“Təhsil Millətin Gələcəyidir” kəlamını özünə əsas tutan “EDU Company” Təhsil Şirkətinin yarandığı gündən bu yana iş fəaliyyətindəki köklü inkişaf özünü hər mövzuda birüzə verir. İstər müasir dərs keçmə metodu baxımından, istərsə də qabaqcıl təhsil müəssisələrinin iş strukturu bu işə öz imzasını atmaqdadır. Bu baxımdan “EDU Company” Təhsil Şirkəti sayılıb seçilən elm ocaqlarından biridir.
2013-cü il 5 oktyabrdan fəaliyyət göstərən “EDU Company” 9 ildir təhsilə dair bütün sahələrdə mükəmməl xidmət göstərən, tam məsuliyyət və səylə çalışaraq ölkədəki təhsil müəssisələri arasında ön sıralarda öz yerini tutmuşdur.
“EDU Company” Təhsil Şirkətinin hazırda 9 filialı var.
“EDU Company” Təhsil Şirkətində ilkin müəllim qəbulu mərhələsində pedaqoji peşə üzrə keyfiyyətlərin qazanılmasını diqqət mərkəzində saxlayır. O cümlədən ünsiyyət bacarıqlarının formalaşdırılması, bütün şagirdlərə açıq və dözümlü münasibətin nümayiş etdirilməsi:
- Fənlərin və müvafiq tədris proqramlarının mənimsənilməsi:
- Sinifinin idarə olunması və qiymətləndirmə bacarıqlarının formalaşdırılması kimi halları əsas götürür.
Belə ki, abituriyent hazırlığı sahəsində onlayn valideyin nəzarət sistemi təşkil olunub ki, bu sistem vasitəsilə valideyinlər övladlarının dərsə hazırlıq, davamiyyət, müəllimlərin övladı haqqındakı fikirlərini izləyib görə bilir. Eyni zamanda sınaq imtahanı və quiz nəticələri də ora yerləşdirilir. Bu sistem vasitəsilə valideyinlər evdə oturaraq uşaqlarına tam ciddi nəzarət edə bilir. Bu baxımdan il boyu keçilən dərslərimizin keyfiyyəti, sınaq imtahanlarında uşaqların şəffaf nəticəsi aşkar şəkildə təqdim olunur. Artıq valideyin övladı haqqında tam qərar verə bilir,hazırlığa davam etsin nəticəsi olacaq ya yox. Bu proqram valideyinlərə narahat şəkildə ili başa vurmamağa, keçilən dərslərdən əmin olmağa imkan verir.
Şübhə yoxdur ki, öyrənənin inkişafında öyrədənin (müəllim, mentor və s.) rolu əvəzsizdir. Müəllim yalnız hazır bilikləri verməklə kifayətlənməməli, təlim prosesinin mərkəzində durmamalı, şagirdlərin şəxsiyyət kimi inkişafına şərait yaratmalı, onlarla əməkdaşlığa, qarşılıqlı hörmət və anlaşmaya üstünlük verməli, şagirdləri fəallaşdırmalı, təlimi onun maraq və tələbatına uyğun qurmalıdır.
Dərslərimiz hər fənn həftədə üç dəfə olmaqla bir saat şəklində tədris olunur. Zaman itkisi olmadan uşaqlar qısa fasilələrlə bir dərsdən digərinə girir və beləliklə yolda zaman itkisi, yorğunluq kimi hallarlada qarşılaşmır. Fənn hazırlığı sahəsində dərs tədris edən müəllimlərimiz gənc və təcrübəli kadr heyətindən təşkil olunub ki, bu da uşaqlarda həm dərsə həvəs oyadır, həm də əylənərək öyrənməyə yardımcı olur. Müasir formada təsis olunmuş proyektorlu otaqları, hər növ ofis avadanlıqları, dərs vəsaitləri tam rahat şəkildə dərs tədris olunmasına imkan verir.
“EDU Company”də təhsilin özəyini təşkil edən təkmilləşdirmə sahəsi sonrakı illərdə abituriyent hazırlığında uşaqların təməl bazasını formalaşdırmağa çox yardımçı olur. Çünki 9-cu sinif buraxılış imtahanları əsasən Azərbaycan dili, riyaziyyat və ingilis dili üzrə tədris olunduğu üçün 5-6-7-8-ci siniflərdən hazırlığa başlamaq da çox vacibdir.
“EDU Company” Təhsil Şirkətinin hər hansı bir filialına gedən tələbə özünü evindəki kimi hiss edə bilir. Gülərüz, səmimi kollektivimiz, hər valideyinə və uşağa fərdi yanaşması olan peşəkar əməkdaş heyətimiz sayəsində, yaşından asılı olmadan hər bir kəs razı şəkildə yola salınır.
Peşəkar əməkdaş kollektivi gələn bütün qonaqları səmimi, mehriban bir təbəssümlə qarşılayaraq, onları evinə ən əziz qonağı gəlmiş kimi hiss etdirir. İstədiyini tam şəkildə verənə qədər səbirlə dinləyib, hörmətlə yola salır.
İstər əməkdaş, istər müəllim, istərsədə rəhbərlik sistemi düzgün, peşəkar təşkil olunmuş “EDU Company” Təhsil Şirkəti gələcəkdə böyük nəaliyyətlərə imza atacağına, böyüyüb bütün ölkə ərazisinə yayılacağına əsaslı şəkildə ümid vəd edən uğurlu bir təhsil şirkətidir.
Universitet hazırlığı haqqında daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:
EDU Company Universitet hazırlığı