Müasir dövrdə istər bəylər, istərsə də xanımlar arasında sürücülük vəsiqəsi əldə edən və yaxud etmək istəyənlərin sayı həddindən artıq çoxdur. Belə ki, bəzi hallarda təəssüflər olsun ki, tələbələr sürücülük vəsiqəsini qanuni deyil də, qeyri-qanuni yolla əldə etmək istəyir və edirlər. Bundan öncəki məqalələrdə qeyd etdiyimiz kimi, sürücülük vəsiqəsini 18 yaşı tamam olan, sağlamlıq imkanları uyğun, cinsindən asılı olmayaraq hər bir şəxs sürücülük vəsiqəsi əldə edə bilər. İmtahandan qorxan və ya hazırlaşmaqda çətinlik çəkən tələbələr məsələnin qeyri-qanuni yolla həllinə can atsa da, onu qeyd etmək istəyirik ki, imtahanda iştirak etmək və oxuyub sürücülük vəsiqəsi əldə etmək istəyən tələbələrin sayı həddindən artıq çoxdur.
Bildiyimiz kimi imtahan iki mərhələdən ibarətdir. Nəzəri və təcrübi hissə. Nəzəri imtahanda daha çox imtahan predmetini yol-hərəkəti qaydaları, nəqliyyat vasitəsinin təhlükəsiz idarə olunması qaydaları və həkiməqədərki ilkin tibbi yardımın elementar tələbləri təşkil edir. Nəzəri imtahanı keçdikdən sonra şəxs təcrübi imtahana yönləndirilir. Həmin imtahanda şəxs hansı kateqoriya üzrə vəsiqə əldə edəcəksə həmin kateqoriyanı xüsusi avtodromda imtahan verir.
Mütəxəssislər xüsusi qeyd edir ki, sürücülük vəsiqəsi əldə etmək istəyən şəxslər müəyyən tələblərə cavab verməlidir. Belə ki, A1 kateqoriyası istisna olmaqla digər kateqoriyalarda yaş tələbi 18-dir. A1 kateqoriyasına isə 16 yaşdan yuxarı gənclər üçün icazə verilir. Avtobus sürücüsü olmaq istəyən şəxslər üçün tələblər nisbətən fərqlidir. Belə ki, bu şəxslərdə yaş 23-dən yuxarı olmalı, ən azı 5 il hər hansı yük avtomobilində də olsa təcrübəsi olmalıdır. Bu yaş tələbi 65 yaşa qədərdir. 65 yaşdan yuxarı şəxslər üçün avtobus idarə etmək qanunla qadağan olunur.
Təcrübi imtahanla bağlı tələbələrə bildirmək istəyirik ki, təcrübi imtahana girərkən birinci imtahanda heç bir rüsum ödənilmir. Əgər imtahandan keçməsəznövbəti dəfə hər imtahan üçün 11 AZN dəyərində imtahan rüsumu ödənilir. Əgər birinci təcrübi imtahandan keçməmisizsə, növbəti imtahana yalnız 2 həftə müddət keçdikdən sonra girə bilərsiniz. B kateqoriyası üzrə vəsiqə əldə edərkən təcrübi imtahanda şəxslərə mexaniki və ya avtomat nəqliyyat vasitəsi olmaqla iki seçim qoyulur.
İmtahan verən tələbələrə məsləhətimiz odur ki, imtahana başlamadan öncə nəqliyyat vasitəsinin təkərlərinə, sağ və sol tərəfinə və s. baxasınız. Daha sonra güzgüləri nizamlayıb, əl tormozunu buraxıb və təhlükəsizlik kəmərini taxaraq avtomobili idarə etməyə başlamaq lazımdır. Nəqliyyat vasitəsini idarə edərkən döngələrdə sağ və sol işıqları yandırmağı, işıqforun qaydalarına, yol nişanlarının tələblərinə əməl etməyiniz mütləqdir. BC kateqoriyası üzrə imtahan verən tələbələr yük maşınının idarə olunmasını yüksək səviyyədə bilməlidir, çünki bu imtahan B kateqoriyasına nisbətən daha çətindir.
Həm nəzəri, həm də təcrübi imtahandan keçən şəxslərə maximum 1 həftə ərzində Dövlət Yol Polisi əməkdaşları tərəfindən sürücülük vəsiqələri təqdim olunur.
Şirkətimizə müraciətlər arasında təlim dərsləri üzrə daxil olan müraciətlərin sayı da həddindən artıq çoxdur. Belə ki, yalnız B kateqoriyası və yalnız avtomat nəqliyyat vasitəsi ilə keçiriıən təlim dərslərimiz mövcuddur. Bu dərslər müddətində siz, həm xanım həm də bəy təlimçilərdən təlim dərsləri götürə bilərsiniz. Daha çox Gənclik, Nərimanov ərazisində keçirilən dərslərdə iştirak edən şəxslər miminum 5, maximum 10 dərsə tam rahat şəkildə nəqliyyat vasitəsini idarə etməyi bacarır.
Sürücülük vəsiqəsini qeyri-qanuni yolla əldə edən vətəndaşlara müraciət etmək istərdik ki, bu sizin üçün həm maddi, həm də sağlamlıq cəhətdən xüsusi təhlükə yaradır. Belə ki, hal-hazırda Bakı şəhərində və rayonlarda nəqliyyat vasitəsi idarə edən şəxslərin əksəriyyəti bu yolla vəsiqə əldə etdiyi üçün yaranan qəza şəraitlərinin və uol-hərəkəti qaydalarının kobud şəkildə pozulmasına görə yazılan cərimələrin sayı həddindən artıq çoxdur. 18 yaşı tamam olan və sürücülük vəsiqəsi əldə etmək istəyən şəxsləri nəzəri və təlim dərslərimizə qatılmağa və yüz faiz zəmanətlə imtahandan keçməyə dəvət edirik.
“EDU Company” Təhsil Şirkəti sürücülük dərslərini necə həyata keçirir?
Əvvəla onu nəzərinizə çatdırım ki, sürücülük vəsiqəsini əldə etmək üçün siz birinci test-nəzəri imtahan mərhələsi, ikinci isə “yezda” yəni praktiki imtahan mərhələsini uğurla keçməlisiniz. Test mərhələsində sizə 10 sual təqdim olunurr. Növbəti mərhələ keçmək üçün gərək ən az 9 suala doğru cavab verəsiniz. Bu mərhələni uğurla keçən şəxs elə yerindəcə digər imtahana buraxılır. Bu mərhələni də uğurla keçsəniz Sürücülük vəsiqəsi sizə təqdim edilir.
Qeyd edək ki, “EDU Company” TƏHSİL ŞİRKƏTİ 100% yazılı zəmanətlə sizləri imtahana hazırlayır.
Öz həyatınızı və başqaların həyatını təxmini bilik və bacarıqlarınıza görə təhlükəyə atmayın. İşi peşakarlarından öyrənin.
Sürücülük dərsləri haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə daxil olun:
EDU Company Sürücülük kursları