında araşdırma edərkən ingilis dili sizə kömək olacaq. Çünki məlumatlar adətən universitetin yerləşdiyi ölkənin rəsmi dili ilə yanaşı ingilis dilində də paylaşılır. Həmin ölkənin rəsmi dilini bilmədiyiniz təqdirdə ingilis dilində məlumatları oxuyub qəbul prosesi ilə yaxından tanış ola bilərsiniz.

İngilis dili təhsilinizi davam etdirmək üçün sizə kömək olacaq. Əgər xaricdə təhsil almaq istəyirsinizsə, ingilis dilində bolluca məlumat əldə edə bilərsiniz. Bəs sonrakı mərhələ nədir? Bir çox universitetin qəbul şərtlərindən biri ingilis dilini yüksək səviyyədə bilməkdir. Yəni ingilis dilini bilmək sizə təhsil həyatınız üçün də kömək olacaq.

İngilis dili kariyeranızda yüksəlmək üçün sizə kömək olacaq. Bildiyimiz kimi, ingilis dili iş həyatında da ən çox istifadə edilən dillərdəndir. Belə ki, beynəlxalq konfranslar və sammitlərdəki danışıqlar adətən ingilis dilində olur. Bununla yanaşı, bir çox şirkət yalnız bir bazarda deyil də, xarici bazarlarda da fəaliyyət göstərir. Bu məqsədlə, ingilis dilində danışa bilən şəxslərə ehtiyac duyurlar. İngilis dilini bilmək yaxşı bir şirkətdə işə başlamaq və kariyeranızda yüksəlmək üçün sizə lazım olacaqdır.

İngilis dili əyləncənin də dilidir. Dünya miqyasında istehsal edilən ən yaxşı kinoların, sənədli filmlərin əksəriyyəti ingilis dilində olur. Bu tip filmlərdə danışıqların tərcümə olunduğu altyazı olsa da, yazılanları oxumaq çox vaxt tələb edir. İngilis dilində bildiyiniz təqdirdə filmlərə rahat şəkildə baxa biləcəksiniz. Bu da sizə geniş imkanlar verəcək.

İngilis dilini öyrənmək artıq daha da asanlaşıb. İngilis dilinə olan marağın günbəgün artması nəticəsində bu dili öyrənmək üçün lazım olan resursların sayı da artır. Artıq kitablar ingilis dilini öyrənmək üçün yeganə resurs mənbəyi deyil.

Yeni dil öyrənmək zehin inkişafınız üçün olduqca faydalıdır. Alimlər tərəfindən aparılan araştırmalara görə, yeni dil öyrənmək beyin inkişafı üçün olduqca faydalıdır. Yəni, ingilis dilini öyrənərkən siz beyninizi də inkişaf etdirə bilərsiniz. Məsələn, yeni dil öyrəndiyiniz təqdirdə yaddaşınız güclənir, diqqət müddətiniz artır, yaşlanma ilə əlaqədar ortaya çıxan idrak problemləri riski azalır.

İngilis dilini öyrənməyin yaratdığı 7 imkanı sizinlə paylaşdıq.

İngilis dilin ən sadə və rahat üsulla necə öyrənə bilərik?

Ümumiyətlə, hər hansı bir xarici dili öyrənmək istədikdə, həmin dili həyatımızın mərkəzinə daxil etməliyik. Yəni, həmin dildə filmlərə baxmalısınız(ilk başlarda tərcüməsini anlamasanızda olar, burda məqsəd yeni sözlər və sözlərin düzgün tələffüzünü öyrənməyinizdir) cizgi filmləri izləmək, bu dildə kitablar, məqalələr oxumaq, telefonunuzun dil ayarlarını həmin dilə çevirmək və s. Bu kimi vərdişlər sizin öyrənmək istədiyiniz dili daha asan və əyləncəli üsulla öyrənməyinizə kömək edəcək.

İngilis dili kursları EDU Company

Əgər siz xaricdə təhsil almaq, yeni dostlar tapmaq,sərbəst ünsiyyət qurmaq və ən əsası bir ölkənin mədəniyyətini,ədəbiyyatını öyrənmək  eləcə də öz vətəninizi, dövlətinizi, millətinizi dünyaya tanıtmaq istəyirsinizsə sizin ingilis dili biliyinə yiyələnməyiniz vacibdir. Bunun üçündə gələcəyinizi, təhsilinizi etibarlı əllərə əmanət etməlisiniz.

9 ildən çoxdur ki, fəaliyyət göstərən EDU COMPANY TƏHSİL ŞİRKƏTİ  öz peşəkar müəllim kollektivi ilə daima sizin xidmətinizdədir. 

Belə ki, mərkəzimizdə ixtisası sırf İngilis dili müəllimiyi olan, yerli və əcnəbi peşəkar pedaqoqlar tərəfindən həftədə 2 dəfə 90 dəqiqə ərzində, qrup və ya fərdi şəkildə olmaqla  əyani və online formada keçirilir. Əlavə olaraq  həftə sonları isə hər baza üçün conversation clublarımız təşkil olunur.

İlk dərsimiz ödənişiniz sınaq dərsidir. Sınaq dedikdə siz bizi sınayırsınız, müəllimlərimizin dərs keçmə metodikası və kursumuzun keyfiyyəti ilə daha yaxından tanış olursunuz.

●Peşəkar müəllim kollektivi

●Hər tələbəyə fərdi yanaşma

●Müasir dərs metodları

●Hər ay sonu level(səviyyə) imtahanı

●Sonda isə Sertifikat.

Sertifikatımız isə universaldır həm dövlət həm də özəl müəssisələrdə işə qəbul zamanı keçərlidir.

Ümid edirik ki, məqaləmiz sizlər üçün çox faydalı oldu.

İngilis dili haqqında daha ətraflı mçəlumat üçün linkə daxil olun:

EDU Company ingilis dili hazırlığı

 


#İngilis dili #Hazırlıq

Sürətli Qeydiyat