09:00-21:00 İş saatları
Sınaq dərsi istə
 MIQ | Müəllimlərin işə qəbul prosesi | EDU Company

Müəllimlərin işə qəbul prosesi

Müəllimlərin işə qəbul - MİQ

Ümumi təhsil Müəssisələrinə müəllimlərin işə qəbulu Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil edilir.Müəllimlərin işə qəbul prosesi musabiqə və müsahibə mərhələsindən ibarətdir.Müsabiqə 40 sual ixtisas, 20 sual kurikulum olmaqla 60 sualdan ibarətdir. 100 balla hesablanan test mərhələsində müdavimlərin etdiyi səhv suallar ümumi göstəriciyə müəyyən edilmiş faiz nisbətində təsir göstərir. Müəllimlərin işə qəbulu üzrə müsabiqədə dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsaında müəllim vəzifəsində çalışmayan, ali təhsil və orta ixtisas müəssisələrini pedoqoji ixtisaslar üzrə başa vurmuş, dövlət nümunəli diplom və digər xarici ölkədə aldığı təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilən şəxslər iştirak edə bilərlər. Müsabiqədə iştirak edəcək namizədlər miq.edu.az saytında qeydiyyatlarını tamamlayırlar. Şəxsi kabinetdə yaranan problemlələ bağlı təhsil nazirliyinin qaynar xətti olan 146 məlumat mərkəzilə əlaqə saxlaya bilərlər.

MİQ kursu

“EDU Company” Təhsil Şirkəti artıq 9 ildir ki,müəllimlərin işə qəbulla bağlı hazırlıqlar tədris edərək minlərlə müdavimə müəllimə adını qzandırmışıdır. Hər ixtisas(ibtidai sinif,azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, biologiya, fizika, kimya, riyaziyyat, texnologiya, təsviri incəsənət, rus dili, fiziki tərbiyə, ingilis dili və s.) fənləri həm azərbaycan həm də rus bölməsi üzrə tədris edilir. Peşəkar və kifayət qədər təcrübəsi olan müəllimlər tərəfindən hər ixtisas tədris edilir. Dərslər həftədə iki dəfə hər fəndən 90 dəqiqə ərzində tədris edilir. İlk dərs nümunə məqsədilə tamamilə ödənişsiz olaraq təşkil edilir. Bu vasitəilə müdavim dərsdə əyləşərək müəllim və müəllimin dərs keçdiyi metodika ilə yaxından tanış olur. Dərslər həm əyani həm də onlayn şəkildə tədris edilir.bHər ayın sonu mövzu və ümumi sınaq imtahanı keçirilir.
“EDU Company” Təhsil Şirkəti müəllim olmaq şansını bizlərlə birlikdə hazırlaşaraq qəbul olmağınız üçün sizə yazılı zəmanət təqdim edir. Yazılı zəmanət müdavimin qəbul olmadığı halda yeni tədris ilindən ödənişsiz olaraq hazırlaşdırır. Müəllimlərin dünyagörüşünün artırılması məqsədilə peşəkar təlimçilər tərəfindən vebinar və seminarlar təşkil edilir. Seminar və vebinarlar ödənişsiz olaraq təşkil edilir sonda isə sertifikasiya təqdim edilir. Əlavə dərslər tədris edilir ki, əlavə dərslərə görə heçbir ödəniş alınmır.

Sertifikasiya imtahanı

Onlayn şəkildə keçirlən müdavimlər səhv və düzləri ilə tanış olub.ay ərzində bilik səvviyyəsinin inkişafını izləyə bilirlər. “EDU Company” Təhsil Şirkətində ixtisaslar üzrə həmçinin işləyən müəllimlərə məxsus olan sertifikasiya imtahanı üzrə də hazırlıqlar tədris edilir. İbtidai sinif ixtisası üzrə kifayət qədər yüksək nəticə göstərən sertifikasiya nəticələrimiz oldu.
Namizədlərin vakant yerlərə təyin edilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı ilə həyata keçirilir.Müsahibə mərhələsində isə namizədlərin kompetensiyaları, psixoloji vəziyyəti və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komisiya tərəfindən aparılır. Müsahibə Təhsil Nazirliyinin  nümayəndəsi, psixoloq və ixtisas üzrə mütəxəssis tərəfindən aparılır. Son mərhələ isə namizədlərin faktiki yaşayış ünvanı üzrə aparılır. Namizədə zəng edilir vakansiya olan məktəb təklif edilir. Namizədə uyğun olarsa müəllim işə qəbul olur. Sertifikasıya hazırlıqları isə ən az 5 il fəlaiyyət göstərən müəllimlərə aiddir. 5 ildən bir üç dəfə müəllimlərin sertfikikasiya imtahanları keçirilir. Üç dəfə sertifikasiyadan keçən müəllim artıq fəaliyyətinə davamlı olaraq davam edir. 
“EDU Company” Təhsil Şirkətinin üstünlükləri müəllimlərin işə qəbulu və Sertifikasiya sahəsində üstünlükləri nədən ibarətdir?
1) Azərbaycan Respublikası Təhsil Nazirliyinin təyin etdiyi çərçivə proqramı əsasında tədris proqramı
2) Peşəkar müəllim heyyəti
3) Kurikulum əsasında iş üsulları ilə dərslərin keçirilməsi
4) Endirim və güzəşt kampaniyaları
5) “EDU Company” Təhsil Şirkətində müəllim olmaq imkanı 
Ümummilli lider Heydər Əliyev müəllimlik haqqında belə bir fikir söyləmişdir: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram.Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyivar. Məhz doğma yurdumuzu sevməyi hamının rifahı naminə vicdanla işləməyi müdriliklə və səbrlə öyrətmiş və öyrədir.”

 

MİQ (Müəllimlərin işə qəbulu) haqqında daha ətraflı məlumat:

       EDU Company MİQ hazırlığı


#Miq

Sürətli Qeydiyat