09:00-21:00 İş saatları
Sınaq dərsi istə

Rəqəmsal Marketinq nədir?

Digital Marketinq nədir?

Digital marketinq (Azərbaycan dilində “Rəqəmsal marketinq” kimi də istifadə olunur) günümüzün iş dünyasında getdikcə daha da önəm qazanan bir sahədir. Ənənəvi marketinq metodlarının sürətlə yerini alan digital marketinq, şirkətlərin internet və rəqəmsal texnologiyalar vasitəsilə məhsul və ya xidmətlərini tanıtmaq, daha çox izləyicinin önünə çıxarmaq və satmaq üçün istifadə etdiyi strategiyalar toplusudur.

Digital marketinq strategiyası və kanalları

Digital marketinq strategiyaları, müxtəlif rəqəmsal kanalları istifadə edərək potensial müştərilərin qarşısına çıxmağı hədəfləyir. Bu kanallar arasında vebsaytlar, axtarış mühərrikləri, sosial media platformaları, email marketinq, məzmun marketinqi, mobil tətbiqlər yer alır. Hər bir kanal, fərqli bir kütləyə çatmaq və fərqli marketinq hədəflərini gerçəkləşdirmək üçün istifadə oluna bilər.

Məsələn, bir şirkət üçün vebsayt markanın onlayn varlığını yaratmaq, məhsulları və ya xidmətləri haqqında detallı məlumat təmin etmək üçün kritik önəmə sahibdir. Axtarış mühərriklərinin optimizasiyası (SEO – Search Engine Optimization) potensial müştərilərin bu vebsaytı tapmasını təmin etmək üçün istifadə olunur. Sosial media platformaları isə markanın potensial müştərilərlə qarşılıqlı əlaqəsini təmin etməyə və sadiq müştəri kütləsi yaratmağa kömək edir.

Digital marketinqlə ənənəvi marketinqin fərqləri

Rəqəmsal marketinqin ənənəvi marketinqlə müqayisədə bir neçə gözəçarpacaq üstünlükləri mövcuddur:

  • Geniş kütlələrə çatmaq imkanı – Digital marketinq internetin çox geniş kütlələrə yayılması sayəsində ənənəvi marketinqlə müqayisədə daha çox insana çıxmanı təmin edir. İnternet dünya üzərində milyardlarla insanın əli çatan olduğu üçün, şirkətlər rəqəmsal marketinq sayəsində dünyəvi bir strategiya qurma şansı əldə edirlər.
  • Hədəfləmə imkanı – Ənənəvi marketinq kanalı olan televiziya nümunəsindən yola çıxaq. Biz TV-də reklam verərkən o reklamı kimin izləməsini təqib edə bilmirik. Digital marketinqdə isə biz sırf istədiyimiz insanları, məsələn yalnız kişiləri, 40 yaşdan yuxarı insanları və ya təkcə Bakı ərazisində olanları hədəfləyə bilərik.
  • Ölçüləbilənlik və analiz imkanı – Eyni nümunə ilə davam edək. Biz televiziyada reklam yerləşdirərkən o reklamı neçə nəfərin izlədiyini, onlardan neçəsinin bəyəndiyini, neçəsinin bizimlə əlaqəyə keçmək istədiyini ölçə bilmirik. Digital platformalar isə bizə ən son izləyiciyə qədər statistikaları təqdim edir.
  • Daha ucuz qiymətlər – Bildiyiniz kimi televiziya və ya radioda reklam vermək çox bahadır. Bu rəqəm reklamın yayımlandığı kanala, günün saatına və s. amillərə görə daha yüksək ola bilər. Rəqəmsal marketinqdə isə əgər sizin 1dollarınız varsa, günlük minimal reklam verə bilərsiniz.
  • Geri dönüş almaq imkanı – Bizim şirkətin reklamı televiziyada və ya radioda yayımlanarkən, onu izləyən və ya dinləyən müştəri dərhal o reklama fikir bildirə bilmir. Bildirsə də, biz eşitmirik. Digital reklamlarda isə potensial müştəri bizim reklama rəy bildirə bilər, bizim səhifəyə daxil olub mesaj göndərə bilər.

Digital marketinqin ölçüləbilənliyi və analitikası

Rəqəmsal marketinq strategiyaları, data analizini və ölçmələri də özündə birləşdirir. Şirkətlər onlayn aktivliklərinin effektivliyini ölçmək və yaxşılaşdırmaq üçün müxtəlif analitika alətləri istifadə edərək kampaniya performanslarını izləyirlər. Bu, büdcə xərclərini optimizasiya etmək və geri dönüşləri artırmaq üçün həyati önəm daşıyır.

Digital marketinqin artan önəmi və gələcəyi

Digital marketinqin önəmigedərək artmaqdadır və karyera kimi çox yaxşı gələcək vəd edir. Datareportal platformasının 2023-cü il üçün təqdim etdiyi hesabata görə dünya üzrə 5.35 milyard aktiv internet istifadəçisi mövcuddur. Bu insanlar orta hesabla gün ərzində internetdə 6 saat 40 dəqiqə zaman keçirirlər. Başqa bir hesabatda isə 2023-cü il ərzində digital reklamlara 719 milyard dollar pul xərcləndiyi təsvir olunub. Bu statistik göstəricilər Digital marketinqin nə qədər önəmli olduğuna və gələcək vəd etdiyinə işarədir.

Digital marketinq müasir iş dünyasında vazkeçilməz rol oynayır və şirkətlərin uğurlu olmaları üçün önəmli bir tələbdir. Şirkətlərin istifadəçilərin onlayn platformalarda zamanlarını keçirdiyi yerdə olmaları və onlarla qarşılıqlı əlaqədə olması zəruridir. Bu səbəblə, rəqəmsal marketinq strategiyalarını effektiv bir şəkildə tətbiq etmək, uğurlu biznes üçün kritik bir ünsürdür.



Sürətli Qeydiyat