Ofis proqramları kompüter istifadəçilərinə hava-su kimi lazım olan vacib proqramlar sırasında ilk yerdədir. Təkcə Microsoft Office proqramlarının bütün dünyada bir milyarddan çox istifadəçisinin olduğunu qeyd etmək belə bu proqramların necə vacib və tələb olunanlar sırasında önlərdə olduğunu vurğulayır.
Bəs siz necə sərbəst formada MS Word proqramında mətn yazıb , onu format edə; MS Excel proqramında funksiyalar ilə düzgün formada işləyib, hesabatlar hazırlaya və MS PowerPoint proqramında isə təqdimatlar hazırlayıb təqdim edə bilirsinizmi?
Bu sualın cavabı hələ də “xeyr” olarsa, sabah aidiyyəti üzrə istənilən vakansiya üçün müraciət etdikdə, siz ofis proqramları üzrə nəzəri və praktiki biliklərə malik olmadığınız üçün təəssüf ki, uyğun namizəd deyilsiniz deyə mənfi nəticə əldə etmək istəmirsinizsə, elə indi gec olmadan “EDU Company” təhsil şirkətinin peşəkar müəllimləri tərəfindən ən müasir dərs metodları ilə tədris olunan dərslərə qoşulun və 5 ofis proqramı üzrə praktiki və nəzəri biliklərə yiyələnin.
Siz tədris müddəti ərzində hansı proqramları öyrənmiş olacaqsınız ?
“Windows ” əməliyyat sistemi, “MS Office Word”, “Excel”, “PowerPoint” və “Outlook” proqramlarıyla və İnternet Explorer ilə tanış olacaq və həmçinin iş prinsipi və funksiyalarını.
Microsoft Office Word kursu
Microsoft Office Word-mətn prosessoru. Müxtəlif sənədlərin hazırlanmasında və redaktəsində istifadə (yazı işləri) edilir. Hazırda dünyada ən populyar proqram hesab olunur Sənədə verilənlərin daxil edilməsi, verilənlərin formatlaşdırılması və onlar üzərində əməliyyatlar
Sənəddə cədvəllərin yaradılması və onlar üzərində əməliyyatlar
Sənədə obyektlərin daxil edilməsi və onlar üzərində əməliyyatlar
Sənəd üzərində əməliyyatlar
Microsoft Office Excelkursu
Microsoft Office Excel — cədvəl prosessoru. Əsasən hesablama işləri aparmaq və müxtəlif məqsədli elektron cədvəllər qurmaq üçün nəzərdə tutulmuş proqramdır
Xanaya verilənlərin daxil edilməsi, verilənlərin formatlaşdırılması və onlar üzərində əməliyyatlar
Xanaların növü və vərəqlər üzərində əməliyyatlar
İş vərəqinə obyektlərin daxil edilməsi və diaqramlarla iş
Mətn funksiyaları ilə iş. Verilənlərin nizamlanması
Faiz anlayışı. Kitaba qeydlərin daxil edilməsi
Kitabın parametrləri və onlar üzərində əməliyyatlar
Microsoft Office PowerPoint kursu
Microsoft Office PowerPoint. Bu proqram vasitəsilə təqdimatlar yaradılır. Həmçinin hesabatlar, tezislər, slaydlar bu proqram vasitəsilə edilir. Bundan əlavə təqdimata müxtəlif qrafik komponentlər də əlavə etmək olur
Slayda verilənlərin daxil edilməsi, verilənlərin formatlaşdırılması və onlar üzərində əməliyyatlar
Təqdimatın hazırlanması və dizayn verilməsi
Slayda obyektlərin daxil edilməsi və diaqramlarla iş
Nümayişin parametrlərinin hazırlanması. Mətn formatı ilə iş
Təqdimatın görünüşü rejimləri. Slaydın nümayişi
Təqdimatın parametrləri və onlar üzərində əməliyyatlar
Microsoft Office Outlook kursu
Microsoft Office Outlook — şəxsi kommunikator. Proqrama daxildir: təqvim, tapşırıqlar planı, elektron poçt, ünvanlar. Bir şəxs 3-4 e-poçta malikdir, bütün e-poçtlara bu porqram vasitəsilə baxmaq mümkündür. Bu cəhətdən hal-hazırda kifayət qədər çox istifadə olunan proqramdır, istifadəsi çox asandır.
Dərslərimiz həftədə 2 dəfə 60 dəqiqə olmaqla, fərdi və qrup formasında keçirilir. İlk dərs sınaq dərsidir və ödənişsizdir.
Dərslərimiz əyani və online formada tədris olunmaqla, tələbələrə nəzəri və xüsusilə praktiki biliklər öyrədilir. Qrup formasında keçirilən dərslərdə maksimum tələbə sayı isə 4-5 olur.
Proqramı uğurla bitirənlərə, SERTİFİKAT təqdim edilir!
Sertifikatlarımız hər bir iş yerində keçərlidir. Yəni ölkə daxilində hər bir dövlət və özəl müəssisələrdə sizə faydalı olacaqdır.Sertifikatlarınızın üzərində sizin kursu bitirdiyinizə dair məlumat verilir ki, siz iş yerinə müraciət etdikdə tam zəmanətli şəkildə EDU Company Təhsil Şirkətini adından istifadə edə bilərsiniz.
Bütün bu qeyd olunanlara yiyələnmək və sərbəst formada kompüterdən istifadə etmək istəyirsinizsə mərkəzimizdə tədris olunan dərslərə indi qatılın və keyfiyyətli tədrisdən yararlanın!
Dərslər haqqında məlumat almaq üçün və daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun: