Müasir dövrün tələblərinə uyğun olaraq ofis proqramları isənilən kompüter istifadəçisinin işinin əsas hissəsini təşkil edir. Hal-hazırda Microsoft Office proqramlarının milyarddan çox istifadəçisi var. Microsoft Office proqramlarının müxtəlif növləri var. Bu proqramlara: Microsoft Word, Microsoft Excel, Microsoft PowerPoint, Microsoft Outlook, Microsoft Publisher, Microsoft Access və s. proqramları misal göstərmək olar. Əvvəlki məqalədə Word, Excel və PowerPoint proqramları haqqında məlumat verilmişdi. İndi isə digərləri haqqında danışmaq istəyirəm.
Microsoft Outlook digər proqramlar kimi kompüter istifadəsi zamanı mühüm rol oynayır. Proqramı həm də e-poçt proqramı adlandırsaq, yanılmarıq. Proqramın əsas funksiyası bütün elektron poçtları bir arada toplamaqdan ibarətdir. Yəni, sizin birdən çox elektron poçtunuz varsa, hamısına bu proqram vasitəsilə baxa bilərsiniz. Proqramın əsas imkanları sırasına
Məktubların əldə edilməsi
Həmçinin onu qeyd etmək olar ki, Outlook pullu proqram təminatının biraz sadələşdirilmiş və pulsuz formasıdır.
Microsoft Publisher müxtəlif elanlar, sertifikat, vizit kartlar, təqvim cədvəlləri və s. hazırlanması üçün nəzərdə tutulan proqramdır. Proqram 10 menyu səthi və 4 paneldən ibarətdir. Proqramı Word proqramından fərqləndirən əsas xüsusiyyət daha çox dizayna və səhifə tərtibatına xüsusi diqqət verilir. Əksər proqramlardan fərqli olaraq Publisher 2007 yox, 2010cu ildən etibarən istifadə edilməyə başladı.
Microsoft Access proqramı verilənlər bazasının yaradılması və idarə edilməsi üçün nəzərdə tutulmuş bir proqramdır. Proqramın əsas funksiyaları müxtəlif növ informasiyaları-verilənləri toplamaq, obyektlərin axtarılması və sıralanmasını təmin etmək, informasiyaları daxil etmək üçün formalar tərtib etmək və hesabatlar aparmaqdır. Həmçinin qeyd edə bilərik ki, proqram verilənlərin idarə olunmaq keyfiyyətini artırmağa xidmət edir. Microsoft Access proqramının obyektlər panelində aşağıdakı düymələr yerləşir:
Cədvəllər(Tables)
Proqramın əsas xüsusiyyətlərindən biri də, digər proqramlarda və verilənlər bazasında saxlanılan informasiyaları idxal edə və ya əlaqələndirə bilir.
Qeyd etmək olar ki, proqram xüsusilə istənilən dizayn və formada yazılar əldə etmək, şəkillərin və ya slaydların üzərində müxtəlif qeydlər aparmaq istədikdə ən çox bizim üçün faydalı ola bilər. Həmçinin, qeyd olunan verilənləri asanlıqla proqramın yaddaşında tapa bilərsiniz. OneNote proqramının istifadəsi sizə biznes proseslərinin idarəolunmasında xüsusilə köməklik göstərəcək.
Sadalanan Microsoft Office proqramları hər biri bir-birilə əlaqəli proqramlardır. Office proqramlarının istifadəsi xüsusilə bir çox böyük şirkətlərinin iş strukturunun əsasını təşkil edir. Bu proqramlar bizə əməkdaşlıq və işbirliyi çərçivəsində daha asan və daha operativ fəaliyyət göstərməyimiz üçün köməklik göstərir. Proqramların yeni versiyalarının işlənib hazırlanması isə fəaliyyətin keyfiyyətinin artırılmasına xidmət edir.
Ofis proqramları və Kompüter kursları haqqında məlumat almaq üçün və daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun: