09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Mühasibatlıq haqqında qanun | Mühasibatlıq | EDU Company

Mühasibatlıq haqqında qanun

Mühasibat uçotu

Mühasibat uçotu müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının, öhdəliklərinin, kapitalının,dövriyyə vəsaitlərinin və ümumiyyətlə, bütün maliyyə - təsərrüfat fəaliyyətinin, natural göstəricilər əsasında,pul ifadəsində, fasiləsiz başdan başa sənədləşdirilmiş və mühasibat registerlerində qarşılıqlı əlaqələndirilmiş bütün təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salınması sistemini özündə əks etdirir.  Bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və ya sadələşdirilmiş uçotun qaydalarına uyğun aparılması məcburidir.

         Müəssisədə mühasibat uçotunun bir neçə əsas funksiyası vardır onlar:

1.İnformasiya(məlumatvermə) funksiyası

2.Əmlakın qorunub saxlanılması

3.Analitik

4.Nəzarət

Mühasibat uçotunun əsas məqsədi (vəzifəsi) aşağıdakılardır:

1. Maliyyə,bank,vergi orqanları, investorlarlar,mal satanlar,mal alanlar,kreditorlar, dövlət orqanları və digər marağı olan təşkilatlar və şəxslər tərəfindən operativ rəhbərlik və idarəetməni həyata keçirmək, təqdim ediləcək maliyyə prosesləri və maliyyə - təsərrüfat fəaliyyəti haqqında zəruri olan məlumatı tam və düzgün formalaşdırmaq

2. Əmək, material və maliyyə ehtiyatlarının təstiq edilmiş normalara, normativlərə ve smetalara müvafiq olaraq istifadəsi, əmlakın mövcudluğu və hərəkəti, mülkiyyət hüququ və öhdəlikləri üzərində nəzarəti təmin etmək;

3. Maliyyə - təsərrüfat fəaliyyətindəki mənfi halların qarşısını vaxtında almaq, təsərrüfatdaxili ehtiyatları aşkara çıxarmaq və onları səfərbər etmək

Mühasibat uçotunun əsas prinsipləri aşağıdakılardır:

1. mühasibat uçotunun fasiləsizliyi - müəssisə yarandığı gündən ləğv edildiyi günədək bütün fəaliyyəti dövründə mühasibat uçotunun fasiləsiz həyata keçirilməsi, ləğvetmə zamanı Mühasibat uçotunun xüsusi qaydasının tətbiq olunması;

2. Mühasibat uçotu hesablarının tətbiqi - müəssisə əmlakının, öhdəliyinin hərəkəti üzrə bütün təsərrüfat əməliyyatlarını, gəlir və xərc, mənfəət, zərər və bu kimi başqa göstəricilərini yarandığı vaxtda da mühasibat hesablarında ikili yazılış üsulu ilə heç bir istisnaya yol vermədən düzgün əks etdirilməsi;

3. Təsərrüfat əməliyyatlarının iqtisadi məzmunun mənaca onun qalan bütün əlamətlərindən üstünlüyünün təminatı - müəssisənin ilkin uçot sənədlərində mezmunu qeyd olunan təsərrüfat əməliyyatlarını uçot və hesabatda əks etdirən zaman onun iqtisadi məzmununun mənaca qalan bütün əlamətlərindən üstünlüyünün təmin edilməsi və uçot siyasətində kommersiya sirri kimi qorunub saxlanılması

4. Təsərrüfat fəaliyyətində ehtiyatlılığın təminatı - müəssisənin maliyyə nəticələrini formalaşdıran zaman potensial zərərin, yaxud öhdəliyin son dərəcə mənfəətə və ya aktivə çevrilərək uçot və hesabata əksini tapması üçün böyük hazırlıq işinin - ehtiyatlılığın təmin edilməsi.

Mühasibatlıq dərsləri haqqında daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

EDU Company Mühasibatlıq kursu


#Mühasibatlıq

Sürətli Qeydiyat