Azərbaycanda təhsil sektorunda son illərdə köklü şəkildə müsbət dəyişikliklər nəzərə çarpır.
İstər müasir dərs keçmə metodu baxımından, istərsə də qabaqcıl təhsil müəssisələrinin iş strukturu bu işə öz imzasını atmaqdadır.Bu baxımdan Edu Company Təhsil Şirkəti sayılıb seçilən elm ocaqlarından biridir.
10 ildir təhsilə dair bütün sahələrdə mükəmməl xidmət göstərən Edu Company Təhsil Şirkəti tam məsuliyyət və səylə çalışaraq ölkədəki təhsil müəssisələri arasında ön sıralarda öz yerini tutub.
Edu Company Təhsil Şirkətini artıq 10 filial ilə xidmətinizdədir (Elmlər, Nizami, 28may, N.Nərimanov, Neftçilər, Xalqlar, Sumqayıt, Xırdalan Gəncə və Göyçay).
İstər rus, istərsədə azərbaycan bölməsi üzrə tam peşəkar və ixtisaslaşmış müəllim heyəti ilə çalışan şirkət bütün sahələrdə tam mükəmməl nəticələri ilə diqqət çəkir.
Müəllimlər 3 mərhələdən ibarət imtahanla işə qəbul olunur. İlkin mərhələ test mərhələsi, açıq dərs və müsahibə mərhələsi.
EDU Company məktəbəqədər azərbaycan və rus bölməsi hazırlığı sahəsi üzrə uzun müddətdir ki, fəaliyyət göstərməkdədir.
Məktəbəqədər hazırlıq məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki, mənəvi inkişafina xidmət edən ilkin bilik , bacarıq və vərdişlərin mənimsənilməsi prosesidir.Və bu proses işini sevən, peşəkar müəllimlərimiz tərəfindən icra olunur.
Bu məsələdə əsas diqqət etdiyimiz müəllimlərimizin uşaqları və işini sevməsi, həmçinin düzgün icra etməsidir. Bu yaş dövrlərinin xüsusiyyətlərini bilmək və təhsil zamanı uyğun təhsil və tərbiyyə metodlarından istifadə etmək bu sahədə çox vacib amillərdəndir. Burada əsas məsələ, uşaqlara dərsi müxtəlif didaktik oyunlar və s. vasitəsi ilə mənimsətməkdir.
Məktəbəqədər hazırlıq dərsərimiz həftədə üç dəfə doxsan dəqiqə olmaqla keçirilir. Tədrisə: Ətraf aləmlə tanışlıq, məntiqi və riyazi təfəkkürün inkişafı, əlifba, fiziki mədəniyyət və nitq inkişafı daxildir.
Edu Company Təhsil Şirkətində ümumi orta təhsilin ilkin pilləsi olan ibtidai sinif hazırlığı da özünün tədris keyfiyyəti ilə öndə gələn sahələrimizdəndir.
İbtidai təhsilin əsas məqsədi uşaqlarda oxuma,yazma və hesablama bacarıqlarını yaratmaq, onlara təbiət , insan və cəmiyyət haqqında ilkin biliklər verməkdən ibarətdir. İbtidai sinif hazırlığı 1-2-3-4cü sinifləri əhatə edir. Ölkəmizdə bu təhsil 6 yaşdan etibarən başlanır və 4cü sinifə qədər davam edir.Bu mərhələni uğurla bitirən şagirdlər ümümi orta təhsil pilləsində təhsil almaq hüqüqu qazanırlar.
İbtidai təhsil ümumtəhsil məktəbinin çətin və məsul bir dövrüdür. Bu dövrdə şagirdlərə bir sıra sadələşdirilmiş biliklər, ümumi pedaqoji bacarıqlar mənimsədilir.. Uşaqların əqli və fiziki qabiliyyətlərinin hərtərəfli inkişafı onların dünyagörüşünün, həmçinin, davranışla bağlı bütün mənəvi keyfiyyətlərinin formalaşdırılmasının əsası məhz ibtidai siniflərdə qoyulur.
İbtidai təhsil uşaqların ümumi təhsilinin ilkin mərhələsidir və uşaqlar ətraf mühit haqqında ilkin biliklər əldə edirlər.Ünsiyyət və tətbiqi məsələləri həll etmək bacarıqlarına yiyələnirlər. Bu mərhələdə uşağın şəxsiyyəti formalaşmağa və inkişaf etməyə başlayır. Bu da ibtidai təhsilin cəmiyyət üçün əsas amilidir.
EDU Company Təhsil Şirkəti bizə əmanət olunan hər bir şagirdin savadlı olmasına zəmanət verir.
Bu səbəbdən də övladlarınızın intellektual bazasının yüksək səviyyədə olmasını istəyirsizsə yolunu EDU Company Təhsil Şirkətindən salmağınız məsləhətdir.
EDU Company Təhsil Şirkətinin hər hansı bir filialına gedən müştəri özünü evindəki kimi hiss edə bilir.
Peşəkar əməkdaş kollektivi gələn bütün qonaqları səmimi, mehriban bir təbəssümlə qarşılayaraq, onları evinə ən əziz qonağı gəlmiş kimi hiss etdirir. İstədiyini tam şəkildə verənə qədər səbirlə dinləyib, hörmətlə yola salır.
İstər əməkdaş, istər müəllim, istərsədə rəhbərlik sistemi düzgün, peşəkar təşkil olunmuş EDU Company Təhsil Şirkəti gələcəkdə böyük nəaliyyətlərə imza atacağına, böyüyüb bütün ölkə ərazisinə yayılacağına əsaslı şəkildə ümid vəd edən uğurlu bir təhsil şirkətidir.