09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Müəllimlərin işə qəbulu yeni qaydaları | EDU Company

Müəllimlərin işə qəbulu yeni qaydaları

Müəllimlərin İşə Qəbulu İmtahanı

    Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbul prosesi Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Belə ki, müsabiqə 4 mərhələdən: elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsindən ibarətdir.

 İşə qəbul üzrə müsabiqədə dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında müəllim vəzifəsində çalışmayan, ali təhsil və orta ixtisas müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli diplom almış və xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.

  İmtahanlar namizədlərin yaşayış bölgələri üzrə təşkil olunacaq regional mərkəzlərdə Təhsil Nazirliyi tərəfindən əvvəlcədən elan ediləcək qrafikə uyğun cari ilin yay aylarında (iyun,iyul) həyata keçirilir.  

Müəllimlərin İşə Qəbulu yeni qaydalar

2022-ci ilin fevral ayından etibarən Təhsil Nazirliyinin son qərarı ilə MİQ test  imtahanı prosesində bir sıra dəyişikliklər edilmişdir.

Belə ki, növbəti tədris ili üzrə keçiriləcək işə qəbul müsabiqəsinin test imtahanı mərhələsində imtahan vaxtı 90 dəqiqədən 120 dəqiqəyə qədər artırılır. Bu mərhələdə 100 ballıq qiymətləndirmə tətbiq ediləcək. Sualların sayı ötən illərdə olduğu kimi 60 olmaqla, ixtisas üzrə 40 sualın hər biri 2 balla, tədris metodikası və təlim strategiyaları üzrə 20 sualın  hər biri isə 1 balla dəyərləndiriləcək. 4 səhv cavaba görə 1 düzgün cavab silinəcək.

Qeyd olunduğu kimi,müsabiqə mərhələsində yeni qaydalara əsasən, səhv cavablandırılan test tapşırıqları imtahan nəticəsinə təsir göstərəcək. İxtisas üzrə 1 səhv cavablandırılmış sual -0,5 bal, tədris metodikası üzrə isə -0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsindən silinəcək.


Müəllimlərin işə qəbulu və yerdəyişməsi  üzrə müsabiqədə  orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak edə bilər.

Həmçinin, Müəllimlərin işə qəbulu üzrə müsabiqədə hazırda müəllim olaraq fəaliyyət göstərən şəxslər də məsələn, Son 3 il ərzində müddətsiz əmək müqaviləsi ilə işə qəbul olunaraq hazırda müəllim kimi faəliyyət göstərən şəxslər istisna olmaqla, hazırda çalışan digər müəllimlər müsabiqədə iştirak hüququna malikdirlər.

 - Müsabiqənin test imtahanı mərhələsində namizədlərin imtahan nəticələri əsasında müsabiqə üzrə minimum tələb (keçid balı) 40 üzəri bal olaraq müəyyənləşmişdir.

Vakant yer seçmək imkanı əvvəlcə MİQ üzrə müsabiqənin minimum tələbini ödəyən şəhid və qazi ailə üzvlərinə veriləcək.

-Dəyişikliklərə əsasən, əvvəlcə vakant yer seçmək imkanı şəhid ailəsi üzvlərinə veriləcək. Əlavə olaraq, əvvəlki illərdə olduğu kimi, cari ildə müsabiqə üzrə şəhid ailəsinin üzvü olan namizədlərin balı 1,1 artım əmsalına vurularaq hesablanacaq.  Ötənilki qaydalara uyğun olaraq növbəti tədris ili üzrə keçiriləcək müsabiqədə aşağıda qeyd olunan sosial amillərlə əlaqədar namizədlərin topladıqları bal artım əmsalı ilə hesablanacaq: - Əri və ya arvadı hərbçi olan namizədlərin topladıqları bal 1,1 artım əmsalı ilə; - İş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 artım əmsalı ilə.

Namizədin şəhid ailəsinin üzvü olması təqdim etdiyi sənədlər və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” əsasında müəyyənləşdiriləcək

Məktəbəqədər təhsil müəssisələrinə işə qəbul üzrə müsabiqə

Məktəbəqədər təhsil müəssisələrinə işə qəbul üzrə müsabiqə ilk dəfə 2022-2023-cü il tədris ilində keçirilmişdir. Müsabiqə 3-mərhələdən ibarətdir: elektron ərizələrin yoxlanılması,test imtahanı və müsahibə mərhələsi.

Müsabiqədə yalnız ixtisası məktəbəqədər təhsil müəllimi olan şəxslər iştirak edə bilər. Müsabiqənin test mərhələsində əsasən namizədlər metodika və pedaqoji,psixoloji yanaşmalar fənnindən imtahan verirlər. Belə ki, metodikadan namizədlərə 40-sual, pedaqogika və psixologiyadan isə toplamda 20-sualdan ibarət suallar təqdim olunur.  Test mərhələsinin ümumi müddəti 120- dəqiqədir.  Bu mərhələdə hər sual 1-balla qiymətləndirilib, ümumilikdə 60-ballıq qiymətləndirmə sistemi ilə hesablanır.  Həmçinin, səhv cavablandırılan test tapşırıqları imtahan nəticəsinə təsir göstərirər. Yəni, 1- səhv cavablandırılmış sual 0,25 bal ilə hesablanır.

MİQ imtahanından fərqli olaraq, Məktəbəqədər təhsil müəssisələrinə qəbul imtahanında müsahibə mərhələsinin nəticələri ümumi bala təsir göstərəcək . Belə ki,ümumilikdə müsabiqənin hər iki test və müsahibə mərhələlərinin yekun nəticələrinə uyğun olaraq namizədlərin vakansiyalara yerləşdirilməsi il ərzində mərhələli şəkildə həyata keçiriləcək.

Müəllimlərin işə qəbulu hazırlığı

EDU Company Təhsil Şirkəti Azərbaycan və Rus bölmələri üzrə MİQ və Sertifikasiya

imtahanına hazırlıq həyata keçirir.Hazırlıqlarımız həm online , həm də əyani şəkildə tədris olunur.

Dərslər  peşəkar müəllimlər tərəfindən keçirilir. Qruplarımızda ən çox halda 10 tələbənin iştirakına icazə verilir.

  Online dərslərlə əyani dərslərin keyfiyyətində heç bir fərq yoxdur. Online dərslər  Zoom programı ilə görüntülü şəkildə keçirilir və dərslər bitdikdən sonra

dərslərin video izahları telegram qruplarına atılır ki, müdavimlər təkrarən izləyə bilsinlər.

 

Sırf  Miq proqramı əsasında   ayda 1 dəfə ödənişsiz Mövzu və Ümumi sınaq imtahanları təşkil

olunur.

Dərslərimiz  hər fənn həftədə 2 dəfə 90 dəqiqə olmaqla  tədris olunur. İlk dərs nümunə dərsidir və tamamilə ödənişsizdir. Tələbə dərsdə iştirak edərək müəllim və dərsin gedişatıyla yaxından tanış olub qerar verir.

Kursun müdavimi olmuş,Miq imtahanında yüksək nəticə göstərən  müdavimlərimizə kursla əməkdaşlıq təklif olunur.

     Müəllimlərin işə qəbulu haqqında daha ətraflı məlumat:

       EDU Company MİQ hazırlığı


#Miq

Sürətli Qeydiyat