09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Mühasibat uçotu | Mühasibat kursları | EDU Company

Mühasibat uçotu

Mühasibat uçotu haqqında

   Mühasibat uçotu müəssisələr,şirkətlər və korporasiyalar kimi iqtisadi qurumlar haqqında maliyyə və qeyri-maliyyə məlumatlarının ölçülməsi, işlənməsi və ötürülməsidir. "Mühasib" sözü ərəb sözü olub mənası isə “hesabat aparan,hazırlayan şəxs” deməkdir.
   Mühasibat uçotu çox önəmli və mürəkkəb bir sistemdir. Hal-hazırda mühasibat uçotu müəssisələrin,şirkətlərin elə bir sahəsidir ki, bu sahədən müəssisələr, şirkətlər gəlir də, zərər də əldə edə bilər. Mühasibat uçotuna həmçinin biznesin və iqtisadiyyatın dili də deyirlər. Bu dil ilə müəssisələrin, şirkətlərin hazırki vəziyyətini, onların gələcəyi haqqında proqnozları öyrənmək olar. Mühasibat uçotu informasiyaları ilə maraqlanan tərəflər mühasibat uçotu informasiyalarının istifadəçiləri adlanır.Mühasibat uçotu informasiyalarının istifadəçiləri 2 yerə ayrılır:
1.daxili istifadəçilər (insiders);
2.kənar istifadəçilər (outsiders).
Daxili istifadəçilər- müəssisələr, şirkətlər daxilində biznes qərarlarını qəbul etmə səlahiyyətinə malik olan rəhbər,menecer,və yaxud sadə işçilər də ola bilər. Daxili istifadəçilərdən firmanın idarə olunması zamanı istifadə olunur. İdarəetmə uçotunun aparılmasında əsas məqsəd isə daxili istifadəçiləri istehsal xərcləri və maya dəyəri barəsində məlumat ilə təmin etmək, həmçinin maliyyə hesabatının təhlilinin nəticələrinə aid göstəricilərlə təmin etməkdən ibarətdir.
  Kənar istifadəçilər- kənardan həmin müəssisələrin, şirkətlərin maliyyə     uçotu məlumatları ilə maraqlanan tərəflər ola bilər. Bu istifadəçilərə investorlar və səhmdarlar, kreditorlar ,dövlət vergi orqanları və yaxud istehlakçılar aiddir.
   Əgər kənar istifadəçilər üçün maliyyə uçotunun informasiyaları investisiyalar haqqında qərar vermək üçün lazım idisə, daxili istifadəçilər üçün isə uçot məlumatları aşağıda qeyd olunan məqsədlər üçün lazımdır:
Strategiyanın hazırlanması ;
 2. İşin planlaşdırılması ;
 3. Qərarların qəbul edilməsi ;
 4. Resurslardan istifadənin optimallaşdırılması.
  Qeyd olunanları nəzərə alaraq idarəetmə uçotunu bəzən daxili və yaxud da istehsal uçotu adlandırırlar. Hər bir peşənin, elmin müəyyən  məhsulu olduğu kimi Maliyyə uçotunun da həmçinin məhsulları maliyyə hesabatıdır.

Maliyyə uçotu

  Maliyyə uçotu kənar istifadəçilərin tələblərinə uyğun informasiyaları formalaşdıran uçotdur. Maliyyə uçotunun əsas məqsədi müəssisənin maliyyə fəaliyyətinə dair aşağıda qeyd olunan 3 istiqamətdə informasiya hazırlamaqdır:
Maliyyə vəziyyəti haqqında;
Maliyyə nəticələr haqqında;
Pul vəsaitlərinin hərəkəti haqqında.
  Maliyyə nəticələri mənfəət və zərərlər barəsində hesabatda öz əksini tapmaqdadır. Maliyyə vəziyyətini təhlil etmək üçün balans hesabatı və kapital dəyişiklikləri barəsində hesabatdan istifadə olunur.
  Beynəlxalq uçot və hesabat sistemində maliyyə hesabatının elementləri 5 yerə ayrılır:
1.Aktivlər;
2.Öhdəliklər;
3.Xüsusi kapital və yaxud xalis aktivlər;
4.Gəlirlər;
4.Xərclər.
  Aktivlər müəssisənin,şirkətin keçmiş hadisələr nəticəsində yaranmış onun nəzarətində və istifadəsində olan elə resurslardır ki, gələcəkdə həmin müəssisəyə, şirkətə iqtisadi fayda gətirəcək.
 Öhdəliklər müəssisənin, şirkətin keçmiş hadisələr nəticəsində yaranmış və gələcəkdə ona iqtisadi fayda gətirəcək resursların həmin müəssisədən, şirkətdən axıb getməsinə səbəb olan borclardır.
 Xüsusi kapital müəssisənin, şirkətin aktivlərindən onun öhdəliklərini çıxdıqdan sonra qalan xalis aktivlərdir.
  Gəlir hesabat dövründə müəssisənin, şirkətin iqtisadi faydasının elə artmasıdır ki,bu öz əksini aktivlərin artmasında və yaxud öhdəliklərin azalmasında tapır. Bunun nəticəsində kapitalın mülkiyyətçilərin payları hesabına olmayan artımı baş verir.

  Xərclər hesabat dövründə müəssisənin, şirkətlərin iqtisadi faydasının elə azalmasıdır ki, bu öz əksini aktivlərin dəyərinin azalmasında və yaxud itirilməsində yaxud öhdəliklərin artmasında tapır,bunun da nəticəsində kapitalın mülkiyyətçiləri tərəfindən geri çıxarılması hesabına olmayan azalması baş verir.

Mühasibat kursları

                EDU Company Təhsil mərkəzində Mühasibatlıq hazırlığı
 EDU Company təhsil mərkəzində Mühasibatlıq dərsləri peşəkar müəllim heyəti tərəfindən yüksək səviyyədə tədris edilir. Dərslər həm əyani, həm də online şəkildə keçirilir. Online dərslər Zoom proqramı vasitəsilə keçirilir. Dərslər həftədə 2 dəfə 90 dəqiqə olmaqla keçirilr. Ümumi tədris müddəti 4ay, 4 ay yarımı əhatə edir. Tədris müddətinin sonunda tələbələr imtahan verərək sertifikat əldə edir. EDU Company sertifikatları həm dövlət, həm də özəl müəssisələrdə tanınır.
   Siz də peşəkar mühasib olmaq istəyirsinizsə, EDU Company təhsil mərkəzinə müraciət edin!

Mühasibatlıq kursları haqqında ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

EDU Company Mühasibatlıq kursu


#Mühasibatlıq

Sürətli Qeydiyat