Bu suallara "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa və Dövlət İmtahan Mərkəzinin (DİM) təqdim etdiyi informasiyalara uyğun cavab versək daha məqsədə uyğun olar.
Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.
Bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət
qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi
vəziyyəti ilə bağlı məsələləri tənzimləyir.
2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.
2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir.
2.3. Prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti,
xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla,
Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Bu orqanların (Azərbaycan Respublikasının Mərkəzi Bankı istisna olmaqla)
aparatlarında çalışan və hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan işçilər – xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. istisna olmaqla) bu Qanun şamil edilir.
2.4. Bu Qanunda başqa hal nəzərdə tutulmayıbsa, bu Qanun Azərbaycan
Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və
vitse-prezidentlərinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına,
Azərbaycan Respublikasının Baş nazirinə və onun müavinlərinə, Azərbaycan
Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinə (Ombudsmana), Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavinlərinə, katibinə və üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə (başçılarına), Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, habelə hərbi qulluqçulara şamil olunmur.
2.5. Bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. 2.6. Çıxarılıb
3.1. Dövlət qulluğunun əsas vəzifələri aşağıdakılardır:
3.0.1. Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları əsasında vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi;
3.0.2. dövlət orqanlarının səlahiyyəti hüdudlarında qərarların hazırlanması, qəbul edilməsi, icrası və icraya nəzarət edilməsi;
3.0.3. dövlət orqanlarının səmərəli fəaliyyətinin və dövlət qulluqçuları tərəfindən vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinin təmin edilməsi.
4.1. Dövlət qulluğu aşağıdakı prinsiplərə əsaslanır:
4.1.1. qanunçuluq;
4.1.2. Azərbaycan Respublikasında qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının səlahiyyət hüdudlarının müəyyən edilməsi;
4.1.3. dövlət orqanlarına və dövlət qulluqçularına nəzarət və onların hesabat verməsi;
4.1.4. yuxarı dövlət orqanlarının və vəzifəli şəxslərin öz səlahiyyətləri hüdudlarında qəbul etdikləri qərarların aşağı dövlət orqanları və vəzifəli şəxslər tərəfindən mütləq yerinə yetirilməsi;
4.1.5. bütün vətəndaşların və vəzifəli şəxslərin dövlət qulluqçularının qanuni tələblərini icra etməyə və qanuni hərəkətlərini müdafiə etməyə borclu olması;
4.1.6. dövlət qulluğuna qəbulun şəffaflığı;4.1.7. vətəndaşların dövlət qulluğuna müsabiqə və müsahibə əsasında qəbul edilməsi;
4.1.8. vətəndaşların öz qabiliyyətlərinə, xidməti nailiyyətlərinə və peşə hazırlığına uyğun olaraq dövlət qulluğunun hər hansı vəzifəsini tutmaqda hüquq bərabərliyi;
4.1.9. irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, ailə, əmlak və qulluq vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai birliklərə mənsubiyyətindən, habelə qulluqçuların işgüzarlıq keyfiyyətlərinə
dəxli olmayan başqa səbəblərdən asılı olmayaraq dövlət qulluqçularının hüquq
bərabərliyi;
4.1.10. dövlət qulluqçularının potensialının səmərəli istifadəsi, xidməti və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə onların rotasiyası;
4.1.11. dövlət qulluqçularının sosial və hüquqi müdafiəsi, onların özləri və ailələri üçün ləyaqətli yaşayış səviyyəsinin təmin edilməsi;
4.1.12. qulluq borcunun yerinə yetirilməsi üçün dövlət qulluqçusunun cavabdehlik daşıması, eləcə də dövlət qulluqçusunun hərəkətlərinə görə dövlət orqanının cavabdehlik daşıması.
4.2. Dövlət orqanlarında siyasi partiyaların və ictimai birliklərin strukturları yaradılmır.
4.3. Dövlət qulluqçuları vəzifə borclarını yerinə yetirərkən Azərbaycan Respublikası Konstitusiyasını qanunlarını və onlara müvafiq olaraq qəbul edilmiş digər qanunvericilik aktlarını rəhbər tuturlar və siyasi partiyaların və ictimai birliklərin qərarlarının onlara dəxli yoxdur
DİM dövlət qulluğunda inzibati vəzifə tutmaq üçün imtahan modeli olaraq A və B kateqoriyaları vardır. Bu kateqoriyalarda öz-özlüyündə hissslərə bölünür:
Dövlət qulluğu A kateqoriyası AA, AB və AC
Dövlət qulluğu B kateqoriyası kateqoriyası BA, BB və BC
A kateqoriyaları inzibati rəhbər (idarəetmə) vəzifələr tutmaq üçündür. İlk dəfə dövlət qulluğuna qəbul olmaq istəyənlər 5, 6 və 7-ci təsnifatlar üzrə işləyə bilər. Bunun üçün namizəd BA və BB imtahanlarında (inzibati icraçı vəzifələr) iştirak edə bilər.
Dövlət Qulluğuna qəbul qaydası Azərbaycan Respublikası qanununun 28.1-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə, test imtahanından və müsahibədən ibarətdir.
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, birinci-beşinci kateqoriya dövlət orqanlarında (yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir.
İMTAHANDA HANSI FƏNLƏRDƏN SUALLAR SALINIR?
İmtahana 4 fənn blokundan suallar salınır: (1. Testdə qanunvericilik üzrə A, B, C, D olmaqla variant sayı 4 olur, digərlərində isə 5 variant),
1. Qanunvericilik – 40,
2. Məntiq – 30,
3. Azərbaycan dili – 15,
4. İnformatika -15 sual.
Qeyd edək ki, BB və AC qruplarında 100 sualın hamısı qapalı (variantlı), BA və AB qruplarında 100 sualdan 80 sual qapalı, 20 açıq (bir açıq test 2 balla hesablanır) və AA qrupunda 60 sual qapalı, 40 sual açıq (bir açıq test 2 balla hesablanır) formada təqdim olunur.
Vəzifələrin müvafiq altqrupu üzrə sertifikat əldə edən şəxs sertifikatda qeyd olunan vəzifə və qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Müsahibənin keçirilməsi haqqında elanda namizədin iddia etdiyi vəzifə üzrə aşağıdakı məlumatlar yerləşdirilir:
· iş yerinin ünvanı;
· inzibati vəzifənin təsnifatı;
· vəzifə maaşı;
· vakant vəzifə üzrə qulluq funksiyaları;
· təhsilə, təcrübəyə, xüsusi biliklərə və peşə bacarığına dair tələblər;
· tələb olunan sertifikat.
Namizəd müsahibədə iştirak üçün elan verildiyi gündən 30 gün ərzində portal vasitəsilə müvafiq dövlət orqanına elektron müraciət edir. Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir.
İnzibati vəzifə tutan dövlət qulluqçusuna ildə bir dəfə 30 təqvim günü müddətində haqqı ödənilən əsas məzuniyyət verilir. Uzun illər işləməyə görə haqqı ödənilən əlavə məzuniyyət aşağıdakı qaydada verilir:
* 5 ildən 10 ilədək əmək stajına görə — 2 təqvim günü;
* 10 ildən 15 ilədək əmək stajına görə— 4 təqvim günü;
* 15 ildən çox əmək stajına görə — 6 təqvim günü;
Dövlət qulluğu imtahanında uğurlu nəticə toplayanlar aşağıdakı dövlət orqanlarda işləyə bilər:
- ASAN Xidmət mərkəzləri və regionla bölmələri ;
- Qida Təhlükəsizliyi Agentliyi və yerli bölmələri;
- Dövlət Statistika Komitəsi və yerli bölmələri;
- Məhkəmələr (hakim vəzifələri istisnadır);
- Dövlət Turizm Agentliyi;
- Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi;
- Hesablama palatası (həmçinin Məhkəmə-Hüquq Şurası, Ombusdman və digər qurumlar);
- Dövlət Şəhərsalma və Arxitektura Komitəsi;
- Energetika Nazirliyi;
- Təhsil Nazirliyi, tabeliyində olan və yerli bölmələri (Rayon Təhsil Şöbələri);
- Kənd Təsərrüfatı Nazirliyi və tabeliyində olan xidmətlər, həmçinin Nazirliyin yerli bölmələri;
- Mədəniyyət Nazirliyi və yerli bölmələri;
- Maliyyə Nazirliyi və struktur bölmələri;
- Gənclər və İdman Nazirliyi və yerli bölmələri;
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (həmçinin Nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Komitəsi);
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli bölmələri və s.
- Qeyd etdiyimiz kimi Dövlət qulluğu hazırlığında 4 fənn tədris olunur :
Azərbaycan dili ,Qanunvericilik, Məntiq,İnformatika Bu 4 fənnin hər birindən peşəkar, öz sahəsində mütəxəssis müəllim tapmaq çətindir. Lakin EDU COMPANY TƏHSİL ŞİRKƏTİ öz peşəkar müəllim kollektivinə, dərs keyfiyyətinə güvənərək, sizin Dövlət Qulluğuna qəbul olacacağınıza yazılı şəkildə müqavilə əsasında tam zəmanət verir.
Niyə məhz EDU COMPANY TƏHSİL ŞİRKƏTİ?
● Peşəkar müəllim kollektivi
● Hər kəsə fərdi yanaşma
● Mütəmadi olaraq sınaq testlərinin işlənməsi
● Sizin qrafikinizə uyğun vaxtda dərs cədvəllərinizin tərtib olunması
● Dərslərimiz hər 4 fəndən fərdi və qrup şəklində, əyani və onlayn olmaqla həftədə 2 dəfə 90 dəqiqə ərzində keçirilir. İlk dərsimiz 4 fənnin hər birindən ödənişsiz sınaq dərsidir. Sınaq dərsi dedikdə, biz sizi deyil, siz bizi sınayırsınız. Belə ki, kursumuzun keyfiyyəti ilə müəllimlərimizin dərs keçmə metodikaları ilə daha yaxından tanış olursunuz.
Sən də gələcəyin Dövlət Qulluqçusu olmaq istəyirsənsə, yolunu mütləq EDU COMPANY TƏHSİL ŞİRKƏTİNDƏN salmalısan!
Dövlət Qulluğu haqqında daha Ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz;
EDU Company Dövlət qulluğuna hazırlıq