09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Dövlət qulluğuna hazırlıq | Dövlət qulluğu imtahanı | EDU Company

Dövlət qulluğuna hazırlıq və Dövlət qulluğu imtahanı

Dövlət qulluğu hazırlığı test imtahanı və müsahibə mərhələsindən ibarətdir. Test imtahanı vəzifə öhdəliklərinə görə aşağıdakı kateqoriyalara bölünür; A və B kateqoriyası.

A kateqoriyası inzibati rəhbər vəzifələri üzrə üç növə ayırılır:

1. AA qrupu

2. AB qrupu

3. AC qrupu

B kateqoriyası inzibati icraçı vəzifələr üzrə;

1. BA qrupu

2. BB qrupu

İmtahanın test mərhələsində 4 fənn tədris olunur.

1. Qanunvericilik

2. İnformatika

3. Məntiq

4. Azərbaycan dili

Sual sayına nəzər yetirsək, qanunvericilik 40 sual, məntiq 30, informatika 15 və Azərbaycan dili 15 sualı əhatə edir.

QEYD: Testlərdə qanunvericilik A,B,C,D olmaqla variant sayı 4 olur.

  Dövlət qulluğu test imtahanında istifadə olunan testlərin növlərinə nəzər salaq:

1. Qapalı tipli - 1 sual 1 balla qiymətləndirilir.

2. Açıq tipli - cavab variantları verilməyən testlərdir.

3. Esse tipli - sərbəst şəkildə cavablandırılan test tapşırıqları.

Dövlət qulluğu test imtahanında iştirak etmək üçün vətəndaşlar mərkəzin internet portalı (bundan sonra – portal) vasitəsilə onlayn qeydiyyatdan keçir və portal vasitəsilə ona qeydiyyatdan keçdiyini təsdiq edən elektron bildiriş və namizədin hüquq və vəzifələrinin əks olunduğu yaddaş kitabçası göndərilir. Test imtahanının keçirilmə yeri və vaxtı Mərkəz tərəfindən müəyyən edilir və bu barədə imtahana azı 5 gün qalmış portalda məlumat yerləşdirilir. Mərkəz namizədin test imtahanında iştirakı ilə bağlı məlumatı özündə əks etdirən imtahana buraxılış vərəqəsini portalda yerləşdirir və namizəd onu çap edərək əldə edir. Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə, test imtahanında iştirak edir. İmtahan Mərkəzin qərarı əsasında kompüter və ya kağız daşıyıcılar vasitəsilə keçirilir.

Dövlət qulluğu imtahanının davametmə müddəti Mərkəz tərəfindən imtahanın məzmunundan (namizədlərə verilən test tapşırıqlarının növündən və sayından) asılı olaraq, aşağıdakı qayda nəzərə alınmaqla müəyyən edilir:

  1. Qapalı tipli test tapşırıqlarının hər biri üçün 1 dəqiqə 30 saniyə;
  2. Açıq tipli test tapşırıqlarının hər biri üçün 2 dəqiqə;
  3. Esse tipli tapşırıqların hər biri üçün 30 dəqiqə.

Dövlət qulluğunda  namizədin imtahanda verdiyi cavablar necə qiymətləndirilir?

  1. Qapalı tipli test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla;
  2. Açıq tipli tapşırıqların hər birinin doğru cavablandırılması 2, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla;

Esse tipli tapşırıqların cavablandırılması cavabın həcmindən, strukturundan, fikirlərin və baxışların məntiqlilik dərəcəsindən, nümayiş etdirilən yaradıcılıqdan, arqumentasiyadan, söz ehtiyatından, orijinallıqdan, üslubdan və dil qaydalarına riayət edilməsindən asılı olaraq 0 - 30 balla, cavablandırılmaması 0 balla.

 Test imtahanının nəticələri haqqında məlumat portalda yerləşdirilir.

 Test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verir. Sertifikatın qüvvədəolma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.

Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər. Müsahibədə iştirak etmək istəyən şəxs müsahibənin keçirilməsi elan edildiyi gündən 30 gün müddətində Mərkəzin portalı vasitəsilə dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edir.

Dövlət qulluğunda hansı vəzifələr müsahibəyə çıxarılır?

"Dövlət qulluğu haqqında"  Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 28-ci maddəsinə əsasən, birinci-beşinci kateqoriya dövlət orqanlarında (yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlannın yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatına uyğun olan dövlət qulluğu vəzifələri müsahibə əsasında tutulur.

Dövlət qulluğu müsahibəsinin təşkil olunması.

Dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı müsahibənin keçirilməsi üçün müsahibə komissiyası yaradır. Müsahibə komissiyası üç nəfərdən ibarət tərkibdə, Mərkəzin bir nümayəndəsi və bir müstəqil ekspert daxil edilməklə formalaşdırılır. Müsahibə, namizədin razılığı ilə videoçəkiliş aparılmaqla, ictiamiyyət, kütləvi infirmasiya vasitələri nümayəndələrinin və digər müşahidəçilərin (olduğu halda) iştirakı ilə keçirilir. Müsahibələrin keçirildiyi yer və vaxt barədə məlumat namizədlərə müsahibənin keçirilməsinə ən azı 5 gün qalmış Mərkəzin portalı və dövlət orqanınm internet saytı vasitəsilə verilir. Müsahibə hər bir namizədlə fərdi qaydada və ən azı 20 dəqiqə aparılır.

Dövlət qulluğu müsahibə zamanı namizədin qiymətləndirilməsi.

Müsahibədə iştirak etmiş namizədin vakant vəzifəyə uyğunluğu "bilik səviyyəsi", "peşə hazırlığı", "ümumi dünyagörüşü" və "vakant vəzifə üçün zəruri olan keyfiyyətlər" kimi meyarlar əsasında qiymətləndirilir. Hər bir qiymət-ləndirmə meyarı üçün ən yüksək bal 5, ən aşağı bal ilə 2-dir. Müsahibədən 16 və daha çox bal toplamış namizəd müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur və müsahibənin nəticələri Mərkəzin portalında və dövlət orqanının internet səhifəsində yerləşdirilir. Müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant vəzifəyə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqim olunur. Vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılırlar. Bu müddətdə həmin dövlət orqanında analoji vəzifə olduqda, namizədlər onların razılığı ilə həmin vəzifəyə təyin edilirlər.

Qeyd olunan məlumatlara yiyələnmək və Dövlət Qulluçusu olmaq üçün, yolunuzu EDU Company Təhsil Şirkətindən salın.

    Ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz;

EDU Company Dövlət qulluğuna hazırlıq


#Dövlət Qulluğu #Hazırlıq

Sürətli Qeydiyat