Hər kəsin sürücülük vəsiqəsi almaq hüququ var. Sürücülük vəsiqəsi- hər bir şəxsin avtomobil vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsi almaq istəyən hər bir şəxsin 18 yaşı tamam olmalıdır. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası, nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Sürücülük vəsiqəsi almaq üçün 2 mərhələli imtahan vermək lazımdır: nəzəri və praktiki imtahan.
Mexaniki avtomobil vasitələrinin növlərindən asılı olaraq, Azərbaycan Respublikasında təqdim olunan sürücülük vəsiqəsinin aşağıda qeyd olunan növləri var:
1.motosikletləri, kvadrisiklləri, trisiklləri, maşınları,tramvayları idarə etmək üçün.
2. traktorları və digər mexaniki avtomobil vasitələrini idarə etmək üçün.
Sürücülük vəsiqəsində aşağıda qeyd olunan məlumatlar göstərilir:
Sürücülük vəsiqəsinin sahibinin soyadı,
Sürücülük vəsiqəsinin adı və atasının adı,
Sürücülük vəsiqə sahibinin doğum tarixi və yeri,
Sürücülük vəsiqəsinin verildiyi tarix,
Sürücülük vəsiqəsinin etibarlılıq müddətinin bitdiyi tarix,
Sürücülük vəsiqəsini vermiş qurumun adı və möhürü,
Sürücülük vəsiqəsinin fərdi identifikasiya nömrəsi,
Sürücülük vəsiqəsinin nömrəsi,
Sürücülük vəsiqəsinin sahibinin fotoşəkli,
10. Sürücülük vəsiqəsinin sahibinin imzası,
11. Sürücülük vəsiqəsinin sahibinin yaşadığı yer,
12. Sürücülük vəsiqəsinin sahibinin idarə etmək hüququna sahib olduğu nəqliyyat vasitələrinin kateqoriyaları,
13. Bütün kateqoriyaların verildiyi tarix,
14. Bütün kateqoriyaların etibarlılıq müddətinin bitdiyi tarix,
15. Bütün kateqoriyalar barəsində əlavə informasiya və yaxud məhdudiyyətlər,
16. Qeydiyyat və yaxud yol hərəkətinin təhlükəsizliyinə dair olan digər informasiyalar.
Sürücülük vəsiqələrinin təqdim edilməsi, dəyişdirilməsi və geri qaytarılması
Qanunun 33-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş sürücülük vəsiqəsini almaq istəyən bütün şəxslər:
Çıxarılıb,
Yol hərəkəti qaydaları barədə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə imtahanları verməli,
Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qədər dövlət rüsumunu ödəməlidir.
Sürücü ola bilmək üçün Yol hərəkəti haqqında qanunu bilmək olduqca vacibdir, amma bu kifayət deyil. Sürücü olaraq yollarda avtomobil idarə etmək üçün maşın sürə bilmə vərdişlərinin də formalaşdırılması vacibdir. Qaydaları nəzəri şəkildə bilmək sizləri daha çox inzibati cərimələrdən və dolayısı ilə qəzalardan xilas edirsə, professional maşın idarəetmə qabiliyyəti isə sizi birbaşa qəzalardan xilas edir.
EDU Company Təhsil Mərkəzində Sürücülük dərsləri
Artıq 9 ildir ki, 9 filialla fəaliyyət göstərən EDU Company təhsil mərkəzində mükəmməl şəkildə peşəkar müəllim kollektivi tərəfindən sürücülük dərsləri tədris olunur. Dərslər həm nəzəri,həm də praktiki tədris edilir. Həmçinin nəzəri dərslər həm əyani, həm də online keçirilir. Nəzəri dərslər 18 dərsdən ibarətdir. Həftədə 3 dəfə 90 dəqiqə olmaqla keçirilir. Ümumi 6 həftəni əhatə edən dərs proqramıdır. İlk dərs sınaq dərsi sayılır və tam ödənişsiz təkşil olunur. Tələbələr sınaq dərslərində iştirak edərək müəllimlərin dərs metodikası ilə tanış olur. Dərsdən razı qaldıqları halda qeydiyyatdan keçirlər. Online dərslər Zoom proqramı vasitəsilə keçirilir. Onu da qeyd etmək lazımdır ki, EDU Company Təhsil Mərkəzində nəzəri dərslər yazılı müqavilə ilə tam zəmanətli şəkildə təşkil olunur. Bizim mərkəzdə təlim dərsləri avtomat ötürməli avtomobillə keçirilir. Hər bir dərs 1 saat (60 dəqiqə) davam edir. Dərs müddətində ilkin vərdişlər intensivlik daha az olan yol sahəsində öyrədilir. Sürücülük dərslərimizdə tələbələrə sürücülük vərdişlərini öyrədən zaman nəzəri məlumatları da düzgün tətbiq etməni öyrətməklə həm də tələbələrimizi Sürücülük Vəsiqəsi almaq üçün praktiki imtahana hazırlayırıq.
Siz də professional avtomobil idarə etmək və yol hərəkəti qaydalarını mükəmməl şəkildə bilmək istəyirsinizsə, elə isə EDU Company Təhsil Mərkəzinə müraciət edin.
Sürücülük dərsləri haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə daxil olun:
EDU Company Sürücülük kursları