Mühasibat uçotu və 1C ni öyrənmək üçün ilk növbədə müəssisə anlayışı ilə tanış olmalıyıq. Müəssisə ictimai tələbatın ödənilməsi və mənfəət əldə edilməsi məqsədilə məhsul istehsal edən, satan, müvafiq iş və xidmətlər yerinə yetirən təsərrüfat subyektidir. Müəssisənin fəaliyyətinin 3 növü vardır.
Əməliyyat fəaliyyəti – müəssisənin əsas gəlir gətirən və nə maliyyə, nə də investisiya olmayan fəaliyyət növüdür. Əksər müəssisələrdə bu fəaliyyət istehsal-kommersiya fəaliyyəti adlanır.
Müəssisə hər hansı hər hansı fəaliyyətlə məşğul olaraq mənfəət əldə edir və bu mənfəəti təsisçilər arasında bölüşdürür.
Mühasibat uçotu müəssisənin,idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının, öhdəliklərinin, kapitalının, dövriyyə vasitələrinin və ümumiyyətlə, bütün maliyyə-təsərrüfat fəaliyyətinin, natural göstəricilər əsasında, pul ifadəsində, fasiləsiz, başdan-başa, sənədləşdirilmiş və mühasibat registrlərində qarşılıqlı əlaqələndirilmiş bütün təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salınması sistemini özündə əks etdirir.
Mühasibat uçotunun 5 əsas prinsipi vardır, hansı ki, bu prinsiplər bir-birilə vəhdət təşkil edir.
Təsərrüft uçotu vasitəsilə olunan obyektlər miqdar göstəriciləri ilə istifadə olunur. Müşahidə olunan göstəriciləri ölçmək üçün təsərrüfat uçotunda aşağıdakı göstəricilərdən istifadə olunur:
-Natural ölçü vahidləri kiloqram, ton, barel, metr və s hesab olunur.
-Əmək ölçüsü sərf edilmiş əməyi hesablamaq üçün istifadə edilir. Əmək ölçüsü vasitəsilə müəssisənin işçilərinə əməkhaqqı və onların əməkməhsuldarlığı hesablanır, gördüyü işlərin üzərində nəzarət həyata keçirilir.
-Təsərrüfat hadisələrini ümumi şəkildə əks etdirmək üçün pul ölçüsündən istifadə edilir. Pul ölçüsünün köməyilə müəssisə və təşkilatlar arasında başverən hesablaşmalar, kredit münasibətləri həyata keçirilir, məhsulun maya dəyəri, mənfəət və rentabellik hesablanıb müəyyən edilir.
Operativ uçot: Onun köməyilə verilmiş tapşırıq göstəriciləri, miqdar və keyfiyyət etibarilə, həqiqi göstəricilərlə müqayisə edilir, müəssisəyə və onun uçot vasitəsilə gündəlik, həftəlik, aylıq istehsal olunan məhsul satışı vəs üzərində nəzarət həyata keçirilir.
Onu da qeyd edək ki, mühasibat uçotu məlumatları ilə maraqlanan tərəflər mühasibat uçotu məlumatlarının istifadəçiləri adlanır. Mühasibat uçotu məlumatlarının istifadəçiləri 2 qrupa bölünür: Daxili və Kənar istifadəçilər.
Mühasibatlıq haqqında daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:
EDU Company Mühasibatlıq kursu