Ana dili ilə yanaşı əlavə xarici dil öyrənmək insanların hər tərəfli inkişafi üçün şərait yaradır. Tədqiqatlar göstərib ki, ikinci dil öyrənmək yaddaş, diqqət, və problem həll etmə bacarıqlarının inkişafı üçün çox faydalıdır.Ərəb dilini öyrənmək isə sizin həm dil öyrənmə bacarıqlarınızı təkmilləşdirə, həm də gələcək inkişafınız üçün çox faydalı ola bilər.
Ərəb dili digər dillərdən qədim tarixi, geniş yayılması və bütün əsas xüsusiyyətlərini bugünədək qoruyub saxlaması ilə fərqlənir.BMT-nin 6 rəsmi və işlək dillərindən biri olan Ərəb dilinin bu gün bütün dialektləri də daxil olmaqla 420 milyondan çox adam tərəfindən danışıldığı təxmin edilir.
Ədəbi ərəb dili yazı dili hesab olunur.Quranın dili olaraq Ərəb dilinin İslam dünyasında xüsusi yeri var və yazı dili şifahi ərəb dilindən xeyli fərqlidir.Eyni zamanda Ərəb dili 5 müstəqil dialektdən ibarətdir.Əsas dialektlər isə bunlardır: Misir , Məğrəbi, Mesopotamiya, Şami və Körfəz dialektləri.
Ərəb dilinə olan maraq dünyanın müxtəlif ölkələrində var.Bu dil əsasən Ərəb dünyasında ana dil kimi danışılır və öyrənilir.Son illərdə isə dünya miqyasında ticarət və diplomatiya əlaqələrinin genişlənməsi ilə bağlı olaraq digər ölkələrdə də Ərəb dilinə olan tələbat artmaqdadır. Digər dillərdən fərqli olaraq xüsusilə bu dilə olan marağın artmasının əsas bir neçə səbəbi var.
İş imkanları - Bu gün Ərəb ölkələri insanlara enerji, ticarət və buna bənzər əksəriyyət sahələrdə geniş iş fürsətləri təklif edir.Və təbii olaraq bu sahələrdə çalışmaq istəyən insanlar Ərəb dilini öyrənərək karyeralarını daha çox inkişaf etdirirlər.
Təhsil fürsətləri - Artıq Ərəb dili beynəlxalq bir dilə çevrildiyi üçün bir çox təhsil müəssisələri bu dildə proqramlar təklif edir. Bu da Ərəb ölkələrində təhsil almaq və ya bir sahədə uzmanlaşmaq istəyən insanlar üçün bu dili öyrənməyi daha cəlbedici edir.
Səyahət və Turizm - Ərəb ölkələri turistlər üçün maraqlı məkanları ilə məşhurdur.Zəngin mədəni və tarixi bir varisə malik olduğu üçün insanlar bu mədəni mənbələr ilə daha yaxından tanış olmaq üçün Ərəb dilini öyrənirlər.Eyni zamanda digər ölkələrə də ərəblərin artan turistik səfərləri ilə bağlı olaraq dünyada bu dili öyrənməyə tələbat hər il daha da artır.Bu səbəblər və daha bir çoxu, dünyada Ərəb dilinə olan marağın artmasına səbəb olur.
Ölkəmizdə də Ərəb dilini öyrənməyə maraq yüksəkdir.Bu dilin Azərbaycan üçün əsas əhəmiyyəti diplomatik və siyasi əlaqələrdə özünü göstərir.Ərəb ölkələri ilə münasibətlərimizin inkişaf etdirilməsi, iqtisadi əlaqələrin genişlənməsi və əməkdaşlığın güclənməsi üçün Ərəb dilinin bilinməsi vacibdir.Ərəb dilinin digər bir önəmi beynəlxalq təşkilatlar və forumlar kimi platformalarda daha aktiv iştirak etmək və siyasətçilərimizin bu dildə öz fikirlərini daha effektiv şəkildə ifadə etməsi ölkəmizin dünya siyasətindəki gücünü daha da artırır.
Bununla yanaşı İslam mədəniyyəti ilə bağlı ədəbiyyat, poeziya, mədəniyyət və din məsələləri ilə maraqlanan insanlar üçün Ərəb dilində olan orjinal mənbələrdən istifadə etmək daha səmərəlidir.Eyni zamanda son illərdə Ərəblərin Azərbaycana artan turistik səfərləri ilə bağlı olaraq da xüsusilə turizm ərəbcəsinin əhali arasında geniş şəkildə öyrənilməsi müşahidə olunur.
Ərəb dilini öyrənmək digər dillərə nisbətən biraz çətin ola bilər.Bu əsasən əlifbasının və hərflərin yazı üslubunun fərqli olması ilə əlaqəlidir.Həmçinin sözlərin tərkibi və qrammatikası da digər dillərdən fərqlidir.Bununla birlikdə digər dillər kimi Ərəb dilini öyrənmək də yaxşı təlim və təcrübə tələb edir. Siz də bu dili dərinliklərinə qədər öyrənmək istəyirsinizsə ölkəmizdə Ərəb dilinin çox yüksək keyfiyyətlə tədrisini həyata keçirən EDU Company təhsil şirkətinə müraciət edə bilərsiniz.
Dərslərimizdə Ərəb dilini mükəmməl şəkildə öyrənəcək, məşhur və zəngin ərəb mədəniyyəti ilə yaxından tanış olacaq, qısa zaman ərzində ərəb dilində sərbəst ünsiyyət quracaq, ərəb dilində təhsil almaq, turizm sahəsində karyeranızı inkişaf etdirmək kimi məqsədlərinizi reallaşdıra bilərsiniz.
Yazar: Vüsalə Kərimova