Məktəbəqədər hazırlıq qruplarının yaradılmasının əsas məqsədi 5 yaşlı uşaqların məktəb təliminə hazırlığında psixoloji dayanıqlığını artırmaq, onları təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdir. Şirkətimizdə həm Azərbaycan ,həm də Rus bölmələri üzrə məktəbəqədər hazırlıq dərsləri mövcuddur. Tədris proqramı 3 mərhələli imtahandan uğurla keçmiş peşəkar müəllim heyəti tərəfindən keçirilir. Bu proqram sizin övladlarınızın məntiqi təfəkkürünün, yaradıcılıq qabiliyyətinin, özlərini idarəetmə bacarığının artmasına və kiçik motorikasının inkişafına təsir göstərəcək. Dərs saatları həftədə 3 və ya 5 dəfə 90 dəqiqə olmaqla, maraqlı, əyləncəli və inkişafetdirici formada aparılır. Zehni gərginliyin yaranmaması üçün dərslər arasında fasilə və idman dəqiqələri keçirilir. Məktəbəqədər hazırlıq dərsləri həm qrup, həm də fərdi şəkildə olur. Məktəbəqədər hazırlıq qruplarımızda 4-5 nəfər şagird olur. Dərslər zehni inkişaf etdirən oyunlar formasında tədris olunur. Övladlarınıza zəka oyunları, məntiq anlayışları tədris olunur. Bununla da övladlarınızın məntiqi təfəkkürü inkişaf etdirilir.
Şirkətimizdə peşəkar müəllimlərimizin “ Zəka oyunlarının uşaqların həyatında rolu “ adlı ödənişsiz seminarları keçirilir. Siz və məktəbəqədər yaşlı övladınız bu kimi seminarlarda iştirak edə bilərsiniz. Seminarda iştirakçılara şirkətimiz tərəfindən rəsmi sertifikat təqdim olunur.
“Riyazi rəqəmlərlə tanışlıq”
“Əlifba – yazı vərdişlərinin aşılanması”
“Əmək vərdişlərinin aşılanması”
“Zəka oyunların təşkili”
“Ümumi dünyagörüşü təsəvvürlərinin inkişafı”
“Ana dili və nitqin inkişafı”
“Savad təliminə hazırlıq və nitq inkişafı”
“Bədii təfəkkürün inkişafı”
“Kommunikativ bacarıqlar”
“Məntiqi və riyazi təfəkkürün inkişafı”
“Əqli, fiziki, sosial-emosinonal və nitq qabiliyyəti”
“Təsviri fəaliyyət”
“ Bədii ədəbiyyat “
“Rəsm” “İngilis dili” “Fiziki mədəniyyət” məşğələləri
Məktəbəhazırlıq proqramının ən üstün cəhəti odur ki, uşaqların ibtidai təhsilə keçidini asanlaşdırır. Həmçinin uşağın ibtidai təhsilə adaptasiya olunmasına müsbət təsir göstərir.
EDU Company təhsil şirkəti olaraq mktəbəqədər uşaqların inkişafı üçün innovativ və ən effektiv metodlardan istifadə edirik. Qiymətləndirmə Övladlarınızın davamiyyət göstəriciləri sinif jurnalında qeyd olunur . Təlim nailiyyətləri şifahi və yazılı formada qiymətləndirilir , bu barədə valideynlərə mütəmadi olaraq məlumat verilir. Uşaqlarda dərslərə motivasiya və sağlam rəqabət yaratmaq üçün nailiyyətlər əyləncəli və maraqlı metodlarlarla qiymətləndirilir. Bu da uşaqların tədrisə olan marağının artmasına şərait yaradır. Erkən inkişaf proqramı Erkən inkişaf proqramı 3-4 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Dərslər Azərbaycan və Rus bölmələri üzrə tədris olunur. Həm qrup , həm də fərdi şəkildə dərslər keçirilir. Hər qrupda 4-5 nəfər şagird olur.Həftədə 3 dəfə olmaqla tədris olunur. Dərslər 90 dəqiqə davam edir. Bu dərs saatları ərzində övladınıza məktəbəqədər hazırlıq proqramının sadələşmiş forması keçirilir. Dərslər mütəxəssislər tərəfindən olduqca maraqlı, inkişafetdirici və əyləncəli şəkildə tədris olunur. EDU Company Təhsil şirkətində Erkən inkişaf proqramı "Əylənərək öyrənək" prinsipi ilə fəaliyyət göstərir. Qrupumuzda körpələrimiz öyrədici video çarxlarla intellektual oyunların əsasında qurulan dərslərdə əylənərək öyrənirlər. Səmərəli və inkişafetdirici zaman keçirirlər.
“Ətraf aləmlə tanışlıq”
“Dünyagörüşü, əxlaq qaydaları, gigiyena qaydaları, tariximiz, himnimiz, gerbimiz və s”
“Zehni inkişaf etdirən oyunlar “
“Əlifba və ilkin yazı vərdişləri”
“Savad təlimi və nitqin inkişafı”
“Məntiqi və riyazi təfəkkürün inkişafı”
“Fiziki tərbiyə”
“Əmək vərdişlərinin aşılanması”
“Rəsm” “Əqli, fiziki, sosial-emosinonal və nitq qabiliyyəti”
“ Bədii ədəbiyyat “
“Nağıl saatları”
“Zəka oyunları”
“Musiqi”
Övladınızın erkən inkişaf proqramına qoşulmasının önəmi odur ki, sinifdə davranış qaydalarını mənimsəmiş olur. Və məktəbə hazırlıq dövrünə hazır şəkildə addımlayır. Dərslərimiz Təhsil Nazirliyinin “Kiçik yaşlı uşaqlar üçün kurikulum” proqramı əsasında tərtib olunmuşdur.