Gündəlik həyatımızda da çox sıx eşitdiyimiz mühasibatlıq, mühasibat uçotu, maliyyə uçotu, mühasibat hesabatı kimi terminlər nədir? Ən əsası bizə həyatımızın hansı hissəsində lazım olacaq? Bu suallar bir çoxlarımızı düşündürən suallardandır. Bildiyimiz kimi mühasibatlıq özü ayrılıqda bir elm sahəsidir və daxilində müxtəlif şaxələrdən ibarətdir, tamda bu səbəbdən mühasibatlıq nədir və bizə nə üçün gərəkdir sualların cavabını tapmaq üçün biz ilk öncə aşağıdakı suallara cavab tapmalıyıq:
Mühasibat uçotu nədir?
Əgər biz mühasibat uçotunun nə olduğunu öyrənmək üçün “wikipediya”ya müraciət etsək “Mühasibat uçotu — idarətmənin maliyyə hərəkətlərini qeyd edən, sinifləndirən, xüsusiləşdirən və hesabata çevirən bir elmdir.” şablon cavab əldə edəcəyik. Bəs bu elmin dərinliyini araşdırmaq istəsək necə? Axı biz, maliyyə hərəkətlərini qeyd edən, sinifləndirən və hesabata çevirən bir elm dedik də nəyi anlayırıq? Ümumilikdə mühasibat və uçot sözlərinin mənşəyi nədir? Əslində bütün bu suaların cavabı bilmək üçün məqaləmizi diqqətlə oxumağınız kifayətdir.
İlk olaraq mühasib sözünün mənşəyinə baxsaq görərik ki, “mühasib” ərəb mənşəyindən gələn və hesab aparan, hesablayan sözləri ilə sinonimlik təkşil edən sözdür, yeni mühasib kimdir? sualını biz ən bəsit şəkildə hər hansısa bir müəssisənin hesabını aparan şəxsdir kimi qəbul edə bilərik.
Yaxşı bəs “uçot” nədir?
Uçot sözün mənasını öyrənmək üçün leksik lüğətə müraciət etdik də görə bilirik ki, uçot sözü “hesabaalma, siyahıyaalma, hesablayaraq qeydəalma” mənasına, uçotu sözü isə “siyahıyaalma işləri aparan şəxs” mənasına gəlir.
Ümumiləşdirdiyimiz zaman qısa və hər kəsin anlaya biləcəyi şəkildə mühasibat uçotu anlayışına “hər hansısa bir müəssisənin hesabatının aparılması proseduru” kimi tərif verə bilərik.
Mühasibat uçotunun nə anlama gəldiyini ilə bağlı ilkin təəssuratımız formalaşdı lakin ortaya yeni suallar çıxdı, bəs maliyyə uçotu və idarəetmə uçotu nədir?
Maliyyə uçotu və İdarəetmə uçotu mühasibat uçotunun qollarıdır. İlkin məlumat olaraq onu qeyd edə bilərik ki, Maliyyə uçotu istənilən müəssisə üçün mütləq və vacibdir, çünki maliyyə uçotunun aparılması dövlət tərəfindən yoxlanılır. Lakin idarəetmə uçotunun aparılması istənilən müəssisənin daxili işidir yəni heç bir kənar orqanın ixtiyarı yoxdur ki, idarəetmə uçotunun hazırlanmasına göstəriş versin.Bu dediklərimizi ümumiləşdirsək qısaca deyə bilərikki, maliyyə uçotu nəzarət orqanları tərəfindən tələb edilən, idarəetmə uçotu isə müəssinən daxili rəhbərliyi tərəfindən tələb edilən hesabat növüdür.
Mühasib müəssisələrdə bütün bu qeyd etdiyimiz hesabatları hazırlayan və maliyyə əməliyyatlarının aparılmasına nəzarət edən şəxsdir. Mühasibin vəzifəsi çox məsuliyyət və diqqət tələb edən vəzifələrdəndir. Öz sahəsində peşəkar olan mühasiblər eyni zamanda fərdi mühasibatlıq xidməti göstərə bilər, öz şəxsi ofislərini yaradaraq bir çox sahibkarlara mühasibatlıq xidməti üzrə məsləhətlər verə bilərlər.
Məqaləmizi ümumiləşdirmək istəsək deyə bilərik ki, mühasibatlıq hazır ki dövrün və gələcək dövrün ən çox tələb edilən və ehtiyac duyulan peşələrindəndir. Əgər Sizdə bu sahə ilə maraqlanırsızsa bu yolda EDU Company təhsil şirkəti Sizin yolunuza işıq ola bilər. Necə?!
Artıq 10 ildir ki, 10 filialla xidmətinizdə olan “EDU Company Təhsil Şirkətinin bütün filiallarında 36 dərsi əhatə edən mühasibatlıq dərsləri tədris olunur.
Biz mühasibatlıq dərslərində nələri öyrədirik?
Daha ətraflı məlumat üçün Sizə ən yaxın olan filialımıza yaxınlaşa bilərsiz.
Unutmayın ki, biz izin təhsildə ən etibarlı bələdçinizik!