Həyatda hər bir insanın şəxsi iradəsinə mənsub arzuları vardır.Bunlardan biri avtomobil idarə etmək , sürücülük vəsiqəsinə sahib olmaqdır.Və bu prosesə başlamaq müxtəlif mövqelərdən olur.Ən önəmli mərhələ İlk öncə sürücülük vəsiqəsi əldə etmək üçün test imtahanını müvəffəqiyyətlə keçməkdir.Bu prosesə hazırlaşmaq üçün isə dünya miqyasında və ən önəmlisi ölkəmizdə vəsaitlər mövcuddur .”Edu Company” Təhsil Şirkəti olaraq dəyərli tələbələrə bu mərhələni sürətli ,keyfiyyətli və uğurlu bir şəkildə başa vurmaq üçün şərait yaradır.
Sürücülük imtahanı iki mərhələdən ibarətdir .1ci Test imtahanı,2ci praktiki sürücülük mərhələsi.Test imtahanından dərhal sonra yaxud müəyyən aralıq keçdikdən sonrada praktik imtahanda iştirak etmək mümkündür.Test imtahanında 10 sualdan 9 düz cavab verdikdə keçmək mümkündür.Və əgər imtahandan keçmədikdə 21 gündən sonra yenidən imtahan vermək mümkündür.2-ci mərhələ Praktik təlim üçün Siz bu mərhələni götürəcək müəllimlə birgə meydança ərazisində Sizə aid olan kateqoriya üzrə olan nəqliyyat vasitəsi ilə imtahan verəcəksiniz.
Sürücülük imtahanlarına həm müstəqil, həm də sürücülük kurslarında (sürücülük məktəblərində) təhsil alaraq hazırlaşmaq olar. Amma müstəqil hazırlaşmaqla yalnız «A1», «A» və «B» kateqoriyalı sürücülük vəsiqəsi, yəni yalnız motosikletləri, minik avtomobillərini (sərnişin yerlərinin sayı 8-dən artıq olmayan), icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobillərini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq üçün imtahanda iştirak etmək olar. Özü də müstəqil hazırlaşanlar üçün başqa bir məhdudiyyət də var: bu qaydada hazırlaşan şəxs yalnız 2 dəfə imtahan verə bilər; hər iki nəticə uğursuz olduqda həmin şəxs yalnız sürücülük məktəbini bitirdikdən sonra imtahana buraxıla bilər. Digər kateqoriyalardan olan sürücülük vəsiqələrini əldə etmək üçün sürücülük kursunda (məktəbində) təhsil almaq məcburidir.
Sürücülük imtahanı şəxsin yaşadığı yer üzrə DYP-nin qeydiyyat-imtahan və texniki baxış şöbələrində (bölmələrində) verilməlidir. Şəxsin yaşadığı yer dedikdə, onun həm rəsmi qeydiyyatda olduğu, həm də müvəqqəti yaşadığı yer başa düşülür. Lakin şəxs müvəqqəti yaşadığı yer üzrə imtahan vermək istədikdə həmin yerdə müvəqqəti yaşadığı barədə arayışı da şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim etməlidir. Məsələn, məcburi köçkünlər müvafiq ərazidə müvəqqəti məskunlaşmaları barədə arayış təqdim etməklə həmin müvəqqəti yaşayış yerində imtahan verə bilərlər.
İmtahana buraxılmaq üçün sürücü olmaq istəyən şəxs hər bir halda sağlamlıq arayışı da təqdim etməlidir. Sağlamlıq arayışı olmadan heç kəs imtahana buraxıla bilməz.
Sürücü olmaq istəyən şəxs imtahana buraxılmaq üçün aşağıdakı sənədləri təqdim etməlidir:
1) Şəxsiyyət vəsiqəsi;
2) Müvafiq formada tibbi arayış;
3) Sürücülük təhsili alması barədə sənəd (müstəqil hazırlaşanlar təbii ki, bu sənədi təqdim etməyəcəklər);
4) Dövlət rüsumunun ödənilməsinə dair sənəd.
“EDU Company “ Təhsil Şirkəti olaraq hər il yüzlərlə tələbəmiz test imtahanından keçərək sürücülük vəsiqəsi əldə edir.Bu tələbələrimizdən bəzilərinin adları siyahıda qeyd olunub.Və yaxud sosial media hesablarımızdan izləyib görə bilərsiniz.
Məsud Qənizadə
Almazxan Bilalzadə
Nəzakət Əbdürrəhmanova
Qaçaq İmanov
Fərid Həsənov
Mahir babayev
Aytən Nəsibova
Gülnarə Əhmədova
Gündüz Zamanlı
İsmayıl Asifzadə
İbrahim Məmmədov
Rüstəm Tağızadə
Nazlı Sonayeva
Polad Şərifzadə
Orxan Cəbrayılov
“EDU Company” Təhsil Şirkəti olaraq biz tələbələrimizə bu üstünlükləri veririkki ,Tələbələrimiz yalnız 1 dəfə ödəniş etməklə 1 ay yarımlıq proqram üzrə təhsil alırlar.Və ən əsas üstünlüklərimizdən biri odurki Biz 100% zəmanət veririk.
Əziz və Dəyərli Tələbələr əgər öz həyatınız və ətrafınızda olan şəxslərin həyatı Sizin üçün önəmlidirsə , avtomobil idarə edəcəksinizsə mütləq şəkildə Yol Hərəkəti Qaydalarını bilməyiniz və məlumatı olmayan şəxslərə bildirməyiniz mütləqdir.
Sürücülük kursları haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə daxil olun:
EDU Company Sürücülük kursları