Tədris Mərkəzimizdə mühasibatlığın öyrədilmə prosesi 4 ayı əhatə edir.Belə ki, ilk 2 ay nəzəriyyə və müxabirləşmələr, 1 ay vergi bölməsi və son 1 ay ərzində 1C mühasibatlıq proqramında praktik olaraq dərslər mənimsənilir. Tələbələr 2 ay nəzəriyyə bölməsini,eləcə də 4 aylıq tam proqramı bitirdikdən sonra keçilən proqram nəticəsində hazırlanan test tapşırıqlarını həll edirlər və bilik səviyyəsinə müvafiq şəkildə Bürünc,Gümüş və Qızıl sertifikatlar əldə edirlər.
Bu məqalədə mühasibatlıq anlayışı,balans,vergi bölməsi,eləcə də 1C proqramına aid bəzi izahlarla tanış ola bilərsiniz.
Mühasibat uçotu hər hansı bir müəssisənin,idarənin,təşkilatın,maliyyə təsərrüfat subyektlərinin kapitalının,əmlakının fasiləsiz olaraq pul ifadəsində başdan-başa mühasibat uçotunun hesablar planında qeyd edilməsindən ibarət bir sistemdir.Mühasibat uçotunda müəssisədə baş verən bütün əməliyyatlar hesablar planı üzrə qeyd olunur. Hesablar planı müəssisələrə görə fərqlənir.Kommersiya təşkilatlarının hesablar planı Avropa standartlarına müvafiq olan 145 hesab nömrəsindən eləcə də 9 bölmədən ibarətdir.Büdcə təşkilatlarının hesablar planı isə Türkiyə standartlarına uyğun olaraq tənzimlənir.
Mühasibat uçotunun əsasını maliyyə bərabərliyi təşkil edir.Maliyyə bərabərliyi dedikdə maliyyə uçotunun birinci bölməsi olan müəssisənin maliyyə vəziyyəti haqqında hesabat nəzərdə tutulur.Maliyyə bərabərliyində bərabərliyin sol və sağ tərəfləri bir-birilərinə bərabər olmalıdır.Maliyyə bərabərliyi aşağıdakı şəkildə yazılır: Aktiv = Kapital + Öhdəlik + Gəlir – Xərc – Dividend
Aktiv dedikdə müəssisənin keçmiş hadisələri nəticəsində yaranmış,ona gələcəkdə iqtisadi fayda gətirəcək resurslar başa düşülür.Bu bölməyə pul vəsaitləri,debitor borcları,mallar,ehtiyatlar,əsas vəsaitlər və s. aiddir.
Kapital dedikdə müəssisənin aktivlərindən onun öhdəliklərini çıxdıqdan sonra yerdə qalan xalis aktivlər nəzərdə tutulur.
Öhdəlik dedikdə müəssisənin keçmiş hadisələri nəticəsində yaranmış,ona gələcəkdə iqtisadi fayda gətirəcək resurslar başa düşülür.Lakin bu resurslar müəssisənin axıb getməsinə səbəb olan borclardır.
Gəlir müəssisənin cari hesabat dövründə aktivin artması,öhdəliyin azalması şəklində təzahür edir.Xərc isə gəlirin əksidir.
Dividend təsisçi tərəfindən cari ilin mənfəət və ya keçmiş illərin bölüşdürülməmiş mənfəəti hesabına geri götürdüyü pul vəsaitidir.Mənfəət dedikdə müəssisənin cari hesabat dövrü ərzində əldə etdiyi gəlirlə xərclərinin fərqi nəzərdə tutulur.
Vergi bölməsinin mənimsənilməsi üçün e-taxes.gov.az saytından istifadə olunur.
e-taxes.gov.az saytına Onlayn Kargüzarlıq,E-bəyannamə,E-qaimə,Muzdlu və qeyri-muzdlu işlə əlaqədar Vahid Bəyannamə və BTP (Bəyannamə tərtibatı proqramında) hesabatların hazırlanması aid edilir.
Onlayn kargüzarlıq bölməsində mühasib vergi xidməti tərəfindən göndərilən məktubları cavablandıra,yaxud yeni müraciət bölməsi vasitəsi ilə vergi xidmətinə müraciət edə bilər.
E-bəyannamə bölməsində mühasib şəxsi hesab vərəqəsindən vergi və dsmf üzrə borclarına,mükəlləfiyyət növünə və ya şəxsi məlumatına baxa,eləcə də hazırlamış olduğu hesabatı təqdim edə bilər.ƏDV ödəyicisi olan müəssisələrin E-bəyannamə bölməsində ƏDV depozit hesabları da mövcuddur.ƏDV depozit hesabı vasitəsi ilə digər sub-uçot hesaba,büdcəyə və idxal üzrə YGB əsasən ödəniş etmək mümkündür.
E-qaimə bölməsində qarşı tərəfə e-qaimələrin göndərilməsi,qəbul edilməsi və ƏDV əvəzləşmə bölməsi yer almaqdadır.ƏDV əvəzləşməsi ƏDV və əsas məbləğlərin ödənilməsindən sonra əvəzləşməyə hazır hesab edilir.
Muzdlu və qeyri-muzdlu işlə əlaqədar Vahid Bəyannamə rüblük hesabat olaraq 3 aydan bir vergiyə təqdim olunur.Bu hesabatda işçilərin hesabat dövrü ərzində işə davamiyyəti,aldıqları əmək haqqı və əmək haqqıya mütənasib şəkildə tutulmalar əksini tapmış olur.
BTP (Bəyannamə tərtibatı proqramı) da vergiyə təqdim edilən hesabatlar işlənilib paketlənərək vergiyə təqdim olunur.
İşçi ilə əmək müqaviləsi bağlamaq, ixtisar etmək və ya müqaviləyə dəyişiklik etmək üçün e-gov.az saytından istifadə olunur.
Son 1 ayda isə 1C proqramında praktiki mühasibatlıq öyrədilir.Bu bölməyə isə müəssisənin yaradılması,uçot siyasəti,işçinin işə götürülməsi,satınalma,satış,bank və kassadan məbləğlərin (əsas və ƏDV) ödənilməsi,anbarın inventarizasiyası,idxal üzrə YGB,əmək haqqının,həmçinin məzuniyyət və xəstəlik vərəqəsinin hesablanması aiddir.