09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Rus dili kursları |Rus dilini beynəlxalq standartlar əsasında öyrən

Rus dilini beynəlxalq standartlar əsasında öyrən

Rus Dili

  Dünyanın ən çoxyayılmış dillərindən biri də Rus dilidir. Rus dili Hind-Avropa dillərinin Baltik-slavyan dilləri qrupuna aid şərqi slavyan dilidir. Dünyada ən çox yayılmış dillər sırasında ümumi bu dildə danışan əhali sayına görə beşinci yerdədir. Bu dili doğma dil olaraq qəbul edənlər sırasında isə səkkinci yerdədir. Rus dili Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstanın rəsmi dilidir, Belarusun isə ikinci dövlət dilidir. Bu dil ən çox vətəni olan Rusiyada danışılır.

  Rus dili SSRİ-nin rəsmi dili olduğundan bu birliyə daxil olan ölkələrdə hələ də çox işlədilir. Keçmiş SSRİ ölkələrinin bəzilərində rus dili rəsmi deyilsə belə, hər birində rus dilli məktəblər var, və yaxud rus dili tədris olunur. Rus dilini öyrənməyin əsas səbəbi onun kütləvi populyarlığıdır. 

  Rus əlifbasında 33 hərf 42 səs var. Kiril əlifbasından istifadə olunur. Çünki latın hərfləri rus dilindəki bütün səsləri əhatə edə bilmir. Bunu da qeyd edək ki, rus dilində vurğunun yeri sabit deyildir.

Hazırda Azərbaycanda da kifayət qədər Rus dilində danışan insanlar var. Azərbaycanda rus dili 150 000-dən çox insanın, əsasən, etnik rusların, eləcə də ruslaşmış azərbaycanlıların, ukraynalıların, yəhudilərin və digər azlıqların da birinci dilidir. 1994-cü illərə nəzər salsaq azərbaycanlıların 38%-i ikinci dil kimi rus dilində sərbəst danışırdı.Azərbaycanda məktəblərin çox qismində rus dili tədris edilir. Bir çox iş yerlərində ,şirkətlərdə ,müəssisələrdə rus dili tələb olunur. Rusiya ilə Azərbaycanın iki qonşu dövlət olması onların ticari və sosial əlaqələrinin inkişafına səbəb olub. Bu gün xüsusilə tikinti sektorunda və memarlıqda çalışanlar, Rusiya ilə işləyən inşaat mühəndisləri, iş adamları, ezamiyyətə gedən yüksək səviyyəli məmurlar, Azərbaycanda rus dilini bilmək xüsusilə turizm və tekstil sektorlarında çalışan və işləmək istəyənlər üçün rus dili bir zərurətə çevrilib.   Fərqli dillərin danışıldığı ölkələrdə insanların bir-biri ilə ünsiyyətini təmin etmək üçün çox vaxt rus dili rəsmi dövlət dili kimi istifadə edilir.  Rus dilini öyrənməyin digər avantajlarından biri isə xaricə səyahət edən zaman sizə lazım olmasıdır. Xaricdə istirahət edərkən  rusiyalı insanlarla ünsiyyətdə olmaq istəyirsinizsə, unutmayın ki, onlarla öz dilinizdə danışa, söhbət edə bilməyəcəksiniz.

EDU Company Təhsil Şirkətində Rus dili

  10 ildən çoxdur ki, 10 filialı ilə fəaliyyət göstərən EDU Company Təhsil Şirkətində rus dili beynəlxalq standartlar əsasında öyrədilir. Şirkətimizdə Rus dili dərsləri peşəkar müəllimlər tərəfindən yüksək keyfiyyətlə keçirilir. Rus dili dərsləri həm əyani, həm də online formada keçirilir. Həmçinin, dərslər qrup və fərdi şəkildə də tədris olunur. Qruplarımızda maksimum 4-6 nəfər olur. Qruplarda tələbə sayına xüsusi diqqət yetirilir ki, dərs müddəti ərzində müəllimlər hər bir tələbəyə vaxt ayıra bilsin. Dərslər həftədə 2 dəfə 90 dəqiqə olmaqla keçirilir. Həftəsonları isə Conversation dərslərimiz olur. Tələbələr conversation dərslərinə gələrək danışığını daha da təkmilləşdirirlər. Rus dili dərslərimizdə yaşından asılı olmayaraq azyaşlıdan-böyüyə hər kəs iştirak edə bilər. Birinci dərsimiz tamamilə ödənişsiz sınaq dərsidir. Tələbələr sınaq dərsində iştirak edərək müəllimin dərskeçmə metodikası ilə tanış olurlar. Rus dili A1,A2,B1,B2,C1,C2 səviyyələri üzrə bölünür. Sınaq dərsi zamanı həmçinin, müəllimlər tərəfindən tələbələrin dil səviyyələri də müəyyənləşdirilir və uyğun qruplarda yerləşdirilir. Üstəlik, rus dili dərslərində iştirak edən, B1 səviyyəsinə çatıb imtahan vermiş tələbələrə kurs tərəfindən Sertifikat təqdim olunur. EDU Company sertifikatları dövlət və özəl müəssisələrdə keçərli, tam rəsmi sertifikatlardır.

Siz də mükəmməl şəkildə Rus dili öyrənmək istəyirsinizsə, EDU Company Təhsil Şirkətinə müraciət edə bilərsiz!

 


#Rus dili

Sürətli Qeydiyat