09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Magistratura imtahanı  2023 | Magistratura hazırlığı 2023

Magistratura imtahanı 2023

Magistratura hazırlığı  2023

Magistratura hazırlığı üzrə 2022-2023 - cü il tədris ili üçün artıq birinci mərhələ yekunlaşmaqdadır. Beləki 24.01.2023 tarixindən Magistratura  1-ci mərhələ üzrə imtahana qeydiyyat başlayır. Birinci mərhələ imtahana qeydiyyat üçün son tarix olaraq 09.02.2023 təyin edilib. Bakalavrlar imtahana qeydiyyat zamanı şəxsi kabinetlərini aktivləşdirməli və qeydiyyatlarını təsdiqlətdirməlidirlər. Qeydiyyat zamanı ilk olaraq onlara şəxsi kabinet üçün FİN və parol lazım olacaqdır. Şəxsi kabinetinin parolunu itirmiş imtahan vermək istəyən şəxslər şəxsiyyət vəsəqəsi ilə DİM-ə (Dövlət İmtahan Mərkəzi) yaxınlaşaraq problemi rahatlıqla aradan qaldıra bilərlər. Qeydiyyatdan keçmək üçün 4-cü kurs tələbələrinə universitet, məktəb, yaşayış yeri, xarici dil seçimi və s məlumatlar lazım olacaq. Əvvəlki ilin məzunlarına isə bakalavr diplomu və yuxarıda qeyd olunan məlumatlar lazım olacaqdır. Əlbətdəki diplom qeyd olunduğu zaman məlumatları qeyd etməyə ehtiyac olmayacaq çünki, sistem özü məlumatları dolduracaqdır. Məlumatların doldurulduğu zaman hazırki aktiv gmail qeyd edilir ki, təsdiq mesajı rahatlıqla əldə edilsin. İmtahana qədərki dövürdə artıq Magistratura 1 və Magistratura 2 jurnalları dərc olunub. Magistratura 2 jurnalında etalon suallar öz əksini tapmışdır. İmtahana qədərki dövürdə isə Magistratura 3 jurnalının çıxması gözlənilir. Bu jurnalda isə bakalavrların ixtisas keçid balları qeyd olunacaq. Qeydiyyatın tam təsdiqi üçün isə son olaraq şəxsi kabinetə 50 azn imtahan rüsumunun ödənməsidir. Və beləliklə birinci şans imtahanına qeydiyyat təsdiq olunmuş olur. Bütün bu prosseslər yekunlaşdıqdan sonra artıq sonrakı mərhələ imtahan yerlərin çıxmasıdır ki bu məlumat sizin şəxsi kabinetinizdə öz əksini tapacaq.

Magistratura imtahanı  2023

Magistratura 1-ci mərhələ imtahanı 19 fevral tarixində baş tutacaqdır. İmtahan nəticəsi isə imtahan günündən 3 iş günü sonra hazır olacaq.

Keçən illərdən fərqli olaraq bu il Magistratura hazırlığı üzrə ikinci şans imtahanı iyun ayının 11-i olacaq. İmtahan qeydiyyatı, imtahan rüsumu və digər məsələlər eyni qaydada olur. İmtahanlar yekunlaşdıqdan sonra İyunun sonu İyulun əvvəli artıq müsabiqə mərhələsi aktivləşəcəkdir. İxtisas seçimə proqramların  keçid balını keçən və mütləq şəkildə hər fənn üzrə lazım olan limiti keçmiş tələbələr daxil olacaqdır. Hər fənn üzrə minimum bal keçidi məntiq 15, informatika 5, ingilis dili 5 olaraq qəbul edilmişdir. İxtisas seçimi zamanı tələbələrə həm ödənişli həm də ödənişsiz ixtisaslardan seçim etməyə izacə veriləcəkdir. Bu zaman bakalavrlar ixtisas seçimində dövlət və özəl universitetləri olmaqla  15 yer üzrə seçim edəcəklər. İmtahanlardan öncə DİM öz saytında sınaq imtahanları ilə bağlı məlumat qeyd etdi və hal-hazırda imtahanlara qeydiyyat davam edir. İmtahanlar daha çox etalon suallar əsasında hazırlanır. DİM sınaq imtahanı ödənişli olaraq təşkil edilir.

Magistratura hazırlığ kursu

Magistratura hazırlığı üzrə “EDU Company“ Təhsil Şirkəti hər il olduğu kimi bu ildə Yanvar ayından intensiv dərslərə start verdi. Dərslər hər iki formada, yəni əyani və online tədris olunur. İntensiv dərslər həftədə 3 və daha çox olmaqla tədris olunur. Dərslər zamanı ilk mövzu daxil olmaqla bütün mövzulara aid test tapşırıqları və video dərslər tələbələrlə paylaşılır. İngilis dili dərslərimiz zamanı isə həm test həm də izah günləri ayrı-ayrı təşkil olunur.

Tədris müddətində dərslərə yeni başladıqda MSİ(Mövzu Sınaq İmtahan), imtahana həftələr qalmış isə ÜSİ(Ümumi Sınaq İmtahan)-ları 2 həftədən bir fasiləsiz formada keçirilir. Yanvar ayının 8-i ilk ÜSİ və 22 ikinci ÜSİ keçirildi. İmtahan nəticələrinə əsasən tələbələrin qrafik quruluşlarında müəyyən dəyişikliklər olunur. Növbəti ay yəni fevral ayında da bu imtahanları pilləli şəkildə keçirilməsi nəzərdə tutulur. Magistr sınaqlarımızda suallar qəbul proqramı əsasında hazırlanır və tələbələrin imtahan öncəki ballarını müəyyənləşdirilməsinə köməklik göstərir.

İmtahanlar bitdikdən sonra isə dərhal ikinci tur dərsləri başlayacaq və bu dərslər iyunun 11-i tarixinədək davam edəcək. İmtahandan 1 ay öncə birinci şans hazırlığında olduğu kimi intensiv dərslər başlayacaq və eyni sistemlə dərslər keçiriləcəkdir.

İkinci şans imtahanı üçün birinci şansdan bir təcrübə daha əldə etdik ki, hazırlığı son həftələrə hətta son aya saxlamaq tələbələr üçün çox böyük sıxıntılar yaradır. Odur ki tez bir zamanda ikinci şans üçün hazırlıqlara başlamanızı məsləhət bilirik.

 

 


#Magistr

Sürətli Qeydiyat