Məktəbəqədər təhsil proqramını həyata keçirən müəssisədə əşyavi-inkişaf mühiti təhsilin keyfiyyətinin qiymətləndirilməsi üçün ən vacib meyarlardan biridir. Məktəbəqədər təhsil standartı mövqeyindən məktəbəqədər təhsil mühitinin inkişaf etdirilməsi təhsil mühitinin bir hissəsi və məktəbəqədər təhsil standartlarına keçid üçün əsas amil kimi əşyavi -məkan mühitidir.
Bildiyiniz kimi bütün uşaqlar fərqlidir və hər bir məktəbəqədər yaşlı uşaq öz inkişaf yoluna hüququna malikdir.
Məktəbəqədər təhsil müəssisəsində qruplar məktəbəqədər təhsil müəssisəsinin növünə və uşaqların yaşına uyğun komplektləşdirilir. Məktəbəhazırlıq beş yaşlı uşaqlar üçün zəruridir. Lakin sərbəst danışmağı bacaran, qavrama qabiliyyəti formalaşmış uşaqlar 4yaşdan etibarən məktəbəqədər hazırlığa cəlb oluna bilir. Edu Company Təhsil Şirkəti məktəbəqədər hazırlıq rus və azərbaycan bölmələri üzrə tədris olunur. Məktəbəqədər tədris əsasən birinci sinifə hazırlıq mərhələsidir. Belə ki, məktəbəqədər hazırlığa gələn uşaq ilkin yazı vərdişlərinə yiyələnir. Toplama, çıxma kimi ilkin əməllər riyazi biliklər, rəqəmləri tam olaraq yazıb, oxumaq, özü sərbəst şəkildə işləməyə nail olur. Ana dilindən yəni əlifbadan sərbəst şəkildə hərfləri tanıyır və yazır, üzündən hecalayaraq və tam formada oxuya bilir. Bununla yanaşı həyat bilgisi, ətraf mühit kimi də dərslər keçilir. Uşaqlar dərs arasında rəsm çəkir, fərqli oyunlar oynayır, zehnini dincəldərək həm də əylənmiş, dərsdən yorulmadan öyrənmiş olur. Bütün bunlar rus bölməsi üçün də keçərlidir. Məktəbəqədər hazırlıq tədrsin əsasını təşkil edir. Yəni düzgün təməli qoyulmuş təhsil sonrakı mərhələdə həmin uşaq üçün çıraq rolunu oynayır.
Edu Company Təhsil Şirkətinin özünün daxili bir sistemi var. Tələbələrin qeydiyyata alındığı baza sistemi, hər menecer üçün ayrıca istifadə forması təşkil olunub. Maraqlanan valideyinlə əlaqə saxlayıb məlumat veririk. Müqavilə bağlamaq üçün kursa dəvət edirik. Müqavilə bağlandıqdan sonra uşaq üçün qrafik veririk. Bütün məlumatlarını isə qeydiyyat proqramına qeyd edib, qeydiyyat jurnalımıza əlyazma ilə qeyd edirik. Dərsə gəldiyi gündən adı jurnala qeyd olunur və valideyin uşaq üçün hər dərs sonunda imza atır. Dərsdə iştirak etməyəndə mütləq əlaqə saxlayıb səbəbini öyrənirik. Edu Company Təhsil Şirkətinə ail olan bu sistem sırf uşaqların dərsə nəzarətini təşkil etmək üçün təmin olunub. Belə ki, dərsə gecikən tələbə haqqında valideyinə yerindəcə məlumat gedir, dərsə gəlməyən yaxud dərsə hazırlıqsız gələn uşaq mütləq valideyinə xəbər edilir. Məktəbəqədər təhsil dedikdə əvvəllər bağçalarda müəyyən qədər yazıb-oxuma vərdişləri öyrədilirdi. Hazırda isə bu proses elektron qayda ilə birbaşa məktəblərə verilib. 5yaşını doldurmuş uşaqlar üçün yaşadığı əraziyə uyğun elektron ərizə qaydası ilə məktəbə hazırlıq qrupuna yazıla bilir.Edu Company məktəbəqədər hazırlıq işini əksər filiallarda həyata keçirir. Hamısında eyni şəkildə tam məktəbə hazır gedən uşaqlar yetişdirilir. Məktəbəqədər hazırlıq həftədə 3dəfə 90dəqiqə şəklində tədris olunur. Qruplarda məktəbdən və digər hazırlıq kurslarından fərqli olaraq cəmi 3-5 uşaq olur. Müəllimə kifayət qədər zaman qalır ki, uşaqlarla fərdi kimi məşğul ola bilsin. Bu da sizə həm ciddi şəkildə zaman qazandırır, mütamadi olaraq evinizə yaxın olan filiala yaxınlaşa bilərsiz. Çünki ən yaxın metro ərazilərində filiallarımız mövcuddur. Edu Company Təhsil Şirkəti məktəbəqədər təhsil sistemində tam olaraq ixtisaslaşmış müəllimlərlə çiyin-çiyinə çalışır. Hər il yüzlərlə şagird məktəbə qəbul olur, eyni zamanda liseylərə və qəbul olanlarımız olur. Çünki biz verdiyimiz təhsildən tam olaraq əminik. Hər bir uşaqla ayrıca, yorulmadan bezmədən sevgiylə, xarici metodlarla dərs tədris edən, əsl pedaqoq müəllim kollektivimiz mövcuddur. Edu Company Təhsil Şirkəti bütün sahələr üzrə işini tam mükəmməl sistem üzrə qurub ki, bu da uğurlu gənclərin yetişməsinə əsas verir.