MENTAL ARİFMETİKA – kağız, qələm, hesab maşını olmadan insan beyni vasitəsi ilə yerinə yetirilən hesablama növüdür.
Mental Aritmetika proqramı bir zehni inişaf proqramıdır. Dünyanın bir çox ölkəsində sürətli şəkildə yayılan bu proqram Azərbaycanda də geniş yayılmışdır. Bu proqramın əsas üstün cəhəti övladınızın zəka qabiliyyətinin inkişafı və riyazi hesablama bacarığının artmasıdır. Riyazi əməllər olan toplama, çıxma, vurma , bölmə və başqa əməliyyatlarını bir neçə saniyədə gerçəkləşməsi yalnız bu proqram vasitəsilə mümkündür.
“Edu Company” Təhsil Şirkətində bu proqram 6-15 yaş uşaqlara tətbiq edilir. Ümumilikdə 1 illik bir proqramdır. 7-8 ay ərzində toplama və çıxma, 4-5 ay isə vurma və bölmə əməliyyatları tədris olunur.
Mental Aritmetika proqramının övladlarınıza xeyri:
Sürətli və dəqiq şəkildə hesablama bacarığının artması;
Riyazi təfəkkürün inkişafı;
Yaddaşın və qavramanın güclənməsinə köməklik;
Beyinin sağ və sol yarımkürələrinin inkişaf etməsi;
Özünə inam və yaradıcılıq qabiliyyətinin güclənməsi və s.
Mental aritmetika adlandırılan əqli riyaziyyat və yaddaş texnikası proqramları uşaqların yaddaş, qavrama, xəyal gücünü, hər sahədə sürətliliyi, məntiqi düşünmə bacarığını, riyazi hesablamaların zehində sürətli aparılmasını, beyin hər iki beyin yarımkürələrinin paralel istifadəsini inkişaf etdirir. Sürətli oxuma proqramı isə oxuma sürətini dəqiqədə 2-3 qat artırır. Bu da gün ərzində alınan çox sayda informasiyanın beyin tərəfindən sürətli qəbulu deməkdir.
Mental Arifmetika proqramının yaradıcısı Türkiyəli Professor Məlik Duyardır. Məlik Duyar Abakusda olan hesablama qaydasını barmaqları üzərinə köçürmüşdür. Və beləcə mental arifmetika yaranmışdır.
Bu sual valideynlər tərəfindən ən çox verilən suallardan biridir . Valideynlər məlumat almaq üçün şirkətimizə yaxınlaşdığında, ”övladım neçə aya öyrənər, neçə ayda proqram bitməlidir?” - kimi suallar verirlər. Bu suallara biz də, “bəli 3-5 aya öyrədirik“ -demək istərdik. Amma, bu proqramın 3-5 aya bitirilməsi mümkün deyildir və bunun mümkün olduğunu deyənlər də kifayət qədər dürüst deyillər. Mental Arifmetikada müəyyən qaydalar vardır və bu qaydanın ilkini öyrənmədən digərinə keçmək olmaz. Əslində bütün sahələr belədir. Riyaziyyat kimi bütün mövzular zəncir kimi bir-birilə əlaqəlidir. Beləliklə , valideynlər səbrli olar və uşaqlar tapşırıqlara tam əməl edərsə, nəticə daha yaxşı olar.
Mental Arifmetika proqramında ortalama olaraq verilən vaxt ,toplama –çıxma üçün 7 ay, vurma- bölmə üçün 1 ay yəni, təqribi 8 ay kimi bir vaxtdır.Bu vaxt daha çox uşaqlardan asılıdır.Deyilənlərə əməl etsələr , bu vaxt 6 aya da düşə bilər yaxud 11 aya da qalxa bilər.
Proqrama başlama yaş aralığı 4-13 yaşdır.Uşaqlar ən azından 0-9 aralığında olan rəqəmləri tanımalı və yazmalıdır. Erkən yaşda mentala başlamaq daha məqsədə uyğun sayılsada , müəyyən müddət rəqəmləri öyrənməyə sərf olunur.Buna görə də mental üçün ən ideal yaş 5-7 yaş aralığıdır.
Mental Arifmetikada məqsəd, sadəcə 4 əməli yerinə yetirmək deyil. Biz riyazi hesablamaları yerinə yetirərkən beynimizin sol yarımkürəsini istifadə edirik. Lakin, mentalla məşğul olduqda beynin hər iki yarımkürəsi işləyir. Beləliklə, uşaqlarda;
Diqqət artır.
Konsentrasiya artır.
Sürət artır.
Hesablamanı sürətli etdiyi üçün özgüvən artır.
Proqramlar kurikulum sisteminə dəstək olaraq, uşaqların dərs öyrənməsini çox asanlaşdırır. Bilirsiniz ki, artıq yuxarı siniflərə qalxdıqdan sonra uşaqlar universitetə daxil olmaq üçün hazırlıq kurslarına gedirlər. Həm məktəb dərsləri, həm də hazırlıqlar uşaqları o qədər yorur ki, onlar nə istirahətə vaxt ayira bilirlər, nə də dərsləri oxuyub çatdıra bilirlər. Davamlı yüklənmə həm də uşaqlarda psixoloji pozğunluq, əsəbilik yaradır. Belə uşaqlar üçün asan öyrənmə proqramlarının faydası çox böyükdür. Bu proqramlar tələbələrə imtahanlarda 25-30 dəqiqə vaxt qazandırır, öyrənməni asanlaşdırır.