Mühasibat uçotu - aktivlər, öhdəliklər, kapital, gəlir və xərclər barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır.
Mühasibat uçotuna tam yiyələnmək və professional mühasib və mühasib köməkçisi olmaq istəyən namizədlər yiyələnməlidir:
- Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirilməsi. Maliyyə intizamının və ehtiyatlardan səmərəli istifadənin təmin olunması, bu kimi tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsinə nəzarət.
Mühasib - müəssisənin daxili idarəetmə hesаbatlarının və maliyyə hesabatlarının hazırlanması, müəssisə və təşkilatın maliyyə fəaliyyətinin iqtisadi təhlilini, daxili əmək intizamı normativlərini, əmək qanunvericiliyinin əsaslarını vergi uçotunun aparılması və s. bu kimi əməliyyatları bilməlidir.
Müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
Pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
Debitorlar və creditorlar üzrə qalıqların müəyyən edilməsi;
Bankla ilə əlaqəli əməliyyatların icrası
Əmək haqqlarının, məzuniyyətlərin, ezamiyyətlərin, xəstəlik vərəqəsinin hesablanması
Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması
Rəsmi hesabatların hazırlanması və təqdim olunması
Yerli və Xarici ödənişlərin edilməsi
Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması
E-Qaimə fakturalarının və Hesab Fakturaların yazılması
İşçilərin əmək haqqlarının və digər ödənişlərinin aparılması
Mühasib olmaq istəyirsinizsə yüksək analitik, idarəetmə və ünsiyyət bacarıqlarına malik olmalı və bu sahəyə dərindən yiyələnməlisiniz. Bu sahəni seçən insanların ən böyük avantajı- bu sahəyə ali təhsili olan və olmayan hər bir kəsin yiyələnə bilməsidir. Təbii ki, seçim zamanı müqayisə və fərqləndirmələr olacaqdır, lakin siz tam orta məktəb təhsili ilə də bu sahə üzrə ixtisaslaşıb mühasib kimi fəaliyyət göstərə bilərsiniz , xüsusilə bu gün əmək bazarında “mühasib köməkçisi”, “mühasib-analitik”, “auditor” və “baş mühasib” kimi yüzlərlə yüksək əmək haqqı ilə vakansiyalar sizi gözləyərkən.
Əgər siz də tam sərbəst formada mühasib kimi fəaliyyət göstərmək və bu sahənin peşəkarlarından olmaq istəyirsinizsə, EDU Company Təhsil Şirkəti sizə bu yolda köməklik edəcəkdir. Bizim istisaslı və mütəxəssis müəllimlərimiz tərəfindən tədris olunnan keyfiyyətli tədrisdən yarralanmaqla , siz də əmək bazarında seçilən deyil seçən kadrlarından olmaq şansını əldə edəcəksiniz.
Tədris mərkəzimizdə İlk 2 ayda mühasibat uçotunun nəzəri hissəsi (hər mövzuya aid məsələ həlləri , müxabirləşmələr, Excel trenajor - qurulmuş maliyyə hesabatı üzərindən əməliyyatlar)
3 ci ayda "1C 8.3 Mühasibatlıq" proqramı üzərindən aşağıdakı əməliyyatlar öyrədilir:
▪️Alış ▪️Satış ▪️Kassa ▪️Anbar ▪️Əsas vəsaitlərin uçotu , mədaxili ▪️Kadrlar (işə qəbul, işdən azad etmə , kadrların yerdəyişməsi) ▪️Əmək haqqı (hesablanması , bəyanatı)
4 cü ayda isə BTP(vergi bəyannamələri,vergi hesabatları), DSMF, E-qaimə, internet -banking, Elektron kargüzarlıq , elktron dövlət portalları ( E-sosial, E-gov, E-taxes və s.) öyrədilir.
Dərslərimiz həftədə 2 dəfə 90 dəqiqə olmaqla, fərdi və qrup formasında keçirilir. İlk dərs sınaq dərsidir və ödənişsizdir.
Dərslərimiz əyani və online formada tədris olunur. Qruplarda maksimum tələbə sayı 4-5 olur. Əyani şəkildə dərslərimizdə tələbələrə nəzəri və xüsusilə praktiki biliklər öyrədilir.
Proqramı uğurla bitirənlərə, rəsmi SERTİFİKAT təqdim edilir!
Sertifikatlarımız hər bir iş yerində keçərlidir və bütün ölkə ərazisində tanınır. Yəni ölkə daxilində hər bir dövlət və özəl müəssisələrdə sizə faydalı olacaqdır.Sertifikatlarınızın üzərində sizin kursu bitirdiyinizə dair məlumat verilir ki, siz iş yerinə müraciət etdikdə tam zəmanətli şəkildə EDU Company Təhsil Şirkətini adından istifadə edə bilərsiniz.
Bütün bu qeyd olunanlara yiyələnmək və peşəkar mühasib olmaq istəyirsinizsə, mərkəzimizdə tədris olunan dərslərə indi qatılın və keyfiyyətli tədrisdən yararlanın!
Mühasibatlıq uçotu dərsləri haqqında daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:
EDU Company Mühasibatlıq kursu