Dövlət qulluğu nədir, bu sahəyə kimlər hazırlaşa bilər? Harada işləyə bilərəm ?
Bu suallara "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa və Dövlət İmtahan Mərkəzinin (DİM) təqdim etdiyi informasiyalara uyğun cavab versək daha məqsədə uyğun olar.
Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.
DÖVLƏT QULLUĞUNDA İMTAHAN KATEQORİYALARI HANSILARDIR?
Dövlət qulluğunda inzibati vəzifə tutmaq üçün imtahan modeli olaraq A və B kateqoriyaları vardır. Bu kateqoriyalar da öz-özlüyündə hislərə bölünür:
A kateqoriyaları inzibati rəhbər (idarəetmə) vəzifələr tutmaq üçündür. İlk dəfə dövlət qulluğuna qəbul olmaq istəyənlər 5, 6 və 7-ci təsnifatlar üzrə işləyə bilər. Bunun üçün namizəd BA və BB imtahanlarında (inzibati icraçı vəzifələr) iştirak edə bilər.
Dövlət Qulluğuna Qəbul Qaydası Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə, test imtahanından və müsahibədən ibarətdir.
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, birinci-beşinci kateqoriya dövlət orqanlarında (yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir.
İMTAHANDA HANSI FƏNLƏRDƏN SUALLAR OLUR?
İmtahana 4 fənn blokundan suallar salınır:
1. Qanunvericilik – 40 (testdə qanunvericilik üzrə A, B, C, D olmaqla variant sayı 4 olur, digərlərində isə 5 variant),
2. Məntiq – 30,
3. Azərbaycan dili – 15,
4. İnformatika -15 sual.
Qeyd edək ki, BB və AC qruplarında 100 sualın hamısı qapalı (variantlı), BA və AB qruplarında 100 sualdan 80 sual qapalı, 20 açıq (bir açıq test 2 balla hesablanır) və AA qrupunda 60 sual qapalı, 40 sual açıq (bir açıq test 2 balla hesablanır) formada təqdim olunur.
MÜSAHİBƏDƏ İŞTİRAK ÜÇÜN VƏZİFƏ SEÇİMİ
Vəzifələrin müvafiq altqrupu üzrə sertifikat əldə edən şəxs sertifikatda qeyd olunan vəzifə və qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Müsahibənin keçirilməsi haqqında elanda namizədin iddia etdiyi vəzifə üzrə aşağıdakı məlumatlar yerləşdirilir:
Namizəd müsahibədə iştirak üçün elan verildiyi gündən 30 gün ərzində portal vasitəsilə müvafiq dövlət orqanına elektron müraciət edir. Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir.
DÖVLƏT QULLUĞUNUN ŞƏRTLƏRİ
Dövlət qulluğunda iş vaxtı həftədə 40 saatdır. Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qanunla müddəti qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Qulluq üçün zəruri olduqda dövlət orqanının rəhbəri müstəsna hallarda iş vaxtını ayda əvəzi ödənilmədən 5 saata qədər artıra bilər. İş vaxtı 5 saatdan çox artırılanda işlədiyi hər saata görə dövlət qulluqçusuna əlavə haqq ödənilməlidir.İnzibati vəzifə tutan dövlət qulluqçusuna ildə bir dəfə 30 təqvim günü müddətində haqqı ödənilən əsas məzuniyyət verilir. Uzun illər işləməyə görə haqqı ödənilən əlavə məzuniyyət aşağıdakı qaydada verilir:
Dövlət qulluğu imtahanında uğurlu nəticə toplayanlar aşağıdakı dövlət orqanlarda işləyə bilər:
Qeyd etdiyimiz kimi Dövlət qulluğu hazırlığında 4 fənn tədris olunur :
Bu 4 fənnin hər birindən peşəkar, öz sahəsində mütəxəssis müəllim tapmaq çətindir. Lakin "EDU COMPANY" TƏHSİL ŞİRKƏTİ öz peşəkar müəllim kollektivinə, dərs keyfiyyətinə güvənərək, sizin Dövlət Qulluğuna qəbul olacacağınıza yazılı şəkildə müqavilə əsasında tam zəmanət verir.
Niyə məhz EDU COMPANY TƏHSİL ŞİRKƏTİ?
Sən də gələcəyin Dövlət Qulluqçusu olmaq istəyirsənsə, yolunu mütləq EDU COMPANY TƏHSİL ŞİRKƏTİNDƏN salmalısan!
Dövlət Qulluğu haqqında daha Ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz;
EDU Company Dövlət qulluğuna hazırlıq