09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Ən yaxşı Ərəb  dili kursu | Ərəb  dili hazırlığı | EDU Company

Ərəb  dili kursu

Niyə Ərəb  dili?

Siz də səlis şəkildə Ərəb dilində danışmaq, təhsilinizi Ərəb dilli ölkələrinən birində davam etdirmək, kariyera həyatınızda ehtiyac duyulan işçi olmaq istəyirsiniz? “EDU Company” tədris şirkəti Ərəb dilini mükəmməl şəkildə öyrənməyinizdə və tətbiq etməyinizdə yardımçı olacaq.

    Ərəb dili haqqında qısa məlumat ilə məqaləmizə başlayaq.- Müasir Ərəb dili əhalisi təqribən 200 milyon nəfər olan Ərəb ölkələrində dövlət dili kimi qəbul edilmişdir.Bundan əlavə bu dil Birləşmiş Millətlər Təşkilatında (BMT) qəbul edilən 6 rəsmi dildən biridir. Bölgələr üzrə şivə fərqliliyi baxımından ərəb dili tərkibən çox zəngin bir dildir, belə ki, şivə fərqliliyi olan ərəb ölkələri içərisində əhalinin bəzən bir-birini anlamaması, müvafiq hazırlığı olmayan ərəblərin isə çox zaman ədəbi dili başa düşməməsi adi hal kimi qəbul edilir. Ərəb dilindəki səslər, sözlər və birləşmələr diqqət çəkici ola bilər. Ancaq ən çox maraq yaradan şey söz bazasının zənginliyidir. Burada bir sözün bir neçə sinonimi olur,hətta bənzər anlayışların hər birinin ayrı-ayrılıqda ifadəsi var. Məs:Dəvə sözünü ifadə edərkən onun yaşına, cinsinə görə bir neçə adda ifadə edirlər. Dünya miqyasında 300 milyondan çox Ərəbcə danışan insan var. Əlbəttə çoxluqla Ərəb dünyasında danışılan bu dil, dünya dilləri içərisində ən çox danışılan 5ci dildir. Ərəb dilini kimlər öyrənə bilər?- Ərəb dilinə marağı olan hər kəs bu dilə müraciət edə bilər.

 

Ərəb əlifbası

İndi isə sizə Ərəb əlifbası haqqında ümumi məlumat verək- Ərəb əlifbası 28 hərfdən ibarətdir. Hərflərdən başqa yazılışa müxtəlif işarələr, yəni əsas adı ilə desək Hərəkələr daxildir. Əlifbaya daxil olan hərflər samitlərdir. Hərəkələr öz növbəsində hərflərə qoşularaq səslər yaradır. Məs:Əlifbanın 3 cü hərfi olan “Tə” hərfi hərəkəsiz şəkildə “T” səsini verir ( aşağıdakı nümunədə qeyd olunan yazılış şəklində), üzərində müvafiq hərəkə qoyulduqda “Tə; Ti; Tu” səslərini ifadə edir. Ərəb hərfləri yazılış baxımından seçilən əlifbalardandır.

1. Hərflər sağdan sola yazılır və oxunur.

2. Hərflərin yazılışı əvvəldə gələn, ortada gələn və sonda gələn olmaqla bir neçə şəkildə yazılır.

3. Ərəb dilində samitlər hərf olaraq yazılır,saitlər (hərəkələr) isə durğu işarəsi olaraq qoyulur və oxunuş zamanı durğu işarələrinə əsasən hərflərə səslər verilir. Hərəkələrə aiddir: َ (فَتحه) fəthə• • hərfin yuxarısında gəlir və Ə səsin verir.

• kəsrə (سرهَک (hərfin aşağısında gəlir və E səsin verir.

• zəmmə (ضمه َ (hərfin yuxarısında gəlir və O,U səslərin verir

• sukuun (سکون ( hərfin yuxarısında gəlir və hərfdən sonra səs olmadığını göstərir.

4. Ərəb dili özündə Hivar elmi- Dialoq, Sərf elmi- Sözün hallanması və Nəhf elmiQrammatik qaydaları əhatə edir. Bir çox ərəb sözü var ki, xarici dil lüğətlərinə daxil olmuş və həmin ölkə əhalisi tərəfindən gündəlik danışıqda istifadə olunur. Bu ölkələrdən biri də Azərbaycandır. Öz lüğətimizə nəzər salsaq kitab, dəftər, qələm, alim, müəllim və s. Sözləri, Həbibə, Səidə, Səbahət, Leyli, Səadət, Azər, Leyli və s. adları da ərəb dilindən keçmiş sözlərdir. Bu baxımdan Ərəb dilinin öyrənilməsi bizim üçün bir qədər asandlaşa bilər.

EDU Company ərəb dili kursu

    EDU Company tədris mərkəzi olaraq ərəb dili dərslərimizi peşəkar müəllimlər tərəfindən keçirik. Müəllimlərimizdən olan Səidə Səmədova ərəblərin Azərbaycandakı “Nicat” tədris mərkəzində təhsil almış, daha sonra təhsilini 1998-1999cu illərdə Dəməşq şəhərində “Vilaye” təhsil mərkəzində davam etdirmişdir. Dərslərimiz sırf qrammatik baxımdan deyil, həmçinin danışıq əsasında keçirilir. Siz də bizim dərslərimizə qoşularaq qısa zamanda Ərəb dilində səlis danışa bilərsiniz.


#Ərəb dili #Hazırlıq

Sürətli Qeydiyat